Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (8-06-2018, 17:30)
Tovuzda “təcili yardım” həkimləri döyüldü

Tovuzda “təcili yardım” həkimləri döyüldü

 

Tovuz rayonunda çağırışa gedən təcili tibbi yardım maşınına hücum olub.

Mediatv.az  APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun İbrahimhacılı kəndində baş verib. Xəstənin öldüyünü deyən yaxınları tibb işçilərinin çağırışa yubandıqlarını bildirib, həkim Eldar Abdıyev və tibb bacısı Cəmalə Qurbanovaya xəsarət yetiriblər.
 
Təcili tibbi yardım maşınının şüşələri sındırılıb.
 
Səhiyyə Nazirliyi Tovuzda tibb işçilərinin döyülməsinə münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, Tovuz rayonunun İbrahimhacılı kəndindən təcili tibbi yardıma iyunun 7-də saat 22.23-də çağırış gəlib.
 
Onun sözlərinə görə, təcili tibbi yardım maşını saat 22.24-də Qovlar şəhərindən çağırışa çıxıb və saat 22.33-də ünvana çatıb: "Təcili tibbi yardım çox qısa müddətdə çağırışa gedib. Onlar evə çatanda xəstə keçinib. Xəstə öldükdən sonra onun yaxınları həkim Eldar Abdıyev, feldşer Cəmalə Qurbanova və sürücü Ələkbər Cabirovu döyüblər".
 
S. Əhmədova qeyd edib ki, hər 3 şəxs müxtəlif bədən xəsarətləri alıb.
 
Məsələyə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.



Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı



Xəbər lenti
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018
22 06 2018