Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (8-11-2018, 17:29)
Cəlilabadın Abazallı və Mirzəli kəndlərində modul tipli məktəblər istifadəyə verilib

 8 noyabr 2018-ci il tarixdə Cəlilabad rayonunda iki modul tipli məktəbin açılışı olub.Açılış mərasimlərində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon təhsil şöbəsinin müdiri səlahiyyətlərini icra edən Hafiz Cavadov, məktəblərin müəllim və şagird kollektivi, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.Açılış mərasimlərində çıxış edən rayon icra hakimiyyətinin başçısı Namiq Zeynalov Azərbaycanda elmin və təhsilin inkişafı istiqamətində görülmüş işlərdən danışıb. Bildirilib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızın bütün bölgələrində olduğu kimi, Cəlilabad rayonunda da təhsilin inkişafı ilə bağlı mühüm layihələr həyata keçirilib.Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş etibarlı təməl əsasında və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmiz sürətlə inkişaf edir.Ölkə iqtisadiyyatının dinamik yüksəlişi təhsilin inkişafına da güclü təkan verir.Son vaxtlar təhsil sistemində analoqu olmayan proqram və layihələr həyata keçirilir.Ölkənin hər tərəfində yeni məktəblər tikilir,köhnə məktəblər əsaslı təmir olunur,müasir avadanlıqlarla təchiz edilir,yeni dərsliklər hazırlanaraq şagirdlərə pulsuz paylanılır.Təhsil işçilərinin əmək haqqı müntəzəm artırılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın qayğısı nəticəsində rayonumuzda da məktəb tikintisi geniş miqyas almışdır.Regionların sosial-iqtisadi inkişafı Dövlət  Proqramına uyğun olaraq təhsil infrastrukturunun yenidən qurulması çərçivəsində bu il ölkə başçısının sərəncamı ilə 5 kənddə tikilən modul tipli məktəblərin inşası başa çatdırılmışdır. Hazırda isə 10 modul tipli məktəbin tikintisi davam etdirilir.Çıxışında yeni modul tipli məktəblər haqqında məlumat verən rayon təhsil şöbəsinin müdiri səlahiyyətlərini icra edən Hafiz Cavadov deyib ki, bu tip məktəblərin üstünlüyü onların azməsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, ən əsası isə sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.Qeyd edilib ki, yeni quraşdırılmış modul tipli 96 şagird yerlik Abazallı kənd ümumi orta və 80 şagird yerlik Mirzəli kənd ümumi orta məktəbləri tədris üçün lazımi inventar və tədris vasitələri ilə təchiz edilib. Sonda çıxış edən müəllimlər və şagirdlərin valideynləri ucqar kənd məktəblərində yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.шаблоны для dle 11.2

Xəbər lenti
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018

{sape_links}{sape_article}