Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (18-11-2018, 10:03)
Fizuli rayon məktəblilərinin "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasının yola salınmasına həsr olunmuş görüş keçirilmişdir.

 

17  noyabr tarixində  Füzuli RİHB aparatının  akt  zalında “Ölkəmizi  tanıyaq” tur-aksiya  iştirakçılarının yola salınmasına həsr  olunmuş  görüş  keçirilmişdir. Görüşdə Şura  üzvləri, idarə,  müəssisə, təşkilat rəhbərləri, məktəb direktorları, valideynlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak  etmişlər.
Tədbirdə  iştirak  edən Füzuli  Rayon İcra Hakimiyyətinin başçısı  Alı  Alıyev çıxış edərək Ulu öndərimiz Heydər Əliyev tərəfindən qurulan müstəqil  Azərbaycan dövlətinin  bugünkü  dinamik  inkişafının, sosial-iqtisadi gücünün  gündən-günə artmasının  Prezident cənab İlham Əliyevin qətiyyət və iradəsinin nəticəsi olduğunu  bildirdi. Rayon rəhbəri dövlət başçısının rəhbərliyi ilə rayonda tikilən obyektlər, çəkilən yollar, əhalinin  rifahının yüksəldilməsi və  məşğulluğunun  təminatı  istiqamətində  atılan  mühüm  addımlar  haqqında görüş  iştirakçılarına geniş  məlumat  verdi. Alı Alıyev  qaçqınların və  məcburi  köçkünlərin, şəhid  ailələrinin, əhalinin aztəminatlı təbəqəsinin bütün  problemlərinin daim  ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident  xanım  Mehriban Əliyevanın diqqət  mərkəzində olduğunu bildirdi. Rayon rəhbəri Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində inşa olunan 6 mühüm layihənin məhz “Heydər Əliyev” fondunun maliyyə dəstəyi və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirdiyini diqqətə çatdırdı. Alı Alıyev “Ölkəmizi  tanıyaq” tur-aksiyalarının təşkilini gənc nəslin təlim-tərbiyəsinin düzgün qurulmasına, vətənpərvərlik  ideyalarının təbliğinə yönəlmiş xüsusi bir dövlət  qayğısı olaraq izah etdi.
Daha  sonra   tur-aksiyalar barədə geniş məlumat  verən rayon rəhbəri  keçirilən tur-aksiyalarda Füzuli  rayonundan 240 nəfərin iştirak  etdiyini diqqətə çatdırdı.
Çıxış edən müəllimlər, valideynlər və şagirdlər “Ölkəmizi tanıyaq” tur-aksiyalarının təşkili və  rayonumuza göstərdiyi diqqətə, qayğıya görə Prezident cənab İlham  Əliyevə öz dərin minnətdarlıqlarını bildirdilər.
Sonda tədbir iştirakçılarına “Cəbhə bölgəsində yerləşən Horadiz bu gün” adlı videoçarx nümayiş  etdirilmişdir.
Bu görüşün davamı olaraq  18 noyabr tarixində Horadiz şəhərində yerləşən Heydər Əliyev  Mərkəzində rayon İcra Hakimiyyətinin başçısı Alı 
Alıyevin iştirakı ilə “Ölkəmizi  tanıyaq” tur-aksiya iştirakçılarının təntənəli yolasalma  mərasimi keçirilmişdir.шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024