Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (12-11-2014, 10:50)
Ölkə təmsilçimiz: “Plastik əməliyyat keçirməmişəm“

“Çimərlik geyimində səhnəyə çıxan modelə qeyri-ciddi baxırlar”

 

Mediatv.Az bu gün Azərbaycanı Honkonqda keçiriləcək “Miss Model of the World – 2014” beynəlxalq gözəllik müsabiqəsində təmsil edəcək model Kamilla Ələkbərova ilə müsahibəni təqdim edir:
- Bu sahədə ilk addımlarınızdır. Necə oldu ki, birdən-birə model olmağa qərar verdiniz?
- Kastinq elanını gördüm və qatılmağa qərar verdim. Seçimlərdə qızlar çox idi. Təbii gözəlliyimə görə mən bəyənildim və seçildim. Hər zaman gözəl olduğuma inanmışam, hətta uşaqlıq illərimdə belə. Həmişə hiss etmişəm ki, mən gözələm.
- Yerli və əcnəbi modellərdən kimi bəyənirsiniz?
- Əcnəbilərdən ən sevdiyim model Adriana Limadır. Azərbaycanlı modellərin isə heç birinə pərəstiş etmirəm. Özüm kimi olmaq istəyirəm. Onların öz yolu, mənim öz yolum var.
- Son iki ildir ki, modellərin səhnəyə çimərlik geyimi ilə çıxması və sosial şəbəkələrdə açıq-saçıq libaslarda fotolar paylaşması ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Bəs, siz hər cür geyimdə səhnədə yer almağa hazırsınız?
- Mən həyatımda ilk və son dəfə “Miss Model of the World” beynəlxalq model müsabiqəsində çimərlik geyimində səhnəyə çıxacağam. Hətta bu yaxınlarda mənə Fransadan açıq-saçıq geyimdə hansısa reklam siması olmaq təklifi gəldi, qəbul etmədim.
- Azərbaycanda təşkil olunan milli gözəllik müsabiqələrində modellərin səhnəyə çimərlik geyimində çıxmağına münasibətiniz necədir?
- Azərbaycanda modellərin səhnəyə çimərlik geyimində çıxmağı düzgün deyil. Çünki burada çimərlik geyimində səhnəyə çıxan modelə qeyri-ciddi baxırlar.
- Sosial şəbəkə istifadəçiləri və oxucular sizin silikonlu, botokslu olduğunuzu və plastik-estetik cərrahiyyə əməliyyatı keçirdiyinizi yazırlar. Ümumiyyətlə, bu barədə haqqınızda yazılanlar nə dərəcədə doğrudur?
- Heç bir plastik əməliyyat keçirməmişəm. Hətta qaşlarımı belə aldırmamışam. Anadan necə doğulmuşamsa, elə də varam.
- Əgər silikona, botoksa, plastik əməliyyata ehtiyacınız olarsa, etdirərsinizmi?
- Mənim onların heç birinə ehtiyacım yoxdur. Yaşım neçə olursa-olsun hər zaman təbiiliyə üstünlük verən insanam. Allah məni necə yaradıbsa, hər zaman elə olacağam.
- Bəs, öz ölkəsini təmsil edən plastik əməliyyat keçirən modellərə münasibətiniz necədir?
- Mən həmişə plastik əməliyyata qarşı olmuşam. Əgər model gözəllik müsabiqəsinə qatılıb, öz ölkəsini təmsil edirsə, onda hər şey təbii olmalıdır. Mənə təbii gözəlliyimə görə önəm verdilər. Azərbaycanda ola bilər ki, hansısa gözəllik müsabiqələrində silikonlu, botokslu qızları seçsinlər. Amma əcnəbi ölklərdə buna yol verilmir. Orada hər zaman təbii gözəlliyə üstünlük verilir.
- Hissləriniz sizə nə deyir? “Miss Model of the World”da özünüzü neçənci yerdə görürsünüz?
- İlk beşlikdə.
 
- Həyatınızda biri varmı?
- Heç kim yoxdur. Heç vaxt sevməmişəm. Hələ qarşıma sevgimə layiq olan insan çıxmayıb.
 
- Gənc və gözəlsiniz. Qarşıda sizi ailə həyatı gözləyir. Həyat yoldaşınız ya karyera, ya ailə desə, hansını seçəcəksiniz?
- Hazırda sırf karyeramla məşğulam. Amma gələcəkdə necə olacaq bilmirəm. Bəlkə sevərəm fikrim dəyişər, ya da əksinə. Amma indi karyera mənimlədirsə, deməli karyera mənim üçün daha üstündür.
- Son vaxtlar ölkəmizdə keçirilən gözəllik müsabiqələri qalmaqallarla yadda qalır. Sizcə, buna səbəb nədir?
- Azərbaycanda keçirilən gözəllik yarışmaları haqlı keçirilmir. Facebook-da vaxt keçirən gənc qızlar müsabiqənin qalibini qınamağa başlayırlar ki, “mən ondan gözələm, onu niyə seçdilər?” və s. Əgər sən seçilmək istəyirdinsə, kastinqlərə qatıla bilərdin. Kim seçilibsə, deməli o da həmin yerə layiqdir. Qalib gələn modelə Azərbaycanın ən gözəli demək o deyil ki, o, doğrudan da Azərbaycanın ən gözəl qızıdır. Xeyr, sadəcə müsabiqəyə qatılanlar içərisində ən gözəli odur.
- Kompleksləriniz var?
- Birdən paltarım açılar, bədənimin hansısa yerini görərlər. Dırnaqlarım səliqəsiz olmağı da mənim üçün kompleksdir.
- Fobiyanız nədir?
- Mən qorxaq insanam. Gecə tək yatmaqdan çox qorxuram. Hər zaman yanımda kimsə yatır. Hətta gecə yatanda işığı belə söndürmürəm.
- Mütaliə edirsiniz?
- Daha çox dini kitablar, “Quran”ı oxuyuram. Roman oxumağı da çox sevirəm.
 
- Ali təhsiliniz varmı?

 

- Moskva Dövlət Universitetində iqtisadiyyat üzrə təhsil alıram. IV kurs tələbəsiyəm.
шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024