Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (17-04-2021, 09:32)
Rahib Kərimov – Cəlilabadın böhtan yapışmayan ziyalısı





Su öz keyfiyyətlərini sızıb keçdiyi torpaqdan götürdüyü kimi, insan da yaxşı və pis cəhətlərini doğulduğu diyardan götürür. Cəlilabad elinin ən böyük sərvəti Azərbaycana və dünyaya bəxş etdiyi görkəmli şəxsiyyətləri, qəhrəman oğulları, qeyrətli qızlarıdır. Biz onların adlarını bir-bir sadalamaq fikrindən uzağıq. Adı rayon ictimaiyyəti arasında hörmətlə çəkilən cəlilabdlılardan biri də məhz haqqında söz açdığımız Rahib Kərimovdur.
Beş il əvvəl Cəlilabadda Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) yaradıldıqdan sonra aqrar sahəyə göstərilən dövlət dəstəyi ölkəmizin hər yerində olduğu kimi, iri kənd təsərrüfatı rayonu kimi tanınan Cəlilabadda da ilbəil uğurların əldə olunmasına stimul verir. DAİM-in direktoru kimi Rahib Kərimov mütəmadi olaraq fermerlərlə görüş keçirir və onların problemlərinin həlli istiqamətində öz diqqət və qayğısını əsirgəmir.
Dövlətimizin qayğılı münasibətini zəhmətsevər insanlara ötürən Rahib Kərimovun məqsədyönlü fəaliyyəti nəticəsində kəndlilərin işə həvəsi çoxalıb, aqrar bölmədə ciddi irəliləyiş müşahidə olunur. Torpağın şumlanmasından başlayaraq biçilən məhsulun daşınmasına qədər bütün proseslər DAİM-nin ciddi nəzarətindədir. Rayona gətirilən yeni texnikalar, aparılan meliorasiya-irriqasiya işləri, vaxtında görülən aqrotexniki tədbirlər hesabına tarlalarda yüksək məhsuldarlığa nail olunur, zəmilər qısa müddət ərzində və heç bir itkiyə yol verilmədən biçilir, dənli biutkilər istehsalında rayon əhalisinin tələbatından da artıq məhsul tədarük olunmuşdur. Rayonda kartof, çiyələk, sarımsaq əkininə də maraq böyükdür. Baramaçılıq sahəsi bərpa olunub. Hazırda Cəlilabadda ölkə başçısının tapşırığına əsasən örüş, biçənək və əkinəyararsız torpaqların əkin dövriyyəsinə daxil edilməsi, onların təyinatının və kateqoriyasının dəyişdirilməsi prosesi gedir.
Zəhməti ilə seçilən Rahib Kərimov həm də çox vətənpərvər ziyalıdır. Vətən müharibəsi başlayan zaman onun oğlu Mirzə Kərimov könüllü olaraq döyüşə yollanıb və hazırda Şuşada xidmət edir. Ölkə başçısının Qubadlı və Cəbrayıl rayonuna səfəri zamanı Ali Baş Komandanla görüşən əsgərlərimizdən biri də odur. M.Kərimov artıq komandanlıq tərəfindən leytenant rütbəsiylə təltif edilib.
Vətən müharibəsində iştirak edən bütün gəncləri öz oğlundan seçməyən Rahib Kərimov Cəlilabad rayonunda 100-dən çox şəhid ailəsiylə görüşüb. Onlara mənəvi dəstək verib, imkanı daxilində maddi köməklik göstərib.
Ellilərinin xeyir-şər işlərindən qalmayan Rahib müəllim eyni zamanda rayonun işıqlı insanlarının, aydınlarının etibarlı dostudur. Təsadüfi deyildir ki, incə ruhuna bələd olan şair və yazıçılar, incəsənət adamları Rahib müəllimi ədəbi tədbirlərə, poeziya gecələrinə dəvət edirlər. Bütün bunlar sadə cəlilabadlıların sosial şəbəkədə onun ünvanına yazdıqları alqışlarla təsdiq olunur.
Yaxşılıq bütün kamilliklərin mərkəzində durur, bütün sevinclərin əsas mənbəyidir. O, insanı ağıllı, diqqətli, düşüncəli, mərd, safürəkli, xoşbəxt, tərifəlayiq, həqiq və universal qəhrəmana çevirir. Bu gözəl xüsusiyyət həm Allahın, həm də insanların məhəbbətini qazanmışdır. İnsanın dərinliyi və böyüklüyü onun bəxti ilə deyil, etdiyi yaxşılıqlarla ölçülür.  Rahib Kərimov da malik olduğu bütün məziyyətlərdən – ictimai fəaliyyətindən daha əfzəl yaxşı insan kimi xarakterizə olunur. Təəssüf ki, onun kimi insanlar bəzən paxıllığın hədəfi olurlar. Rahib Kərimovun da haqqında qeyri-ciddi, etibarsız mənbələrə istinad edən mətbuatda bəzən haqsız tənqidi informasiyalar dolaşır. Gah onu radikal müxalifətlə əlaqələndirir, gah da Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri  Kərəm Həsənovla qohumluq əlaqəsindən sui-istifadə etməkdə suçlamağa çalışırlar. Amma Rahib müəllimin siyasi orientasiyasına şübhə ilə yanaşanlar ən azı bircə nüansı nəzərə almırlar ki, o, hakim Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının şura üzvüdür.

Əfqan Bəhluloğluшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024