Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (28-10-2020, 09:06)
Gilan Orchards MMC qanunlara tabe olmur - GİLEY

Gilan Orchards MMC qanunlara tabe olmur
Göyçayın Bığır kəndinin sakini 36 yaşlı Tural Bədirovun şikayəti var. Deyir, 11 il işlədiyi “Gilan Holding”dən (sonradan adı Gilan Orchards MMC kimi dəyişdirilib) xəbəri olmadan işdən çıxarılıb. Özü də pandemiya dövründə.

“Mayda xeyli yer bağlı idi. Bizə də deyilmişdi ki, lazım olanda işə çağırılacaqsınız, təhlükəsizliyiniz üçün evdə oturun. Kartımdan maaşımı çıxarmaq istəyəndə gördüm ki, içində heç nə yoxdur. Müraciət etdim, dedilər, “iclas təşkil edilmişdi, xeyli adamı işdən azad etdilər, içində sən də varsan”. Bu, rəzillik deyil, nədir? Belə durumda da adamı işsiz qoyarlar?”

Tural Bədirov deyir ki, “Gilan Orchards” MMC-nin nar bağlarında gözətçi kimi çalışırmış. Burada 11 il çalışmasına baxmayaraq iş stajını da 3 il yazıblar. O, buna əhəmiyyət vermir, amma işsiz qalmasına görə çox üzülür:

“Atam, 3 övladım, həyat yoldaşım, mən - böyük ailəyik. İşləyəndə yenə birtəhər dolanırdıq. Artıq 5 aydır ki, işsizəm və yaşamaq çətinləşib. Həm də ata kimi pərt oluram uşaqlarımın qarşısında. Nəsə istəyirlər, ala bilmirəm. Bu, məni üzür”.

Pandemiya dövründə Prezident İlham Əliyev açıqlamasında bildirmişdi ki, insanların işdən çıxarılmasına yol vermək olmaz. Belə bir dövrdə heç bir qurum işçiləri ixtisar etməməlidir.

Elə Tural Bədirov da prezidentin həmin çıxışını dinləyib. Deyir, çalışdığı şirkət hətta prezidenti də saymayıb:

“3 övladım var. Atam 2-ci qrup əlildir. Mən həm ailəmə, həm atama baxıram. İndi onlara baxmağa bir işim də yoxdur və yeni iş tapmaq da çətindir. Belə bir zamanda, müharibə dövründə şikayət etmək istəməzdim. Ancaq məcburam. Çünki problemimlə bağlı hər yerə yazmışam. Aidiyyatı qurumara, hətta Prezident Administrasiyasına... Bir nəticəsi olmayıb”.

Tural Bədirov deyir ki, onda olan məlumata görə işçilərindən 3-4 nəfəri saxlayıblar. Arada idarəyə gedir. Yeni bir xəbərin olub-olmamasını soruşur:

“Deyirəm, nə xəbər var bizim işdən? Məni yola verirlər. Mən qanunsuz işdən azad edilmişəm. Xahiş edirəm ki, məni işlə təmin etsinlər. Bu etdikləri qanunsuz əməldir”.
шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024