Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (13-12-2014, 18:30)
Muarem: “Hakimləri günahlandırmıram”

"Oyundan sonra epizodu 10 dəfə izlədik, amma ofsaydla heç bir əlaqəsi yox idi"

 

“Qarabağ” klubunun futbolçusu Muarem Muarem Avropa Liqasının qrup mərhələsi çərçivəsində “İnter”lə oyundan (0:0) sonra apasport.az saytının suallarını cavablandırıb. 
- Matçın bu cür sonluqla bitəcəyi nə dərəcədə gözlənilən idi?
- Biz yaxşı oynadıq. Ola bilsin, çox həvəsli olduğumuzdan müəyyən səhvlərə yol verdik. Amma sona qədər mübarizə apardıq. Qol vuracağımıza inanırdım. Təəssüf ki, hakim qeydə almadı. Oyundan sonra epizodu 10 dəfə izlədik, amma ofsaydla heç bir əlaqəsi yox idi. Mərhələ adlamaq haqqımız idi, amma əlimizdən aldılar. Oyundan sonra nəyisə dəyişmək mümkün deyil. Hakimləri günahlandırmıram, onlar da insandı. Ancaq bu cür həlledici qarşılaşmalarda diqqətli olmaqları lazımdı. Biz də əmək sərf edir, həftə boyu oyuna hazırlaşırıq. Artıq olan oldu. Qarşıda çempionatın 3 oyunu var. Bu matçları yaxşı keçirib, tətilə yollanacağıq.
- “Qarabağ”ın hücumçu problemi var idi. Vüqar Nadirov zədələndikdən sonra bu daha qabarıq şəkildə hiss olundumu? Baş məşqçi hansısa tapşırıq verdimi?
- Heç nə tapşırmadı. Vüqarın əvəzinə başqa futbolçu oyuna daxil oldu. Çümbinyo, Dias, Reynaldo olsaydı, fərqli bir oyun izləyəcəkdik. Hər oyuna 11 nəfərlə çıxırıq və bu cür zədələr mümkündü. Çünki səx qrafiklə oynayırıq. Heyətdə olan futbolçuların hamısı oynamağa hazırdılar. Baş məşqçi də hər birinə şans verir.
 
- Oyundan sonra paltardəyişmə otağına daxil olanlar sizə nə dedi?
- Baş məşqçi yaxşı oynamağımız münasibəti ilə təbrik etdi. Birlikdə epizodu izlədik. 10 dəfə baxdıq və yanlış qərar verildiyini gördük.
- Paralel keçirilən oyunun nəticəsi ilə bağlı futbolçulara məlumat verilirdimi?
- Aramızda elə söhbət olmurdu. Çünki biz bu oyuna konsentrasiya olmuşduq.
- Sanki “Dnepr” qol vurduqdan sonra fəallaşdınız. Ona qədər heç-heçəni qorumağa çalışırdınız...

 

- Oyun bitdikdən sonra “Dnepr”in qələbə qazandığını bildim. Yenə deyirəm, mənim üçün öz oyunumuz daha vacib idi deyə, digər matçla maraqlanmırdım. Qol vurduqdan sonra oyunun başa çatdığını düşündük. Sonra yan xətt hakiminə baxdıq, o bayrağını qaldırmışdı. Nə deyim? Ofsayd olmaya-olmaya bayraq qaldırdılar. Bunun texnikimi, yoxsa bilərəkdən edildiyini deyə bilmərəm. Heç kimi günahlandırmaq istəmirəm.
шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024