Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (2-05-2015, 15:11)
Öd daşı xəstəliyi

 

Tibb üzrə fəlsəfə doktoru, III cərrahi xəstəliklər kafedrasının müəllimi 
Op.Dr. Mirsaleh Abdullayev
Öd daşı xəstəliyi – öd kisəsinin ən çox yayılmış xəstəliklərindən 
biridir. Xəstəlik öd kisəsində, qara ciyərdəki öd yollarında, ümumi öd 
axarında daşların əmələ gəlməsi ilə xarakterizə olunur.
Öd daşı xəstəliyinin risk faktorları
- qadın cinsinə mənsub olmaq. Cinsi hormon olan estrogenlərin təsirindən 
irəli gələrək, cinsi yetkinlik yaşından sonrakı bütün yaş qrupuna aid 
olan qadınlarda öd kisəsində daşın əmələ gəlməsinə meyllilik olur;
- yaşın 40 və ondan artıq olması;
- artıq çəkinin olması. Öd kisəsində xolesterin daşlarının əmələ gəlməsi 
üçün əsas risk faktorlarından biri də piylənmədir. Bu isə xolesterinin 
daha çox sintez və ifraz olunması ilə əlaqədardır;
- çəkinin az bir müddət ərzində azalması. Səbəbindən asılı olmayaraq (ya 
pəhrizin köməkliyi ilə, ya çəkini aşağı salan preparatlar vasitəsi ilə, 
ya cərrahi yolla) kəskin arıqlama orqanizmə bu prosesə uyğunlaşmağa vaxt 
vermir və orqanizm lazım olan fermentləri əvvəlki həcmdə olmaqla 
istehsal edir ki, bunun da nəticəsində onların konsentrasiyası artır. 
Ödün artması isə öd daşı xəstəliyinin yaranmasına gətirib çıxara bilər;
- hamiləlik. Hamiləlik zamanı və həmçinin daxilə qəbul edilən hamiləlik 
əleyhinə dərman preparatlarından istifadə edilməsi zamanı qanda 
esterogen və progesteronun miqdarı artır. Bu hormonlar isə maddələr 
mübadiləsi sistemində dəyişikliklərə səbəb olaraq öd daşlarının əmələ 
gəlməsinə köməklik edir;
- hormonal dərman preparatlarının qəbul edilməsi;
- qida qəbulunda yağlı qidalara (yağlı ət, balıq, heyvani piylər və s.), 
tərkibində xolesterinin miqdarı yüksək olan qidalara üstünlük verilməsi, 
qida rasionunda bitki sellülozunun (meyvə və tərəvəzlər) az olması;
- irsi faktor (ən yaxın qohumlarda öd daşı xəstəliyinin olması). Əgər 
sizin valideynlərinizdə öd daşları aşkar edilmişdisə, sizin də öd daşı 
xəstəliyinin daşıyıcısı olmaq riskiniz iki dəfə artıq olur;
- şəkərli diabet. Şəkərli diabet zamanı öd kisəsində durğunluq yaranır. 
Öd uzun müddət ərzində öd kisəsində qaldıqda öd daşları əmələ gəlir;
- qara ciyər sirrozu. Qara ciyər sirrozu olan şəxslərdə öd kisəsinin 
funksiyası pozulduğu və qara ciyərin xəstəliyi nəticəsində qanda 
estrogenlərin də səviyyəsi artdığı üçün öd kisəsində daşların əmələ 
gəlmə riski 10 dəfə artır;
- qanda xolesterinin səviyyəsini aşağı salan dərmanların qəbul edilməsi;
- az hərəkətli həyat tərzi. Aparılan tədqiqatlara əsasən, gün ərzində 
icra olunan 30 dəqiqəlik aerobika hərəkətlərinin köməkliyi ilə öd daşı 
xəstəliklərinin 1/3 hissəsinin qarşısını almaq olar.
Öd kisəsinin daşı xəstəliyinin əlamətləri
Əksər hallarda öd kisəsində olan daşlar əlamətsiz keçir, bunlara “lal 
daşlar” da deyirlər. Belə daşlar təsadufən aparılan ultrasəs və ya 
rentgen müayinəsi nəticəsində aşkar olunur. Belə daşlar öz 
daşıyıcılarını uzun illər ərzində, bəzən isə bütün ömürləri boyu da 
narahat etmirlər. Bəzən isə - doyunca yemək yedikdən sonra, bədən xeyli 
silkələndikdə və ya digər bu kimi səbəblərin təsiri nəticəsində belə 
xəstələrdə öd daşı tutmaları (sancıları) baş verir. Bu zaman daş öd 
kisəsi yoluna keçərək onun yolunu bağlayır və ödün öd kisəsindən 
axınının qarşısını alır. Nəticə etibarı ilə bu, öd kisəsinin divarının 
gərilməsinə və kəskin ağrının baş verməsinə səbəb olur. Sancı zamanı 
ağrı sağ körpücük nahiyəsinə, sağ qola, sağ süd vəzisi və sağ kürək 
nahiyəsinə “yayılır”, dəfələrlə təkrar olunaraq bir neçə saat ərzində 
davam edir. Bir çox hallarda ağrı o dərəcədə kəskin olur ki, xəstələr 
“təcili yardıma” müraciət etməli olurlar.
Əgər öd yolunda olan daş (ölçüsü nisbətən kiçik olan) öd yollarından 
keçərək “müvəffəqiyyətlə” onikibarmaq bağırsağa düşərsə, sancı öz-özünə 
keçib gedir və daş nəcislə xaric olur.
Öd daşı xəstəliyinin əlamətləri aşağıdakılardır:
- sağ qabırğaaltı nahiyədə ağırlıq hissiyyatı;
- ağızda aclıq hissiyyatı;
- meteorizm, ürəkbulanma;
- üşütmə, temperaturun bir qədər yüksəlməsi;
- doyunca yedikdən, yağlı, qızardılmış qida, alkoqol qəbulundan sonra 
gəyirmənin olması;
- sarılıq (daş ümumi öd yolunu tutduqda) və nəcisin gil rəngində olması.
Bütün bu əlamətləri nəzərə aldıqdan sonra həkim-qastroenteroloq xəstəyə 
öd daşı xəstəliyi diaqnozunu qoya bilər.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024