Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (14-08-2018, 18:00)
Ucarda 35 min əhalinin ürəyincə olan yolun yenidən qurulması bitir

Ucarda 35 min əhalinin ürəyincə olan yolun yenidən qurulması bitir

 

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında yer alan sosial infrastruktur layihələri arasında mühüm yer tutan və birbaşa olaraq sənayenin, kənd təsərrüfatı və turizmin inkişafına gətirib çıxaran yol infrastrukturunun yenidən qurulması ilə bağlı məsələlərin həlli istiqamətində dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən, Ucar rayonunda 35 mindən artıq əhalinin ürəyincə olan kəndlərarası avtomobil yolunun yenidən qurulması işləri sonuncu mərhələdədir.

Mediatv.az AAYDA-nın saytına istinadən xəbər verir ki, ətəndaşlarımızın sosial rifah halına müsbət təsir göstərən və bölgələrimizin müxtəlif istiqamətlər üzrə iqtisadi, həmçinin mədəni potensialını nümayiş etdirən yol infrastrukturu layihələrinin icrası hazırda Ucar rayonunda Alpout-Lək-Qazyan-Qarabörk marşrutu üzrə yaşayış məntəqələrini əhatə edir.  Sözügedən yolun hazırda IV texniki dərəcəyə uyğun yenidən qurulması yekunlaşmaq üzrədir.

Alpout-Lək-Qazyan-Qarabörk marşrutu üzrə uzanan 31 km-lik avtomobil yolu əsasən qara örtük və çınqıl örtükdən ibarət idi. Ağır tonnajlı nəqliyyat vasitələrinin hərəkəti nəticəsində yolun yatağı və örtüyü deformasiyaya uğramış, çalalar və çökmələr əmələ gəlmişdi, çiyin hissələrin eni azalmışdı. Bir müddətdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sadalanan problemlərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlərə start verib.

Tikinti layihəsinə uyğun olaraq, mövcud yol örtüyü və zəruri olan yerlərdə yol yatağının yararsız qruntu mexanizmlə qazılaraq çıxarılıb və kənara daşınıb, torpaq yatağının bərpası və relyefdən aşağı olan hissələrin qaldırılması üçün yol boyu yararlı material tökülərək kipləşdirmə işləri aparılıb. Bunun ardınca normativ qalınlıqda yol əsasının alt layının qum-çınqıl, üst layının isə optimal-qırmadaş qarışığı ilə tikintisi işləri aparılıb. Bu işlər 310 min kv.m sahəni əhatə edir.

Yol boyu çiyinlərin 12 sm qalınlığında qum-çınqıl qarışığı ilə tikilməsi, zəruri olan yerlərdə piyada səkilərinin inşası, bundan başqa suötürücü boruların sıradan çıxması və yenilərinin inşası zərurəti yarandığından 432 paqon-metr metal boruların, həmçinin müxtəlif diametrli 840 paqon-metr dəmir-beton boruların quraşdırılması və izolyasiyası işlərinin aparılması da görülən işlərin siyahısındadır.

Tikinti norma və standartlarına uyğun olaraq torpaq işləri bitəndən sonra yolun 190 min kv.m sahəsinə 2 laydan ibarət 12 sm qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib.

Bunun ardınca isə hərəkətin normal təşkili üçün 6 ədəd avtobus dayanacağı, 162 ədəd yol nişanı və 523 ədəd siqnal dirəyi quraşdırılaraq, həmçinin 93 km uzunluğunda xətlənmə işləri aparılaraq yolun yaxı aylarda vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 31 km uzunluğa malik Alpout-Lək-Qazyan-Qarabörk avtomobil yolu 5 yaşayış məntəqəsinin 36 minə yaxın əhalisini Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat və təhlükəsiz şəkildə çıxışına imkan yaratmaqla rayon mərkəzinə və ölkənin istənilən istiqamətinə gediş-gəlişinə şarait yaradacaq, kənd təsərrüfatı məhsullarının bazarlara tez və xarab olmadan daşınmasının həcmi artacaq.

шаблоны для dle 11.2

Xəbər lenti
19 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024