Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Cəmiyyət (31-08-2018, 13:09)
Füzulidə pambıq yığımına start verilib

Füzulidə pambıq yığımına start verilib

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə kənd təsərrüfatının inkişaf etdirilməsi, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarından biri də bölgələrdə pambıqçılığın inkişaf etdirilməsidir. Ölkə başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq bu il Füzuli rayonunda 2100 ha ərazidə pambıq əkilmişdir. Əkilmiş pambıq sahələrinin 630 hektarı Azərpambıq MMC ilə, 1330 hektarı P-Aqro MMC ilə müqavilə əsasında, 139,4 hektarı isə fərdi qaydada əklimişdir.

Rayonun işğaldan azad olunmuş ərazisində əkilmiş pambıq sahələrinə lazımı aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib. Pambıq sahələrinə göstərilmiş lazımi aqrotexniki qulluq nəticəsində tarlalarda bol məhsul yetişdirilib. Artıq Füzuli rayonunda pambıq yığımına start verilib.

Havaların əlverişli keçməsi pambıq sahələrindən məhsulun tez və itkisiz yığımasına şərait yaradır. Rayon ərazisində əkilmiş 2100 ha sahədən füzulili pambıq istehsalçıları tərəfindən 4000 tondan artıq məhsul yığılması gözlənilir. Bu da keçən illə müqayisədə 2 dəfə çox məhsul deməkdir. Pambıq əkilmiş sahələrdən hər hektardan orta hesabla 20, 25 sentner məhsul yığılması planlaşdırılır.

Rayonda pambıq əsasən pambıqyığan kombaynlar və əl əməyindən istifadə edilməklə yığılır. İnsanların məşğulluğunun təmin edilməsi, onların maddi rifah hallarının yaxşılaşdırılması üçün daha çox əl əməyinə üstünlük verilir ki, bu işə də minlərlə rayon sakini cəlb edilir.

Rayonun pambıq istehsalçıları yığdıqları məhsulu Horadiz şəhərindəki və Beyləqan rayonunda yerləşən pambıq qəbulu məntəqələrinə təhvil verilrlər.

 

 

Füzulidə pambıq yığımına start verilib
Füzulidə pambıq yığımına start verilib
Füzulidə pambıq yığımına start verilib

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024