Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (16-03-2018, 15:53)
Şamaxıda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilmişdir

Şamaxıda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilmişdir

 

Xalqımızın xeyirxahlıq, mehribanlıq və qonaqpərvərlik kimi gözəl hisslərini təqdim edən ən əziz bayramı - Novruz bayramı respublikamızın hər yerində olduğu kimi Şamaxıda da geniş qeyd olunmuşdur.

Prezident cənab İlham Əliyevin Şamaxıya səfəri zamanı Dəmirçi kəndində istifadəyə verilmiş xalq sənət obyektlərinin qarşısındakı meydanda təntənəli təşkil olunmuş tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri, kənd və qəsəbələrdən gələn minlərlə sakin iştirak etmişdir.

Tədbir iştirakçıları əvvəlcə Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirmişlər. Təbiətin oyanışını bildirən səməni və digər novruz atributları ilə əsl bayramsayağı bəzədilən meydanda sərgilənən qədim məişət əşyaları, toxuculuq və əkinçilik alətləri, saxsı və mis qablar və digər sənət nümunələrinin nümayiş olunduğu sərgilər, o cümlədən xoruz döyüşləri və bişirilən müxtəlif çeşidli milli xörək növləri maraqla qarşılanmışdır. Corab toxuyan, yun darayan, cəhrə əyirən, nehrə çalxalayan, sac üzərində yuxa bişirən milli geyimli xanımlar qədim el sənətini bir daha yada salmışlar.

Bayram tədbirində ənənəyə uyğun olaraq tonqal qalanmış, xalqımızın adət-ənənələri, ayin və mərasimləri canlandırılmışdır. İncəsənət ustaları, bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirmiş, rəqqaslar milli musiqinin sədaları altında oynaq rəqslər ifa etmiş, gənc pəhləvanlar meydan mübarizəsinə çıxmışlar.

Novruz şənliyi kütləvi rəqslə sona çatmış və tədbir iştirakçılarına əsl bayram əhval-ruhiyyəsi bəxş etmişdir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024