Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (18-11-2014, 15:21)
Qabil Abbasoğlu: “Bir dəfə də Şəhidlər Xiyabanına getməmişəm“

Qabil Abbasoğlu - ilk baxışda sərt görünsə də, çox sadə və səmimi insandır. Müsahibə almaq istədiyimi deyəndə "Qardaşoğlu, bu aralar yubley ərəfəsində qaçhaqaçdayıq. Amma mütləq sənə müsahibə verəcəm" - dedi. Sözünü üstündə durdu və müsahibəni verdi

 

Mediatv.AZ xəbər verir ki,  aktual.az-ın "Media kapitanları" layihəsinin bugünkü qonağı Lent.az saytının baş redaktoru Qabil Abbasoğludur.
- Qabil Abbasoğlu imzası niyə az görsənir? 
- Haqlısınız, az yazıram. Amma ciddi səbəblərim var. İnzibati iş, idarəçilik həm vaxt, həm də xeyli artıq diqqət tələb eləyir. O baxımdan, yazmaq imkanım yoxdu. Amma doğrusu, daha çox yazmaq həvəsi əvvəlki kimi deyil. Yalnız istisna mövzular ola bilər ki, məni insan, vətəndaş kimi ciddi şəkildə silkələsin və reaksiya verim. O hallarda yazıram... 
- Neçə ildir jurnalistikada külüng çalırsınız. Yorulmursunuz? 
- Yox. Jurnalistikaya olan həvəsim, bu peşəni sevməyim məni yorulmağa qoymur. 
 
- Yazılı media niyə online mediaya uduzur? 
- Ümumiyyətlə, dünənki hər şey bugünkünə uduzur. İnkişaf hər zaman üstündü, qabaqcıldı, cəlbedicidi və ən mühümü – rahatlıq deməkdi. Oxucu komfortu deyilən məfhum da burda özünü göstərir. Amma məncə, ən vacib fərq – sürətdi. Biz sürət əsrində yaşayırıq. İnformasiyanı saniyələrin işində almaq mümkündüsə, buna dəqiqələr, yaxud saatlar ayırmaq, sadəcə olaraq, sərf eləmir. Üstəlik, online media xəbəri bir gün fərqlə deyil, anındaca, necə deyərlər, isti-isti almaq imkanı yaradır. Bu qədər aşkar fərq var.
- Niyə mediada şəhidlər, Qarabağ mövzusunda yazılara çox yer ayrılmır... 
- Doğrusu, bu qənaətinizlə razı deyiləm. Azərbaycan mediasında bu mövzuya kifayət qədər yer ayrılır. Konkret olaraq Lent.az-da isə bu mövzu heç vaxt diqqətdən kənarda qalmayıb, əksinə, gözlə görünəcək qədər böyük yer vermişik. İndiyədək Qarabağ, şəhidlərimiz, işğalda olan torpaqlar mövzusunda bir neçə iri layihələrimiz olub. “Kəşfiyyatçının xatirələri”, “Döyüş tarixi”, “Döyüşçü gündəliyi”, “Əsir düşərgəsi” və başqa layihələrimiz bu gün də davam edir. 3 il ərzində hər gün “Milli Qəhrəmanlarımız unudulmur” rubrikasında qəhrəmanlarımızın ad günlərini anım yazısı ilə xatırlamışıq. Bu borc unudulacaq borc deyil... 
 
- Qarabağla bağlı nə düşünürsüz? 
- Məkan olaraq, pafoslu çıxmasın, Azərbaycanın baş tacı hesab edirəm Qarabağı. Münaqişəni nəzərdə tutursuzsa, o torpaqlar Azərbaycanın nəzarətinə qaytarılmalıdır və qaytarılacaq. Mən buna çox inanıram. Bir vacib məsələni hər zaman qeyd etmişəm – Azərbaycan tarix boyu, xüsusilə, 20-ci əsrdə bir neçə dəfə torpaq itirib. Amma heç birində bu qədər dirənməyib, hərbi-siyasi-hüquqi mübarizə bu səviyyədə aparılmayıb. İlk dəfədi ki, Azərbaycan dövlət şəklində, xalq olaraq, öz torpaqlarının itkisiylə razılaşmır, dirəşir, geri çəkilmir, hətta deyərdim ki, bəzi planlarda üstün mövqedə dayanır. Bu, məndə ciddi inam yaradır. Beynəlxalq siyasətdəki şərtləri, coğrafi-siyasi mövqeyimizi, iqtisadi imkanlarımızı və başqa amilləri də nəzərə alsaq, belə həssas durumda olan bir ölkə üçün öz haqlarını ardıcıllıqla müdafiə etmək çətin görünə bilər. Lakin dövlətimiz, xalqımız və dünyadakı dostlarımız bu məsələdə vahid, prinsipial mövqe ortaya qoyaraq, inamla çalışırlar. İnanıram ki, yaxşı olacaq.
 
- Bildiyim qədər Şəhidlər Xiyabanını ziyarət etmirsiniz... 
- Elədir. Hələ bir dəfə də Xiyabana getməmişəm. Şəhidlərimizin hər birini millətimizin ən dəyərli övladları, ən şirin nemət deyilən canını vətən üçün vermiş insanlar hesab edirəm və onların qarşısında baş əyirəm. Amma illər öncə içimdə bir qərar vermişəm – ora mənimçün dünyanın ən müqəddəs yeridir. Ora əliboş gedə bilmərəm. Ömür vəfa eləsə, heç olmasa, Laçından bir ovuc torpaq götürüb gedəcəm ora...
- İstirahətə və övladlarınıza yetərincə zaman ayıra bilirsinizmi?
- İstədiyim qədər yox. Mən çox məşğul və ciddi vaxt defisiti yaşayan adamam. Hər yerə və hər kəsə yetişmək ehtiyacı var içimdə. Bilirəm ki, çətindi, amma başqa cür ola bilmirəm. Ümumiyyətlə, tip olaraq ev adamı deyiləm mən. Amma təbii ki, məsuliyyətini daşıdığım insanların, o cümlədən övladlarımın maddi və mənəvi ehtiyaclarını qarşılayıram bacardığım qədər. İki oğlum var. Hər biri ilə dost kimiyəm. Bir yerdə ola bildiyimiz vaxtı maraqlı keçirə bilirik. İstirahət isə... insanların istirahət anlayışları fərqlidi. Məsələn, mən işdə olaraq da istirahət eləyə bilirəm. Bəzən insan bir anın içində illərin gərginliyini, ağırlığını ata bilir. Formal olaraq harasa gedib istirahət eləməyi nəzərdə tutursuzsa, bu cür istirahətə çox zamanım qalmır.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024