Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Slayd (21-09-2020, 09:25)
Ağdamın icra başçısına qarşı ittiham

Ağdamın icra başçısına qarşı ittiham
Ağdam deyiləndə damarlarında Azərbaycan qanı axan hər bir insanın ürəyində bir nisgil baş qaldırır, yağı tapdağında qalan yurd yerlərimizin acısı qövr edir. Param-parça olmuş vətənimizin yarı düşmən tapdağında qalan yaralı Ağdamının əlimizdə olan qisminin heç məmur sarıdan da bəxti gətirməyib.Uzun illər yarıtmaz idarəçilikdən əziyyət çəkən rayon bir qrup məmurun yeyinti yerinə,korrupsiya bataqlığına çevrilib. 2018-ci ildə Raqub Məmmədov icra başçısı vəzifəsindən azad ediləndə ağdamlılar qara günlərin keçmişdə qaldığına ümidləndilər. Amma nə biləydilər ki, Qaradağdan Xəzərə, Xəzərdən də Ağdama yol alan Vaqif Həsənov nəinki ona göstərilən etimadı yerlə bir edəcək, hətta rayon sakinlərinin sonuncu ümüdlərini də alt-üst etməyi bacaracaq. Baş verənlərə əsasən cumhuriyyet.az bildirir ki, Vaqif Həsənov ona göstərilən etimadı taleyin bir lütfü, həyatının şansı kimi qəbul edəydi. Axı öz keçmişini onun özündən daha yaxşı bilən olmaz. Məgər cənab Həsənov Qaradağdan Ağdama gedən məmuriyyət yolunda dosyesinin elə ağ-qara ləkələrdən ibarət olduğunu unudubmu? Işlədiyi bütün vəzifələrdə rüşvət,korrupsiya qalmaqalları ilə məhşur olan, səs yazıları sosial şəbəkələrin trendinə çevrilən birisinə özünü doğrultmaq üçün bundan böyük bir şans olardımı? Olmazdı təbii, amma, V.Həsənov nə cənab Prezidentin etimadını, nə də xalqın ümidlərini doğrultdu…
DTX-nın “qara maskalı”larının çoxlarının yuxusunu ərşə çəkdiyi bu zamanlarda V.Həsənovun bir “MTN sevdalısı” olduğunu xatırlamamaq günah olardı.Belə ki, cumhuriyyet.az yerli mediada yayılan məlumatlara istinadən bildirir ki, hələ Xəzər rayonunda icra başçısının müavini olarkən V.Həsənov MTN-in Antiterror Mərkəzinin müavini olmuş, həbsdə intihar etdiyi deyilən İlqar Əliyevə 2 mərtəbəli mağaza bağışlayıb. Bununla bağlı cumhuriyyet.az-a verilən məlumata görə, Mərdəkan qəsəbəsinin girəcəyinin solunda, hazırda “Embawood” şirkətinin icarəsində olan 2 mərtəbəli mağaza MTN-in Antiterror Mərkəzinin müavini olmuş İlqar Əliyevə Xəzər RİH başçısının müavini Vaqif Həsənov tərəfindən inşa edilib. Bina Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov vasitəsilə rəsmiləşdirilərək bağışlanıb. Beləliklə, iki müavin birləşib MTN-çi İ.Əliyevə bina bağışlayıb. . Bu fakt bir müddət əvvəl vəkil Ramiz Zeynalovun irihəcmli məqaləsində öz əksini tapıb və qarşı tərəfdən heç bir təkzib olunmayıb.
V.Həsənovun “Youtube” kanalında,sosial şəbəkələrdə izlənmə rekordları qıran səs yazısı da onun karyerasının qaranlıq səhifələrindən biridir. Həmin səs yazısında Vaqif Həsənov vətəndaşa icra hakimiyyəti tərəfindən torpaq ayrılması və ev tikmək üçün icazənin verilməsi sənədi üçün əvəlcədən 5000 manat rüşvət alır. Səs yazısında vətəndaş “Mersedes” markalı avtomobilini sataraq hələlik pulun 5 min manatını gətirdiyini və yerdə qalanını isə bankdan kredit götürərək gətirib verəcəyini açıq şəkildə deyir. Başçı müavini Vaqif Həsənov isə rüşvət aldığı vətəndaşa narahat olmamağı və ömürlük sənəd verəcəyi vədini verir.
Ümumiyyətlə istər Qaradağ rayonunda,istərsə də Xəzər rayonunda icra başçısının müavini işləyərkən adı daima rüşvət,korrupsiya əməllərində çəkilən V.Həsənovun icra başçısı kimi öz reputasiyasını dəyişəcəyinə inanmaq sadəlövlük olardı. Təəssüf ki, elə belə də oldu. Bu gün eyni əməllər Ağdamda da davam etdirilir. Baxmayaraq kİ, medyada Ağdamın inkişafı ilə bağlı “zəhmətkeş məktubları”na rast gəlinsə də vəziyyət heç də ürəkaçan deyil. Deyilənə görə rayonlarda DTX-nın keçirdiyi əməliyyatlardan sonra V.Həsənovun narahatlığı birə-beş artıb. Hətta tələm tələsik kabinetini də təmir etdirib,zərərli cihazlara qarşı proflaktik işlər gördürüb. Amma, qorxunun əcələ heç bir faydası yoxdur !
 //cumhuriyyet.az//
шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024