Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (6-04-2018, 11:45)
Horadizdə Aprel döyüşlərinin ildönümü münasibətilə zəfər yürüşü keçirildi

Horadizdə Aprel döyüşlərinin ildönümü münasibətilə zəfər yürüşü keçirildi

 

Füzuli Rayon İcra Hakimiyyəti və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan ordusunun 2016-cı ilin Aprel döyüşlərində qazandığı qələbənin ikinci ildönümü münasibətilə Horadiz şəhərində zəfər yürüşü keçirilib.

Əvvəlcə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Milli Məclis sədrinin müavini Bahar Muradova, Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri aprel döyüşləri zamanı Azərbaycan ordusu tərəfindən azad edilən Lələtəpə yüksəkliyinə gedərək, burada xidmət edən əsgər və zabitlərlə görüşüblər.

Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəyə qədər davam edən yürüşə minlərlə rayon sakini, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin şəxsi heyəti, Lələtəpənin azad olunmasında iştirak etmiş döyüşçülər, şəhid ailələrinin üzvləri, müharibə veteranları qatılıblar. Abidə önünə tər çiçəklər qoyan yürüş iştirakçıları şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra Azərbaycanın dövlət himni oxunub, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin aprel döyüşlərində göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs edib. Alı Alıyev bildirib ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il yanvarın əvvəllərində həyata keçirilən Horadiz əməliyyatı nəticəsində rayonun 22 yaşayış məntəqəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib. “Azərbaycan Ordusu düşmən üzərində növbəti böyük qələbəni Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 2016-cı il 02-05 aprel tarixlərində qazandı. Bu döyüşlərdə Azərbaycan Ordusu öz gücünü, qüdrətini düşmənə bir daha göstərdi, qələbə çalmaq əzmini sübut etdi. Alı Alıyev qeryd edib ki, Aprel döyüşləri Azərbaycan ordusunun yazdığı şanlı tarixdir.

Milli Məclis sədrinin müavini Bahar Muradova və digər çıxış edənlər düşmən üzərində qazanılan qələbənin əhəmiyyətindən danışıb, xalqımızın daha böyük qələbələr qazanacağına əminliklərini bildiriblər.

Tədbir Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının ifasında hərbi vətənpərvərlik mövzusunda mahnılar və rəqslərlə davam etdirilib.

 

Horadizdə Aprel döyüşlərinin ildönümü münasibətilə zəfər yürüşü keçirildi
Horadizdə Aprel döyüşlərinin ildönümü münasibətilə zəfər yürüşü keçirildi

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024