Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (12-11-2018, 14:09)
Ağcəbədi rayonu:dinamik inkişaf,möhtəşəm quruculuq məkanı

 

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin təbliği Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədovun apardığı ideoloji işin başlıca istiqamətini təşkil edir.Ağcabədi rayonu üzrə əsas sosial-iqtisadi göstəricilər,o cümlədən ümumi məhsul buraxılışının həcmi ,sənaye məhsullarının,kənd təsərrüfatı məhsullarının ,tikinti işlərinin,əsas kapitala yönəldilən investisiyaların həcmi, nəqliyyat xidməti, rabitə xidməti, ticarət artmışdır.Rayonda “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq təmir- tikinti, abadlıq, bərpa, quruculuq işləri davam etməkdədir.Hazırda şəhərin Heydər Əliyev, Üzeyir Hacıbəyli prospektlərində, Xəlfərəddin küçəsində abadlıq işləri davam etdirilir, Heydər Əliyev prospektində səkilərdə təmir-bərpa işləri aparılaraq 9200 m2 tamet, 380 p/m bardür düzülmüş, Üzeyir Hacıbəyli prospektində hasarlarda 750 m2 hörgü, 1200 m2 suvaq, 3500 p/m ağlay bəzək daşları, 1200 m2 ağlay, 5700 pm ekran həşiyələri və kürsü karnizi, 1400 m2 dekarativ üzlük vurulmuş, Xəlfərəddin küçəsində 1024 p/m səki yanlarına bardür düzülmüş, 1450 m2 hasarlara suvaq, hasar və sütunlara 1216 m2 ağlay vurulmuş, 4470 p/m ekran haşiyələri və kürsü karnizi işlənmiş, hasarlarda 500 m2 hörgü işləri aparılmış, 1050 m2 tamet döşənmiş, hazırda işlər davam etdirilir.Hazırda rayonumuzda ərazisi 34 ha, ümumi tikintialtı sahəsi 2345,9 m2 olan atçılıq kompleksində, Ağcabədi şəhəri Üzeyir Hacıbəyli prospektində ümumi sahəsi 484 m2 olan ikimərtəbəli Ağcabədi Sukanal idarəsinin inzibati binası, şəhər 2 saylı 100 yerlik zirzəmili, mansardlı, ikimərtəbəli Körpələr evi-uşaq bağçasının şəhərin Səməd Vurğun küçəsində 2,5 ha torpaq sahəsində müasir üslubda layihə əsasında avtovağzal kompleksinin, Ağcabədi şəhəri Üzeyir Hacıbəyli prospektində 1,635 ha torpaq sahəsində “ASAN” xidmət mərkəzinin, şəhərin Heydər Əliyev və Üzeyir Hacıbəyli prospektlərinin kəsişməsində saat qülləsinin tikintisi, Ağcabədi şəhəri 7 saylı uşaq bağçasının əsaslı təmiri işləri uğurla davam etdirilir. Əhalinin sosial-məişət problemlərinin öyrənilməsi, bilavasitə yerində həll edilməsi, icra orqanları və digər yuxarı təşkilatlarla əhali arasında daha sıx ünsiyyət yaradılması üçün ərazilərdə mütəmadi keçirilən görüşlərin böyük səmərəsi olur. Bütün məsələlərə diqqətlə yanaşılır və müvafiq tədbirlər görülür. RİH başçısı  cənab Şahin Məmmədov dövlət başçısının tapşırığına əsasən hər həftənin müəyyən olunmuş günü kəndlərdə əhali  ilə səyyar görüş-qəbullar keçirir, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, verilən təkliflərin icrası məqsədilə aidiyyatı üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verir.Şahin Məmmədov yüksək səmimiyyət şəraitində keçirilən belə görüşlərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin ildən-ilə daha da inkişaf edərək dünyada nüfuzunun artdığını, ordu quruculuğu sayəsində əldə olunan nailiyyətləri, əhalinin həyat səviyyəsinin dayanmadan yüksəldiyini qeyd edir, bütün məcburi köçkünlərin qayğılarının daim dövlətimizin nəzarətində olduğunu bildirir. Rayon rəhbəri çıxışlarında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində torpaqlarımızın yağı düşməndən azad ediləcəyi günün uzaqda olmadığını xüsusi qeyd edir, məcburi köçkünlərin tezliklə ata-baba yurdlarına dönəcəklərinə əminliyini vurğulayır.Səyyar qəbullarda bütün vətəndaşların müraciətləri dinlənilir. Müraciətlərlə bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verən Şahin Məmmədov məsələlərin aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməsinə göstəriş verir. Qəbullarda iştirak edən rayon sakinləri onların müraciətlərinə diqqətlə yanaşıldığına görə, RİH başçısına öz minnətdarlıqlarını bildirirlər.Bundan əlavə 2018-ci ilin ötən dövri ərzində ərzində görülmüş işlərlə bağlı statistik məlumatlar onu göstərir ki, nəzərdə tutulan tədbirlər yerinə yetirilib və uğurlar hər bir sahədə əldə olunub. Bütün bunlar isə makroiqtisadi sabitliyin qorunmasına, məhsul istehsalının artmasına əsaslı zəmin yaradır.Rayon İcra  Hakimiyyəti  2018-ci ilin ötən ayları ərazisində təmir, tikinti və abadlıq  işlərinin  görülməsini  diqqət  mərkəzində  saxlamış, həyata keçirilən  işlərin  keyfiyyətinə  xüsusi  önəm  vermişdir.

Məşğulluq Mərkəzinin fəaliyyəti razılıq doğurur
Ağcabədi rayonunda Dövlət məşğulluq mərkəzi yeni xidmət modeli formalaşdırır, özünüməşğulluq proqramı genişləndirilərək, rayon boyu icra olunmaqdadır.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasında əhalinin məşğulluğunun təminatı xüsusi yer tutur və milli iqtisadiyyatın dayanıqlı inkişafı şəraitində ötən dövrdə bu sahədə mühüm irəliləyişlər əldə edilib.Məşğulluğun təminatında məşğulluq orqanlarının da rolu artırılır. Ölkəmizdə əhalinin təbii artım tempinin mövcud olduğu şəraitdə əmək bazarına daxil olan işçi qüvvəsi artır və məşğulluq orqanlarının fəaliyyəti də bu dinamikaya uyğun qurulur.Dövlət Məşğulluq Xidmətinin fəaliyyətində səmərəliliyin, eyni zamanda, şəffaflığın, sosial ədalətin tam təmin olunması, aktiv məşğulluq tədbirlərinin keyfiyyətinin yaxşılaşdırılması və əhatə dairəsinin genişləndirilməsi, məşğulluq xidməti orqanlarının kadr potensialının artırılması və s. vacib vəzifələrdəndir. Hər bir məşğulluq orqanının fəaliyyətinin qiymətləndirilməsi mexanizmi də olmalıdır. Ümumilikdə, dövlət məşğulluq orqanlarının beynəlxalq standartlara cavab verən yeni xidmət modeli formalaşdırılmalıdır.Peşə hazırlığının təşkili işləri Ağcabədi rayon Məşğulluq Mərkəzində gücləndirilir.İşsiz və işaxtaran şəxslər bir çox hallarda peşə hazırlığı kurslarına cəlb olunur.Eyni zamanda, işlə təmin edilmək üçün müraciət edən insanlara qayğı və həssaslıqla yanaşılır, bu müraciətlərin müsbət həlli üçün işəgötürənlərlə əməkdaşlıq müstəvisində səylər artırılır. Digər tərəfdən rayon məşğulluq mərkəzi işsizlik sığortası ilə bağlı geniş maarifləndirmə və izahat işlərinin aparılmasına xüsisi diqqət yetirir. Məşğulluq Mərkəzinin binasında bununla bağlı vətəndaşlar üçün maarifləndirici lövhələr də quraşdırılıb.2018-ci ilin yanvar ayından “RCİ-İnkişaf 2014” MMC ilə bağlanmış müqavilə əsasında Ağcabədi Rayon Kommunal Xidməti və Mənzil istismarı İdarəsinin balansında olan Üzeyir Hacıbəyli prospekti 25 saylı, Vaqif küçəsi 7, 9 və 13 saylı çoxmərtəbəli yaşayış binalarının əsaslı təmir işləri həyata keçirilir. Məşğulluq idarəsinin göndərişi əsasında 70 nəfər işçi fərdi əmək müqaviləsi əsasında müvəqqəti işlə təmin olunmuşdur. Binaların fasadı, blok girişi, pəncərə blokları, yardımçı binalarının əsaslı təmiri, pilləkən və pilləkən məhəccərləri təmir olunmuş və hazırda işlər davam etdirilir.

Maliyyə göstəriciləri yaxşılaşır

 Əlbəttə, dövlət büdcəsindən ayrılan və yerli mənbələrdən daxilolmalardan formalaşan maliyyə vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadə edilməsi həyata keçirilən maliyyə siyasətinin dürüstlüyündən əhəmiyyətli dərəcədə asılıdır.Racı Səfərovun rəhbərlik etdiyi Ağcabədi rayon maliyyə idarəsi dövlətin maliyyə siyasətinin rayonda uğurla həyata keçirmiş, nəzarət funksiyasını layiqincə yerinə yetirmiş, israfçılığa yol verilməməsi, maliyyə intizamına riayət edilməsi üçün gərəkən tədbirləri görmüş, dövlət vəsaitlərinin təyinatı üzrə və səmərəli xərclənməsi üçün yerli idarə, müəssisə və təşkilatlarda maarifləndirmə işləri aparmış, müəssisə rəhbərlərini və mühasibləri təlimatlandırmışdır. Əlbəttə, dövlət büdcəsindən ayrılan və yerli mənbələrdən daxilolmalardan formalaşan maliyyə vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadə edilməsi həyata keçirilən maliyyə siyasətinin dürüstlüyündən əhəmiyyətli dərəcədə asılıdır. Maliyyə mütəxəssisi Racı müəllimin rəhbərlik etdiyi rayon Maliyyə İdarəsi bu vəzifənin öhdəsindən layiqincə gəlir.İdarənin kollektivi 2018-ci ilin ötən dövri ərzində vəsaitlərin Vahid Büdcə Təsnifatına uyğun təyinatı üzrə istifadə edilməsinin, vəsaitin xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə yönəldilməməsinin, debitor borcların vaxtında bağlanılmasının, maliyyə qanunun tələblərinə riayət edilməsinin təmin olunması üçün gərəkən bütün işləri görürlər. Habelə, uçotdan kənarda qalmış əsas vəsaitlərin və mal-materialların, iş və xidmətlərin uçota alınması üçün tədbirlər həyata keçirilir. İdarə tərəfindən görülən tədbirlər hesabına xeyli miqdarda səmərəsiz xərcin qarşısı alınmış, dövlət vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun istifadəsi və ya müvafiq qaydada uçota götürülməsi təmin edilmişdir. Aparılan nəzarət tədbirləri zamanı idarənin mütəxəssisləri yoxlanılan müəssisə və təşkilatlara konstruktiv təklif və tövsiyələr təqdim edirlər.

Rayonun turizm imkanların daima yüksəldilməsi hədəfə alınıb
Ağcabədi qədim yaşayış məntəqələrinin aşkarlandığı məskən kimi həm də qədim mədəniyyətin izlərini qorumaqdadır. Rayon ərazisində regionun tarix və mədəniyyətinə aid çoxlu eksponat vardır.Ağcabədi Regional Mədəniyyət vəTurizm İdarəsi  mədəniyyət müəssisələrinin göstərdikləri xidmətin səviyyəsinin yaxşılaşması üçün bütün potensial imkanlardan istifadə edir.Respublikanın bütün regionlarında olduğu kimi Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinə aid olan rayonlarda 2018-ci ilin ötən dövri ərzində mütamadi olaraq Azərbaycanda istehsal olunmuş bədii,sənədli və cizgi filmlərinin ödənişsiz nümayişi həyata keçirilmişdir.Regional idarəyə aid olan rayonlarda, turizm məkanlarında, açıq havada təşkil etdikləri konsert və sərgilərin sayı artırılır.Regional mədəniyyət və turizm idarəsi ölkəmizin mədəni, tarixi dəyərlərinin, turizm imkanlarının rayona gələn xarici qonaqlara tanıdılması və təbliği işində yaxından iştirak edirlər. Regionlardakı mədəniyyət müəssisələri, rəqs və musiqi kollektivləri bu işlərə daha da fəal qatılır.Həmçinin yay turizm mövsümü dövründə, yeni turizm marşrutlarının yaradılması istiqamətində lazimi işlər aparılıb.Regionlarda mədəniyyət müəssisələri arasında əlaqələrin, qonşu rayonların mədəniyyət kollektivlərinin mübadiləsinin təşkili, kollektivlərdə çalışanların əməyinin qiymətləndirilməsi kimi məsələlərə də önəm verilir.Turizm obyektləri ilə turizm şirkətləri arasında əlaqələrin genişləndirilməsi, rəssamlıq emalatxanası və rəsm əsərlərinin sərgi-satış salonunun yaradılması, turizm obyektlərinin ixtisaslı kadrlarla təmin olunması və digər məsələlər idarə rəisi üçün prioritet məsələlərdəndir.Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrində pullu xidmətlərin yaradılması və icra vəziyyəti daima diqqətdə saxlanılmışdır. Dövlətimizin başçısının mədəniyyət sferasının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, onların aylıq vəzifə maaşlarının artırılmasına yönəlik sərəncamları, mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqda qərarları Ağcabədidə də rayonunun mədəniyyət işçiləri tərəfindən ruh yüksəkliyi ilə qarşılanır, böyük fərəh və iftixar hissi doğurur.Əlamətdar və bayram günləri, tarixi hadisələr və yubileylərlə bağlı idarə və onun şöbələri hazırladıqları iş planlarına uyğun olaraq bir sıra tədbirlər həyata keçirirlər. Tədbirlərin daha baxımlı olması üçün vətəndaşların səy və təklifləri hər dəfə nəzərə alınır, tədbirin təbliğatına, bədii tərtibatına, tamaşaya dair sərgilərin; fotostendlərin və bəzi məlumatların hazırlanmasına ciddi fikir verilir. Keçirilən tədbirlərdə texniki vasitələrdən geniş istifadə olunur. Hər bir tədbirdə vətənpərvərlik tərbiyəsi və adət-ənənələrimizin təbliği, milli dəyərlərimizin inkişafı və qorunub saxlanılması əsas məqsəd kimi qarşıya qoyulur.Yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə xidmət edən metodik vəsait idarə tərəfindən hazırlanıb və icra üçün bütün mədəniyyət müəssisələrinə paylanıb. Eyni zamanda «N» saylı hərbi hissənin əsgər və zabitlərinin asudə vaxtlarının səmərəli keçməsi üçün özfəaliyyət kollektivləri istirahət günləri və bayramlarda hərbiçilərin qarşısında geniş konsert proqramı ilə çıxış edirlər.
Ağcabədililər vətənin müdafiəsinə hazırdırlar                                                 
 Ağcabədi rayonunda gənclərin hərbi vətənpərvərlik tərbiyəsi strateji əhəmiyyətə malik məsələ kimi diqqət mərkəzində saxlanılır. Rayon İcra Hakimiyyəti başçısı aparatı 2018-ci ilin ötən dövri ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsi ilə daimi yaxından əlaqə saxlamışdır.Gənclərin hərbi xidmətə yola salınması həmişə təntənəli mərasimlə keçirilir.Ilk öncə gənc çağırışçılar Rayon İcra Hakimiyyəti binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm heykəlinin önünə tər çiçəklər düzərək, Onun əziz xatirəsini yad edirlər.Çağırışçılara bildirilir ki, vətəni sevmək, lazım olduğunda vətənini düşməndən qorumaq üçün döyüşmək və bu uğurda canını sevə sevə vermək müqəddəs bir vəzifədir.Çağırışçıların yola salma mərasimində iştirak edən rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar, valideynlər gənc çağırışçılara vətəni qorumaq yolunda uğurlar dilədilər, onlara uzun ömür, can sağlığı arzuladılar və qeyd etdilər ki, yaxın müddətdə Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin  uzaqgörən siyasəti sayəsində işğal altında olan  20 % torpağımızı erməni mənfurlarından azad edib, zəfərlərimizə  yeni qələbələr əlavə edəcəyimizi bildirirlər.Ali Baş Komandanın hər bir əmrini canla-başla, sözsüz yerinə yetirmələrini tövsiyə edirlər. SHXÇDX Ağcabədi rayon Şöbənin rəisi  bu fikirdədir ki, ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin öz vədinə sadiq olduğunu təsdiq edir.Onun sözlərinə görə, dörd günlük müharibədə İlham Əliyevin Ali Baş Komandanlığı altında müzəffər Azərbaycan Ordusu yağıya nəyə qadir olduğunu göstərdi. Azərbaycan Ordusu düşmənə döyüş tapşırıqlarını ən qısa müddətdə və dəqiq şəkildə, qarşıya qoyulan vəzifəyə uyğun formada həyata keçirmək; Ən müasir silahlardan məharətlə, peşəkarlıqla istifadə etmək, yerli şəraitə və relyefə uyğun silah növü seçmək; Düşməni qəflətən yaxalayaraq çaxnaşmaya salmaq, silah-sursatını ataraq müqavimətsiz qaçmağa məcbur etmək; İllər boyu bərkidilmiş, havadan və qurudan müdafiə sədləri yaradılmış əlçatmaz mövqeləri qısa müddətdə almaq; Alınmış mövqelərdə qısa zaman kəsiyində möhkəmlənmək, geriyə qayıtmağa cəhd edən düşmənin bütün həmlələrini dəf edərək yerində oturtmaq; Hərbi əməliyyatların gedişində dinc əhaliyə xətər toxundurmamaq dərsi keşdi.

Kənd təsərrüfatı inkişaf edir

Regionların  sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Ağcabədi rayonunun aqrar bölməsi 2018-ci ilin ötən aylarını uğurla başa vurmuşdur.Belə ki,rayonda kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.Dövlət tərəfindən fermerlər üçün bir sıra güzəştlər müəyyən edilmişdir. Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanları yaradılmışdır.Eyni zamanda əkin sahəsinin becərilməsində istifadə olunan yanacağın və motor yağlarının dəyərinin ödənilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması üçün dövlətimiz tərəfindən onlara subsidiyalar verilmişdir.Ölkə Prezidenti tərəfindən Azərbaycana valyuta axınının təmin edilməsi məqsədilə ixracyönümlü məhsulların istehsalının xüsusi əhəmiyyət daşıdığını, ixracyönümlü məhsulların inkişaf etdirilməsi,rayon kənd təsərrüfatı idarəsi qarşısında mühüm vəzifə kimi qoyulmuşdur. 2018-ci ilin ötən aylarında Ağcabədi rayonunda kənd təsərrüfatı məhsullarının əkininin genişləndirilməsi ücün bütün imkanlar təhlil olunaraq şirkətlərlə, aidiyyatı xidmət təşkilatları ilə birgə əlaqəli iş qurulmuşdur. Müqavilələr bağlanmış zavodlar tərəfindən kənd təsərrüfatı məhsullarının təchizat və təminat məsələləri yüksək səviyyədə həll olunmuşdur.Sərmayələr  əsasən  səneyinin inkişafına, tikinti, emal müəssisələri, kənd təsərrüfatının inkişaf etdirilməsi kimi layihələrə cəlb edilmişdir.2018-ci ilin ötən ayları ərzində rayon üzrə ümumi məhsul istehsalının həcmi 2017-ci ilin müvafiq dövrünə nisbətən bir neçə dəfə artmışdır. 

Suvarmada müasir metodlar tətbiq olunur

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024