Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Slayd (26-06-2021, 09:51)
Ağstafanın başçı sarıdan bəxti gətirmədi... - İDDİA


 





Bilməyənlər üçün qeyd edək ki, sivil cəmiyyətlərdə bir insanın uzun müddət vəzifədə qalıb-qalmaması, onun “yaxşı, ya da pis oğlan olması” ilə bağlı deyil. Yəni loru dildə desək, hətta “ yaxşı oğlan”ın da uzun müddət vəzifədə qalması cəmiyyəti, insanları yorur, hətta bezdirir. O ki ola insanlara qənim kəsilən, rüşvətxor, korrupsioner, “üzü üzlər görmüş qoca“ icra başçıları...
Sözümüzün canı odur ki, kadr korpusunda nəsil dəyişməsi, yaşlı kadrların gənclərlə əvəzlənməsi cəmiyyətin istəyi, sifarişi idi.
Cəmiyyətin istəyini nəzərə alan ölkə başçısı cənab İlham Əliyev son illər xeyli sayda gəncləri irəli çəkdi, etimad göstərdi, icra başçısı, hətta nazir vəzifələrinə təyin etdi.
Bir daha təkrar edirik ki, bu cəmiyyətdən gələn sifariş idi.
Ancaq təəssüf ki, etimad göstərilən gənclərin bir qismi bu etimadı doğrulda bilmədi.
Belə gənc kadrlardan biri də Ağstafanın gənc, 34 yaşlı icra başçısı Seymur Orucovdur.
Bu icra başçı adamın yadına rəhmətlik aktrisamız Nəsibə Zeynalovaın ironiya ilə dediyi bir məşhur sözünü yada salır: “Bir tərəfi Bakıxanovlardan, o tərəfi Şəkixanovlardan “.
Bəli, bizim bu gənc icra başçısı Seymur Orucovun da bir tərəfi Həmkarların sədri Səttar Mehbalıyev, o biri tərəfi keçmiş rektor Şəmsəddin Hacıyevgillərdəndir.
Daha dəqiq desək, icra başçısı Səttar Mehbalıyevin bacısı oğlu, Şəmsəddin Orucovun qızı Çeşmi xanımın əridir.
Görək, gənc icra başçımız kimlərin yanında və NECƏ təcrübə keçib.
Prezidentin keçmiş köməkçisi Əli Həsənovun qudası Səttar Mehbalıyevin yanında.
Bəli, az qala 30 ildir Həmkarların sədri, millət vəkili olan Səttar Mehbalıyev bu günədək həmkarların hesabında olan milyonların hara xərclənməsi barədə cəmiyyətə hesabat verməyib. Həmkarların xətti ilə verilən putyovkalar baha qiymətə satılıb, qurumun nəzdində olan sanatoriyalar Mehbalıyevə işləyib. Bu bir təcrübə.
Keçmiş nəqliyyat naziri olan Ziya Məmmədovun hesabına “Narxoz”un rektoru, sonra millət vəkili olan Şəmsəddin Hacıyev isə universiteti əsl rüşvət ocağına çevirdi.
Həə, indi özünüz düşünün, gənc icra başçısı “iki qohumundan“ yaxşı nə öyrənə bilərdi. Öyrəndiyi ancaq rüşvət və müftəxorluq ola bilərdi.
Hələ onu demirik ki, kürəkən qaynatası Şəmsəddin Hacıyevin yanında prorektor olub və böyük “rüşvət təcrübəsi” toplayıb.
Atalar demişkən, “anan sarımsaq, atan soğan” nə vaxtdan oldun gülməşəkər.
Ona görə də Seymur Orucovdan yaxşı nəsə gözləmək mənasızdır.
Həm də 1-cə günlük idarəetmə təcrübəsi olmayan adam böyük bir rayonu necə idarə edə bilər ?
Həftənin yarısını Bakıda, yarısını Ağstafada keçirən icra başçısı rayonun hansı problemi ilə maraqlana bilər ki ?
Digər tərəfdən həyat yoldaşı 350 minlik zirehli avtomobillə işə gedib-gələn icra başçısı xalqla bir ola bilməz.
Yeri gəlmişkən, başçının xanımı Çeşmi xanım Hacıyeva Mağtağada uşaq bağçasının müdirəsi idi. Son məlumata görə, Çeşmi xanım həm də Dillər Universitetinin rektoru Kamal Abdullanın müşaviridir. Onu da qeyd edək ki, Çeşmi xanıma qədər Dillər Universitetində belə bir ştat- multikultiralizm üzrə müşavir vəzifəsi olmayıb, yəni bu vəzifə Çeşmi xanın üçün xüsusi olaraq açılıb. Təsəvvür edirsiniz “zakaz”la müşavir ştatı açılır.
Bu hələ harasıdır ?
Çeşmi xanın həm də sahibkardır, xeyli sayda istixanaları ( parnik) var, hətta Azəriqaz-a 115 min manata qaz sərfiyyatına görə borcu olub.
Vətəndaşın 3 manat borcu olan kimi qazını kəsirlər, amma Çeşmi xanıma gözün üstə qaşın var deyən yoxdur.
Görəsən bir adam müşavir, bağça müdirəsi, sahibkar və s vəzifələrin, işlərin öhdəsindən necə gəlir ?
Başqa suallar da var. Görəsən, Seymur Orucov qardaşının adına olan 350 min manat dəyərində avtomobili hamsı pulla alıb ?
Bu pulu harada və necə qazandı ?
Bütün bunları bir kənara qoyaq.
Axı, Prezident sənə, 34 yaşlı cavan oğlana etimad göstərərərək böyük bir rayona rəhbər təyin edib. Bundan böyük etimad nə ola bilər ?
Niyə işləmirsiniz, niyə işləmək istəmirsiniz ?
Qarnınızın ağrısı nədir ?
Axı, niyə başa düşmürsünüz ki, Ağstafa müharibə vəziyyətində olduğumuz Ermənistanla həmsərhəddir, sabah bir güllə atılsa, Seymur Orucovu yerində tapmaq olmayacaq.
Rayonda köhnə hamam köhnə tasdır, problemlər olduğu kimi qalır. Üstəlik icra başçısı yerində tapılmır ki, vətəndaşlar şikayətlərini bildirsin.
Üstəlik, təzə icra başçısı köhnə rüşvətxor məmurlarla, idarə rəsiləri ilə işləməyə üstünlük verir, özünü komandası yoxdur.
Sözün qısası, icra başçısı etimad limitini çoxdan itirib.
Həbsdən canını qurtara bilsə, papağını göyə atsın.
//gundelik-baku.com//
шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024