Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Slayd (19-09-2020, 18:43)
İcra Hakimiyyətinin tenderini qazanan şirkət kimə məxsusdur?

 Saatlı Rayon İcra Hakimiyyəti “Muğan SB” MMC ilə maliyyə dəyəri 184 994.81 AZN olan müqavilə bağlayıb.
Mediatv.az Yenisabah.az-a istinadən  xəbər verir ki, MMC bu məbləğə Saatlı şəhəri ərazisində park və meydanlarda abadlıq və təmir işlərini həyata keçirməlidir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Muğan SB” MMC 8 may 2014-cü il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 30 AZN olan şirkətin hüquqi ünvanı Saatlı rayonu Saatlı şəhəri, Babək küçəsi ev 41-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Əkbərova Sədaqət Əzizağa qızıdır.
“Muğan SB” MMC-nin qeydiyyatda olduğu ünvanda daha bir şirkət yerləşir. Bu, “Muğan LTD” MMC-dir. Nizamnamə kapitalı olan 50 AZN olan şirkət 18 aprel 2008-ci il tarixdə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi isə Əkbərov Bəybala Əfras oğludur.
Apardığımız araşdırmalar zamanı bəlli olub ki, Bəybala Əkbərov “Azəraqrartikiti” ASC-nin Saatlı filialının rəisidir. Sədaqət Əkbərova Bəybala Əkbərovun xanımıdır. Onların eyni ünvanda qeydiyyatda olmaları da bu faktı təsdiqləyir. “Muğan SB” MMC-nin adındakı “S” və “B” hərfləri isə onların adlarının simvolizə edir.
Bəzi məlumatlara görə, əslində hər iki şirkət “Azəraqrartikinti” ASC-nin rəhbəri, deputat Ağalar Vəliyevin biznes imperiyasına daxildir. Bir müddət əvvəl deputatın biznesi barədə tirajlanan araşdırma metarialında qeyd olunurdu ki, “Azəraqrartikinti” ASC-nin bütün filial rəhbərlərinin hamısının özəl şirkətləri var. Dövlət layihələri bu şirkətlər vasitəsilə həyata keçirilir. Eyni zamanda qeyd edilirdi ki, şirkətlərin hamısı əslində Ağalar Vəliyevə məxsusdur. Filial rəhbərləri isə sadəcə proxy şəxslərdir.шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024