Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (12-02-2018, 12:17)
Kürdəmir rayonu: iqtisadi artım dinamik inkişaf

Kürdəmir rayonu: iqtisadi artım dinamik inkişaf

 

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin təbliği Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı cənab Ceyhun Cəfərovun apardığı ideoloji işin başlıca istiqamətini təşkil edir.Regionlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatının  inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirildikdən sonra rayon rəhbərliyinin bu sahəyə ayırdığı diqqət daha da artmışdır.Bütün məsələlərə diqqətlə yanaşılır və müvafiq tədbirlər görülür.Verilən məlimatlara əsasən cənab Ceyhun Cəfərovun rəhbərlik etdiyi Kürdəmir rayonunda  2014-2018-ci illər ərzində sosial-iqtisadi inkişafı 3-cü Dövlət Proqramı çərçivəsində Kürdəmir rayonunda ötən 2017-ci il ərzində görülmüş işlərlə bağlı statistik məlumatlar onu göstərir ki, nəzərdə tutulan tədbirlər yerinə yetirilir və uğurlar hər bir sahədə əldə olunur. Bütün bunlar isə makroiqtisadi sabitliyin qorunmasına, məhsul istehsalının artmasına əsaslı zəmin yaradır.2017-ci ildə rayonda tikinti, quruculuq və abadlıq işləri geniş vüsət almış, şəhərin küçə və meydanlarının abadlaşdırılması, yenidən qurulması ilə bağlı təxirəsalınmaz tədbirlər keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Azərbaycan Respublikasının 2017-ci ilin Dövlət büdcəsindən Kürdəmir rayon İcra Hakimiyyətinə şəhərin 10 çöxmənzilli ictimai yaşayış binalarının təmiri işlərinə ayrılmış vəsait hesabına şəhərin Koroğlu küçəsi 55, 55A, 57, 59, 59A, 61, 63 və Aran qəsəbəsi 20, 21, Bakı prospekti 9 saylı ünvanlarında yerləşən çöxmənzilli ictimai yaşayış binalarında 10600 m2 dam örtüyü dəyişdirilmiş, 4200 m2 sahədə xarici divarlarda, 3000 m2 daxili pilləkən qəfəsəsi divarlarında suvaq işləri aparılmış və emulsiya ilə rənglənmiş,  90 m2 dəmir qapı və 78 m2 plastik pəncərə quraşdırılmış, pilləkən meydançalarına 450 m2 sahədə keramika plitələri, 300 m2 sahədə isə ağlay üzlük materialı döşənmişdir.2017-ci ildə rayonun Axtaçı-Qarabucaq kəndində 132 şagird yerlik tam orta məktəbində tikinti-quraşdırma işləri başa çatdırılmış, məktəb lazımi inventar və avadanlıqlarla təmin edilmişdir.Kürdəmir rayonunda 2017-ci ildə rayon üzrə ümumi daxili məhsul 349 milyon 587 min manat təşkil etmişdir. Ümumi məhsul buraxılışının 66,2 faizi məhsul istehsalı sahələrində, 33,8 faizi isə xidmət sahəsində olmaqla, 20,4 faizi sənayedə, 9,4 faizi inşaat kompleksində, 36,0 faizi isə kənd təsərrüfatı  sahəsində, 32,4 faizi ticarət və ictimai iaşə, 1,2 faizi nəqliyyat, 0,2 faizi isə rabitə sahəsində olmuşdur. Rayonun sosial-iqtisadi  inkişafı Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi  nəticəsində  2017-ci ildə  2083  nəfər işlə təmin olunmuşdur ki, bundan 2038 nəfəri daimi işlə təmin olunanlardır. Əhalinin özünüməşğulluğunun təmin olunması ilə əlaqədar özünəməşğulluq proqramına uyğun olaraq 17 nəfərin biznes planı müsbət qiymətləndirilmiş, onların hamısı aktivlərlə təmin olunmuşlar. Rayonda sahibkarlığın inkişafına diqqət xeyli artırılmış, əhalinin pay torpaqlarından istifadəsinin səmərəliliyi yüksəldilmişdir.  2017-ci ildə 21 saylı Yol İstismarı MMC “ Azərbaycan Avtomobil Yolları Dövlət Agentli xətti ilə yerli əhəmiyyətli Karrar-Bağman-Böyük Kəngərli yolunun 26 km hissəsində yol buldozerlə xışlanmış, çökmüş yerlərə qum-çınqıl qarışığı tökülərək avtoqreyderlə hamarlanmış və kipləşdirmə işləri aparılmışdır. Bundan əlavə həmin yolun 10-cu km hissəsində yolun gediş-gəliş hissəsinə 430 m2 asfalt-beton vurulmuş və körpünün giriş-çıxış hissələrində torpaq yatağı genişləndirilmişdir.Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə Pirili,  Sor-Sor-Muradxan, Qurd Bayram, Axtaçı-Qarabucaq, Təklə və Sığırlı-Ərəbqubalı avtomobil yollarında  ümumilikdə 47013 m2 sahəyə hissə-hissə qum-çınqıl qarışığı əlavə olunaraq avtoqreyderlə hamarlanmışdır. 

Maliyyə göstəriciləri yaxşılaşır

 Əlbəttə, dövlət büdcəsindən ayrılan və yerli mənbələrdən daxilolmalardan formalaşan maliyyə vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadə edilməsi həyata keçirilən maliyyə siyasətinin dürüstlüyündən əhəmiyyətli dərəcədə asılıdır. Təcrübəli maliyyə mütəxəssisi Ayaz Cəbrayılovun rəhbərlik etdiyi Kürdəmir rayon Maliyyə İdarəsi bu vəzifənin öhdəsindən layiqincə gəlir. İdarənin kollektivi ötən 2017-ci ildə vəsaitlərin Vahid Büdcə Təsnifatına uyğun təyinatı üzrə istifadə edilməsinin, vəsaitin xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə yönəldilməməsinin, debitor borcların vaxtında bağlanılmasının, maliyyə qanunun tələblərinə riayət edilməsinin təmin olunması üçün gərəkən bütün işləri görürlər. Habelə, uçotdan kənarda qalmış əsas vəsaitlərin və mal-materialların, iş və xidmətlərin uçota alınması üçün tədbirlər həyata keçirilir. İdarə tərəfindən görülən tədbirlər hesabına xeyli miqdarda səmərəsiz xərcin qarşısı alınmış, dövlət vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun istifadəsi və ya müvafiq qaydada uçota götürülməsi təmin edilmişdir. Aparılan nəzarət tədbirləri zamanı idarənin mütəxəssisləri yoxlanılan müəssisə və təşkilatlara konstruktiv təklif və tövsiyələr təqdim edirlər

 

Əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılır.

Azərbatcan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosialyönümlü iqtisadi siyasət və çevik islahatlar nəticəsində əldə olunan nailiyyətlər ölkəmizdə sosial dövlət modelinin uğurla reallaşdırılmasının fundamental əsaslarını formalaşdırıb. Azərbaycanda sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulub və iqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin müasir mexanizmlər əsasında yüksəldilməsini təmin etməkdədir. Bu müsbət tendensiya Kürdəmir sakinlərinin sosial rifahında da özünü göstərir.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon Şöbəsində proqnoz tapşırıqlara vaxtında əməl olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin «Dövlətimizin siyasəti-iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, ilk növbədə sosial problemləri həll etməkdən ibarətdir» - sözlərini deviz götürən Şöbənin kollektivi vətəndaşların müraciətlərinə çox həssas yanaşır, onları maraqlandıran məsələlərlə pensiyanın yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, stajla bağlı, digər məsələlərlə bağlı sorğularını cavablandırır, həllinə nail olurlar.Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin əhaliyə vaxtında çatdırılması, sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi gündəlik nəzarətdə saxlanılan məsələlərdən olmuşdur.

 

Suvarmada müasir metodlar tətbiq edilir

 

 Möhübbət İbrahimovun rəhbərlik etdiyi Kürdəmir rayon Suvarma Sistemləri İdarəsi də fəaliyyətini günün tələbləri səviyyəsində qurur, su təsərrüfatının səlis işləməsi üçün mövcud imkanlardan səmərəli istifadə edir, Ötən 2017-ci il ərzində tələb olunan qədər suvarma kanalları,  kollektor –dren sistemi lildən təmizlənmiş,eləcədə suvarma kanallarında kollektor-drenlərdə  hidrotexniki qurğular və aqreqatlar əsaslı və cari təmir edilmişdir.Ötən ildə 955 km kanal və 295 km dren şəbəkəsi lildən təmizlənmiş, 233 hidrotexniki qurğu, 18 nasos kompleksi, 5,4 km beton kanal əsaslı təmir olunmuşdur. Bu layihələr çərçivəsində rayonun Şilyan massivində  təyinatı əkinçilik məqsədi ilə dəyişdirilmiş 6150 hektar sahənin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Ərəbxana-Şilyan kanalının su keçirmə qabiliyyətinin artırılması tədbirləri ilə əlaqədar Kür çayı sahilində nasos stansiyanın binası inşa edilmiş, transformator yarımstansiyasının binası tikilərək 1600 kv-luq transformator quraşdırılmış, 2 ədəd nasos alınmış, gözətçi binası inşa edilmiş, dəmir-beton su ötürücü qurğu tikilmiş, kanal üzərində 12 ədəd su ötürücü qurğu (şlüzlər) quraşdırılmış, 972 p/m diametri 1200 mm olan magistral basqı boruları quraşdırılmış, kanalın 3,2 km hissəsində bermalara əlavə torpaq qatı verilərək kipləşdirilmiş, 11,6 km məsafəsində kanal lildən təmizlənmişdir.Kanalın mövcud beton üzlüklü hissəsinin suburaxma qabiliyyətinin artırılması ilə əlaqədar bermalarına 144,6 min m3 torpaq qatı əlavə edilərək bərkidmə işləri aparılmış, 2575 metr məsafədə kanalın dəmir-beton üzlüyü tikilmişdir.Mövcud beton-kanalın davamı olaraq yeni beton üzlüklü kanalın tikintisi ilə əlaqədar 111,2 min m3 torpaq daşınaraq bərkidmə işləri aparılmış, kanalın 1780 metr hissəsində beton kanal tikilmiş, kanalın kənarlarında 6 kilometr məsafədə çınqıl yol çəkilmişdir. Yerlərdə “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi” çərçivəsində yerlərdə suvarma kanallarının qazılması, lildən təmizlənməsi, mövcud suvarma kanallarının betonla üzlənməsi, onların üzərində hidrotexniki qurğuların bərpası və yeni qurğuların tikinti işləri tamamlanmışdır.

 

Kürdəmirlilər vətənin müdafiəsinə hazırdırlar                                                  

 

Kürdəmir rayonunda gənclərin hərbi vətənpərvərlik tərbiyəsi strateji əhəmiyyətə malik məsələ kimi diqqət mərkəzində saxlanılır. Rayon İcra Hakimiyyəti başçısı aparatı ötən 2017-ci il ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsi ilə daimi yaxından əlaqə saxlamışdır.Gənclərin hərbi xidmətə yola salınması həmişə təntənəli mərasimlə keçirilir. Əvvəlcə dövlət himni səsləndirilir. Tədbirdə çıxış edən ziyalılar, müharibə veteranları və valideynlər Vətənə sədaqət borcunu ödəməyə gedən gəncləri təbrik edir, onlara xoş istək və arzularını çatdırır, Ali Baş Komandanın hər bir əmrini canla-başla, sözsüz yerinə yetirmələrini tövsiyə edirlər. SHXÇDX Kürdəmir rayon Şöbənin rəisi  bu fikirdədir ki, ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin öz vədinə sadiq olduğunu təsdiq edir.Onun sözlərinə görə, dörd günlük müharibədə İlham Əliyevin Ali Baş Komandanlığı altında müzəffər Azərbaycan Ordusu yağıya nəyə qadir olduğunu göstərdi. Azərbaycan Ordusu düşmənə döyüş tapşırıqlarını ən qısa müddətdə və dəqiq şəkildə, qarşıya qoyulan vəzifəyə uyğun formada həyata keçirmək; Ən müasir silahlardan məharətlə, peşəkarlıqla istifadə etmək, yerli şəraitə və relyefə uyğun silah növü seçmək; Düşməni qəflətən yaxalayaraq çaxnaşmaya salmaq, silah-sursatını ataraq müqavimətsiz qaçmağa məcbur etmək; İllər boyu bərkidilmiş, havadan və qurudan müdafiə sədləri yaradılmış əlçatmaz mövqeləri qısa müddətdə almaq; Alınmış mövqelərdə qısa zaman kəsiyində möhkəmlənmək, geriyə qayıtmağa cəhd edən düşmənin bütün həmlələrini dəf edərək yerində oturtmaq; Hərbi əməliyyatların gedişində dinc əhaliyə xətər toxundurmamaq dərsi keşdi.

 

Kənd təsərrüfatı inkişaf edir

 

Regionların  sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonun aqrar bölməsi 2017-ci ili uğurla başa vurmuşdur. Belə ki, rayonda kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Dövlət tərəfindən fermerlər üçün bir sıra güzəştlər müəyyən etmişdir. Belə ki, fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. 2017-ci ildə Kürdəmir rayonunda pambıq əkini ücün bütün imkanlar təhlil olunaraq şirkətlərlə, aidiyyatı xidmət təşkilatları ilə birgə əlaqəli iş qurulmuşdur. Müqavilələr bağlanmış zavodlar tərəfindən pambıqçıların təchizat və təminat məsələləri yüksək səviyyədə həll olunmuş, nəticədə əlverişsiz hava şəraitinə baxmayaraq qısa müddətdə 4027 hektar sahədə pambıq əkilmişdir. 2017-ci ildə Kürdəmir rayonunda 11500 kq barama istehsal edilmişdir. Ənənəvi sahələrdən olan baramaçılığı gələcəkdə inkişaf etdirmək, onun yem bazasını möhkəmləndirmək məqsədi ilə 114 min ədəd tut (çəkil) tingi əkilmişdir.  Dövlət Proqramına əsasən rayonda məhsuldar cins heyvanların artırılması məqsədi ilə lizinq yolu ilə alınmış 365 baş cins düyə artırılaraq 650 başa çatdırılmışdır. Rayonda 1593 baş inək süni mayalandırılmış, 955 baş cinsi  yaxşılaşdırılmış bala alınmışdır. Cins heyvanların yüksək texnologiya ilə saxlanması təmin edilmişdir. Hazırda iri buynuzlu mal qaranın sayı 64785 başı, qoyun keçilərin sayı 135861 başı, quşların sayı isə 382 min başı ötmüşdür. Taxıl yığımı mütəşəkkil aparılmış, biçinə 140-dan çox kombayn cəlb edilmiş, 39360 hektar sahənin taxılı optimal müddətdə minimum itkilərlə yığılmış, 80700 tonadək dən götürülmüşdür. Hər hektardan 20,5 sentner məhsul alınmışdır.

 

Təhsilin inkişafı daim diqqət mərkəzində saxlanılır

 

Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir.Kürdəmir rayon məktəblərində təlim-tərbiyə  günün  tələbləri   səviyyəsində  qurulmuşdur. Şagirdlərin ana dili, Azərbaycan  tarixi  və Azərbaycan  coğrafiyasını  dərindən  öyrənmələrinə  diqqət  gücləndirilmişdir.  Bu  məqsədlə  yazılı  sorğular,  test  yoxlamaları, müxtəlif  müsabiqə, o cümlədən  inşa  müsabiqəsi və  olimpiadalar, bilik  yarışları  bilavasitə  şagirdlərin  iştirakı  ilə  aktual  sayılan  mövzulardan praktik  konfranslar, ekskursiyalar  təşkil  olunmuşdur. Fənlərin  tədrisini  gücləndirmək  məqsədilə  müxtəlif  səpgili  tədbirlər  keçirilmişdir.   Yetişməkdə olan  gənc nəsilin vətənpərvərlik, dövlətçilik  ruhunda  tərbiyə olunması Təhsil Şöbəsi  və  ümümtəhsil  məktəblərinin ümdə  vəzifələridir və bu istiqamətdə işlər  aparılır. Məktəblilər arasında Milli qəhrəmanlarımız, doğma torpaqlarımızla bağlı  inşalar yazılır, gənclər və  yeniyetmə arasında idman yarışları və intellektual  müsabiqələr  keçirilir. Qaliblər  fəxri  fərmanlar  və  qiymətli hədiyyələrlə  təltif olunurlar.  Şagirdlərin  hərbi - vətənpərvərlik   tərbiyəsini  gücləndirmək  məqsədilə  məktəblilərin  hərbi hissələrdə  hərbçilərlə  görüşləri  təşkil  olunmuşdur.Ümidvarıq kii Kürdəmir  rayon Təhsil Şöbəsi və rayonun tərəqqipərvər təhsil işçiləri yetişməkdə olan gənc kürdəmirlilər nəslini məhz bu sadalanan yüksək dəyərlərə yiyələndirəcək, daha böyük müvəffəqiyyətlər qazanacaqdır 

***

Qeyd edilənlər Prezident İlham Əliyevin müdrik və uzaqgörən sosial–iqtisadi siyasətinin bütün uğurlarının əsası olduğunu və bu siyasətin respublikamızın bütün bölgələrində olduğu kimi,cənab Ceyhun Cəfərovun rəhbərlik etdiyi Kürdəmir rayonunda da uğurla həyata keçirildiyini bir daha sübut edir. Yaradılmış güclü iqtisadi potensial, aparılan möhtəşəm quruculuq işləri tam əminliklə deməyə əsas verir ki, bu il də ümumilikdə ölkənin, eləcə də Kqrdəmir rayonunun da sabit inkişafı təmin ediləcək, nəzərdə tutulmuş bütün işlər, sosial proqramlar yerinə yetiriləcəkdir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024