Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Təhsil (9-03-2018, 13:53)
ADAU-nun alimləri Göyçay rayonunda fermerlər üçün seminar müşavirə keçirilib

ADAU-nun alimləri Göyçay rayonunda  fermerlər üçün seminar müşavirə keçirilib

 

Azərbaycan Dövlət Aqrar Universitetin rektorluğu və professor-müəllim heyəti fermerlərlə müşavirələri, elmi praktik konfransları və seminarları təkcə təhsil müəssisəsində keçirmir, onlar vaxtaşırı rayonlarda olur, bu cür tədbirləri yerlərdə də reallaşdırırlar. Zaqatala, Quba, Şəmkir, Tərtər və digər rayonlardan sonra professor-müəllim heyəti bu dəfə Göyçayda olub, təsərrüfat sahiblərinə dəyərli məsləhətlər veriblər. Bu da Prezident İlham Əliyevin ölkədə qeyri-neft sektorunun inkişafına dair verdiyi tapşırıqlara elmi işlə köməyin və təkanın nümunəsidir.

Demək yerinə düşər ki, digər regionlarda olduğu kimi Göyçay rayonunda da aqrar sahənin inkişafına diqqət artıb, məhsuldarlıq ilbəil yüksəlib.

ADAU-nun mətbuat xidmətindən verilən xəbərə görə Göyçay rayon İcra Hakimiyyətinin başçısı M. Səlimzadə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərova ünvanlandığı 21 fevral 2018-ci il tarixli, 54 nömrəli məktubunda rayonun taxılçılıq, meyvəçilik və istixana şəraitində çalışan torpaq mülkiyyətçilərinin və fermerlərin ADAU alimlərinin məsləhətlərinə ehtiyacları olduğunu bildirib. Məktuba cavab olaraq təhsil müəssisəsinin alimləri növbəti müşavirəni Göyçay rayonunda keçirib. Alimlər əvvəlcə rayonun təsərrüfatlarına baş çəkib, mövcud durumla tanış olublar.

Taxıl sahələrində, meyvə bağlarında, istixanalarda və çəkilliklərdə vəziyyətlə tanış olan alimlər torpaq mülkiyyətçilərinə hər sahəyə aid tövsiyə və təlimatlarını bildiriblər. Sonra rayon mərkzində fermerlərin iştirakı ilə seminar müşavirə başlayıb.

Seminarda deyilib ki, son illər dövlətiin ardıcıl diqqət və qayğısı nəticəsində aqrar sahə daimaink inkişaf edir. Bu da qeyri-neft sektorunun əsas və aparıcı sahələrindən hesab edilən aqrar iqtisadiyyatın inkişafı ilə yanaşı həm də ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatı, kənd yerlərində yaşayan bütün insanların daimi məşğulluğu deməkdir. Ötən müddət ərzində aqrar sahəyə dövlət dəstəyi, o cümlədən vergi güzəştləri, güzəştli kreditlərin və subsidiyaların verilməsi, aqrolizinq xidmətinin göstərilməsi və digər tədbirlər davam etdirilib, müasir texnologiyalara əsaslanan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı gücləndirilib. Həmçinin aqrar sektorun infrastruktur təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Bütün bunlarla yanaşı kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi üzrə hədəfləri və prioritet istiqamətləri əhatə edən bir çox tədbirlər də nəzərdə tutulub.

Seminar müşavirədə meyvə bağlarında mövcud problemlər və onların həlli yolları, meyvə bitkilərinin xəstəlik və zərərvericiləri, onlara qarşı mübarizə, taxıl sahələ-rində aqrotexniki tədbirlərin təqvimi, taxılın xəstəlik və zərərvericiləri, onlara qarşı mü-barizə üsulları, istixana şəraitində tərəvəz bitkilərinin becərilmə texnologiyası, becərilən tərəvəz bitkilərinin xəstəlik və zərərvericiləri, onlara qarşı mübarizə mövzularında ADAU alimlərinin məruzələri və baramaçılıq mövzusunda Göyçay rayon kənd təsərrüfatı idarəsi rəisinin məruzəsi də maraqla dinlənilib. Seminar iştirakçılarına universitetdə yaradılan aqrar məsləhət xidmədi barədə də ətraflı məlumat verilib, bu xidmətinin yaradılmasının əhəmiyyətindən danışılıb.

Seminar müşavirə diskusiya şəraitində keçib, ADAU-nun alimləri fermerləri maraqlandıran sualları cavablandırıblar.

шаблоны для dle 11.2

Xəbər lenti
19 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024