Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (5-11-2014, 14:08)
““Qarabağ” rəqibinə açıq futbol təklif etsə,...“

"Markeviçin mənim informasiyama ehtiyacı yoxdu" 

 

Valentin Xodukinin Fanat.az-a müsahibəsi 
- “Dnepr”in baş məşqçisi Miron Markeviçlə yaxşı münasibətləriniz var...
- Bəli, o, universitetdə mənim tələbəm olub. Üstəlik, Lvov “Karpatı”sında da bir yerdə işləmişik.O baş məşqçi idi. Mən isə klubun Elmi Tədris Mərkəzinin rəhbəri. Elə Dnepropetrovskluların fiziki hazırlıq üzrə məşqçisi Pavel Sirenkonu da yaxşı tanıyıram. Bildiyiniz kimi, 2006/07 mövsümündə bizim “İnter”də çalışırdı.
- Markeviçlə “Qarabağ”la oyun haqda söhbətiniz olub?
- Yox, yaxınlarda danışmamışıq. Amma Bakıya gələndə mütləq görüşmək istəyirəm.
- Bir yaxın tanış kimi sizdən “Qarabağ”ın oyunuyla bağlı nəsə soruşa, hələ ilk matç ərəfəsində Azərbaycan komandası haqda dolğun məlumat ala bilərdi...
- Məncə, onun mənim informasiyama ehtiyacı yoxdu. Özləri yetərincə məlumat toplamış olar.
- Komandaların ilk dueli geridə qalıb. Qarşıdan isə cavab oyunu gəlir. Nə gözləyək?
- İlk oyunda “Qarabağ”ın gücünü düzgün dəyərləndirməmişdilər. Hiss olunurdu ki, bəzi futbolçular matça lazımınca hazırlaşmayıb. Qurban Qurbanovun komandası isə taktiki planda düzgün oynadı və istədiyi nəticəni qazanmağı bacardı. Təbii, Kiyevdəki məğlubiyyətə görə yerli mətbuat və futbol ictimaiyyəti Dnepropetrovsk təmsilçisini ciddi tənqid atəşinə tutub. Deməli, Bakıda daha istəkli “Dnepr” görəcəyik.
- Yəni həmyerliləriniz mərkəzi arenada hücum futbolu sərgiləyəcəklər?
- Qələbə üçün qol vurmaq mütləqdi. İndiki durumda “Dnepr”i bərabərlik də qane etmir. Məntiqlə, qrupdan çıxmağı qarşısına məqsəd qoyan kollektiv Bakıda hücum futbolu oynamalıdı. Fikrimcə, “Qarabağ” rəqibinə açıq futbol təklif etsə, qonaqların işi asanlaşacaq. Amma bu dəfə psixoloji durum yekun nəticəyə taktiki mübarizədən daha çox təsir edəcək.
 
- Tərəflərdən hansını daha şanslı sayırsız?
- Evdə, möhtəşəm azarkeş dəstəyi altında oynayacağına görə “Qarabağ”ı. Hərçənd qonaqların da şansı var.
 
- Bəs hansına azarkeşlik edəcəksiz?
-Təbii ki, “Qarabağ”a. Qurbanovun komandasının qrupdan çıxmasını arzulayıram. Çünki, buna layiqdilər.
шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024