Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (2-04-2018, 09:07)
"DEMAQOQ İMEYLLƏR"İN KÖKÜ ARAŞDIRILMALIDIR!

Mediatv.az saytının redaksiyasına Ucar rayonu Ucar rayonu

[email protected] adlı internet istifadəçisindən şikayət xarakterli elektron müraciətnamə daxil olmuşdur. "Azərbaycan Dəmir Yolları" QSC-nin Kürdəmir 5 saylı Dəmiryolu Sahəsində guya korrupsiya hallarının baş alıb getməsindən bəhs edən yazının sonunda imza yerinə üç nəfər Bərgüşad kənd sakinləri Ədilov Vasif Səməd oğlu,Məmmədov Qasım Mehdi oğlu və Namazov Vüqar Tahir oğlunun adları yer alır.Həmin şəxslərdən birinin( Ədilov Vasif Səməd oğlu) hətta  telefon nömrəsi və şəxsiyyət vəsiqəsinin surəti də göstərilmişdir.Məsələni araşdırmaq məqsədilə əvvəlcə əlbəttə ki, göstərilən telefon nömrəsini aradıq, amma abonentə zəng çatmadı. Ardından əməkdaşlarımız Kürdəmir və Ucar rayonuna ezam olundu.Kürdəmirdə 5 saylı Dəmiryol Sahəsinin rəisi Şəmsəli Quliyevlə görüşdülər. Şəmsəli müəllim yazılanların hamısının şər-böhtan olduğunu söylədi və araşdırmanı davam etdirməyimizi məsləhət gördü. Bundan sonra Ucarın Bərgüşad kəndinə yollanan əməkdaşlarımız elektron məktubda adları göstərilən şəxsləri kənddə tapmağa çalışıblar. Buna nail olmaq üçün kənd icra nümayəndəsi Məcid müəllim və yerli bələdiyyənin sədr müavini Bəxtiyar müəllimlə görüşüblər. Kəndin başbilənləri əməkdaşlarımıza adları verilmiş üç nəfərdən ikisini (Məmmədov Qasım Mehdi oğlu və Namazov Vüqar Tahir oğlu) ümumiyyətlə tanımadıqlarını və kənddə belə adamların yaşamadığını, yalnız üçüncü şəxsin kənd sakini olduğunu bildirmişlər. Əməkdaşlarımızla görüşü təşkil edilmiş həmin kənd sakini heç kəsə heç kim barəsində şikayət etmədiyini demişdir.Vasif Ədilov şəxsiyyət vəsiqəsinin bu şikayəti yazanların əlinə necə düşdüyü isə onun üçün də qaranlıq qaldığını bildirdi. Ünsiyyət əsnasında jurnalistlərimiz həmin şəxsin demaqoqluq etmək üçün yetərincə savadlı olmadığını müşahidə etmiş və bu qənaətə gəlmişlər ki, o, sözlərində səmimidir.Araşdırmamızın bir istiqamətini ətraflı müəyyən etdik ki,Ucar rayonu Ucar rayonu [email protected] adlı internet istifadəçisinin göndərdiyi şikayət məktubundan Vasif Ədilov ümumiyyətlə məlumatsızdır. Görünür, həmin imeyldən istifadə edən şantajçı şəxs və ya şəxslər öz maraqlarını təmin etmək üçün vəzifə sahiblərinə bu yolla təzyiq göstərməyə çalışırlar. Öz həqiqi adlarını gizlədərək, initsiallarını, ünvanlarını, telefon nömrələrini bildikləri şəxslərin adlarını şikayətçi kimi göstərirlər. Daha inandırıcı alınsın deyə, nə vaxtsa, haradasa rast gəldikləri şəxsiyyət vəsiqələrinin surətlərini nüsxələyib tərtib etdikləri saxta şikayətnamələrə əlavə edirlər. Daha nəzərə almırlar ki, istifadə etdikləri imeylləri internetdə açarkən özləri haqda ən zəruri fərdi konfidensial məlumatları sistemə yerləşdirməli olublar və hüquq-mühafizə, istintaq təqibi, lazım gəlsə xüsusi xidmət orqanları onların izinə düşmək üçün yetərli texniki imkanlara malikdir.  

 

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024