Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Slayd (30-06-2021, 10:36)
Baş həkim xəstəxananın həyətində kafe-qumarxana açıb


 Mediatv.az-ın redaksiyasına Göyçay rayon sakinləri tərəfindən şikayət məktubu daxil olub.Şikayətçilər yazır:
Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalovun korrupsiya əməllərinə görə xəstələr, sakinlər çox əziyyət çəkirlər.Xəstəxanada korrupsiya rüşvətin baş alıb getməsi bir yana xəstələrin dincliyi pozulub.
Belə ki, baş həkim Elçin Bilalov xəstəxananın həyətində kafe-qumarxana açıb ki, orada hər gün spirtli içkilər satılır, domino, nərdtaxta və kart qumarları oynayırlar.Gecə saat 2 və 3 kimi işləyən həmin kafedə sərxoş və qumar oynayan insanların səs-küyündən xəstələr palatalarda yata bilmirlər ki, buda onların müalicəsinə çox pis təsir göstərir. Sərxoş olan, qumarda sözü tərs gələnlər həttda ucadan nalayiq söyüşlər söyürlər ki, bu tərbiyəsizliyin məsuliyyəti birbaşa baş həkim Elçin Bilalovun üzərinə düşür. Baş həkim Elçin Bilalova məxsus kafe-qumarxananın stolları xəstəxananın həyətinin hər yerinə qoyulub.Bu mənzərəni görən dəhşətə gəlir ki, dövlət xəstəxanasının həyətində kafe-qumarxana açılıb.Xəstələri, müayinə və müalicəyə gələn insanları saya salmayan baş həkimin psixoloji probleminin olmasını deyirlər.Həttda onun daima psixotrop dərmanlar qəbul etdiyi söylənilir.Bu isə inandırıcıdır çünki ağıllı insan belə bir səhvə yol verib xəstəxananın həyətində kefe-qumarxana açmaz.
Dövlət xəstəxanasını özəl şirkəti kimi idarə edən Elçin Bilalov az qala xəstəxananın həyətində bazar açsın.Belə getsə onun barəsində tədbir görməsələr bunuda edəcək.
Baş həkim Elçin Bilalovun qanunsuz əməlləri barədə biz Səhiyyə Nazirliyinə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin  (TƏBİB) İdarə Heyətinə və digər orqanlara şikayət ərizələri yazıb onun fəaliyyətinin yoxlanılmasını xahiş etmişik. Ümid edirik ki, şikayətimiz və bu müraciıtimiz yerində araşdırlıb təcili tədbirlər görüləcək.
Elçin Bilalov tutduğu vəzifədən azad etməlidirlər ki, rədd olub gedib başqa yerdə kafe-kumarxanasını işlətsin.Dövləti vətəndaşları ələ salmasın.
Biz mətbuat vasitəsi ilə Səhiyyə nazirinin birinci müavini Teymur Musayevə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri cənab Ramil Bayramlıya müraciət ünvanlayıb xahiş edirik dövlət xəstəxanasının həyətində kafe-qumarxana açan baş həkim Elçin Bilalovun fəaliyyətini yoxlayıb onun barəsində təsirli tədbirlər görəsiniz.
  



İmza; Göyçay rayon sakinləri
Əliyev Mətləb Famil  oğlu
Qədirov Zamiq Nazim oğlu
Salmanova Səmayə Yusif qızı
Nuriyeva Nisə Məhəmməd qızı 
шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024