Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (16-12-2014, 13:24)
Tahir Gözəl : “UEFA üzr istəməlidir”

"Mənim üçün vacib olan UEFA-nın hakimin bu kobud səhvini etiraf etməsidir"

 

“Qarabağ”ın vitse-prezidenti: “Qarabağ” futbol klubunun vitse-prezidenti Tahir Gözəl “apasport.az”a müsahibə verib
Həmin müsahibəni təqdim edirik:
- Komandanız  çempionatın hesabat turunda "Qəbələ"yə uduzdu. 1:2 hesablı məğlubiyyətin "İnter"lə matçdan sonrakı psixoloji gərginliklə bağlılığı varmı?
- Futbolda məğlubiyyət bir həqiqətdi, bunun başqa adı yoxdu. Əlbəttə, olan hadisəni qəbul etmək çox ağırdı. Mənim indiki məqamda birinci hədəfim odu ki, klubumun əhvalı pozulmasın, yolumuza davam edək. Yüz faiz əminliklə deyə bilmərəm. Amma ola bilsin ki, "Qəbələ"yə uduzmağımızda dediyiniz məqam da rol oynadı. Hardasa təsiri var.
 - "İnter"lə matçdakı hakim idarəçiliyinə görə UEFA-ya şikayət etdiniz. Sizcə, müraciətiniz müsbət cavablanacaqmı?
- Müraciət etdik, məhkəmənin keçirilməsini istədik. 2015-ci ilin fevralın 5-də məhkəmədə görüşəcəyik. Bu həftə isə UEFA nümayəndəsi Corcio Marketti ilə görüşüm olacaq. Onunla razılaşdıq ki, bu həftənin axırına kimi vaxt təyin edib, görüşək. UEFA-da görüşməli olduğum əsas şəxs Markettidi. Çünki rəqabət komissiyasının sədridi. Onunla üz-üzə görüş keçirmək ən məsləhətlisidi.
 - Marketti ilə görüşdən sonra nə dəyişəcək? Axı olan olub. Bundan sonra görüş keçirmək gecikmiş addım deyilmi?
- Düzdü, olan oldu. Amma baş verən olay çox böyük olaydı. Belə hadisələr futbol tarixində az müşahidə olunub. Tanınmış, bu sahədə iz qoymuş futbolçu dostlarımız var. Zəng edib deyirlər ki, həyatımızda belə şeylə nadir hallarda üzləşmişik. Doğrudan da, tarixi hadisədi. Bu qədər açıq-aydın epizodda səhv etmək qeyri-mümkündü. Buna səhv deməyin yeri yoxdu. Belə epizodda hakim səhv edə bilməz. İndi biz nə etməliyik? İki yolumuz var: ya susmalı, olanları qəbul etməliyik, ya da buna qarşı mübarizə aparmalıyıq. Bizim klubun strukturu var. Baş məşqçi öz işini görür. Mən UEFA-ya dedim ki, sizin rəsmi bəyanatınız ayrı məsələdi, mən onun dalınca düşməmişəm. Məhkəməmiz olacaq, bu işin başını buraxmayacağıq. Amma şəxsən mənim gözümə baxıb, UEFA üzr istəməlidi.
 
- Hakimin bu səhvinə iki ad qoymaq olar. Ya qismətimiz belə imiş deyib, keçməliyik. Ya da bu səhvin arxasında başqa məqamlar axtarmaq lazımdı. Bununla bağlı araşdırma aparırsızmı?
- Hərdən mən də düşünürəm ki, bəlkə bu məsələnin arxasında geostrateji maraqlar var. Bilirsiz, Ukrayna bu dəqiqə çox əzizdi. Baş verən olay onun adının Avropada hallanmasına hesablanıb, ya yox, bilmirik. Yüz faiz əmin ola bilmirik, çünki əlimizdə sübut yoxdu. Hesab edirəm ki, orda nə isə var idi. Bu, səhv, xəta ola bilməz. Amma bununla bağlı uzun-uzadı danışmaq istəmirəm.
- Artıq "Dnepr"in növbəti mərhələdəki rəqibi də bəllidi. Bu mənada, "Qarabağ" - "İnter" matçının yenidən keçirilməsi inandırıcı görünmür. Üstəlik, məlumatı UEFA da təsdiqləyib...
- Biz sona qədər çalışacağıq. Amma həqiqət budu ki, mən İsveçrəyə bunun üçün getmirəm. Getməkdə əsas məqsədim bu deyil. Mənim üçün vacib olan UEFA-nın hakimin bu kobud səhvini etiraf etməsidi. Bir arzum var: o şəxslə həmin epizodu müzakirə etmək və onun gözlərinə baxmaq.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024