Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (6-02-2018, 15:25)
Kürdəmir rayonunda hesabat yığıncağı keçirilib

Kürdəmir rayonunda hesabat yığıncağı keçirilib

 

Fevralın 6-da rayonun Heydər Əliyev Mərkəzində “Kürdəmir rayonunun 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə”  Kürdəmir  Rayon  İcra  Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun hesabat yığıncağı keçirilib.
Yığıncaqda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Rüfət Məmmədov, Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Aparatının işçiləri,  rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə,   müəssisə və  xidmət  təşkilatlarının  rəhbərləri,  icra nümayəndələri və bələdiyyə sədirləri,  rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İclası giriş sözü ilə açan Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş 10 yanvar 2018-ci il tarixli iclasında  görülmüş işləri ətraflı təhlil edilərək qeyd edib ki, 2017-ci ildə ölkəmiz surətlə və uğurla inkişaf etmiş, bütün sahələrdə əldə edilmiş nəticələr ölkəmizin ümumi inkişafına böyük töhvə vermişdir. Azərbaycan xalqı 2017-ci ildə sabitlik və təhlükəsizlik şəraitində yaşamış, indiki dünyada mövcud olan mürəkkəb geosiyasi vəziyyət nəzərə alınaraq ölkəmizdə əldə edilmiş nəticələr yüksək qiymətə layiqdir.  Ölkəmizin təhlükəsizliyi, sabitliyi, iqtisadi və sosial inkişafı, beynəlxalq arenadakı artan rolu sabitliyin təminatçısıdır. Cənab Prezident müşavirədə qeyd etmişdir ki, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Bu çox böyük göstəricidir və ilk növbədə onu göstərir ki, hətta iqtisadi cəhətdən o qədər də asan olmayan ildə də ölkəmiz inkişaf etmişdir.  MDB məkanında isə ölkəmiz liderlik mövqeyini qoruyub saxlamışdır. Cənab Prezident öz çıxışında kənd təsərrüfatının 4,1 faiz artdığını qeyd edərək, 2017-ci ildə 207 min ton, 2016-cı ildə 89 min ton, 2015-ci ildə isə 35 min ton pambıq yığıldığını, iki il ərzində pambıq istehsalının 8 dəfə atrdığını və 200 minə yaxın  vətəndaşın pambıq sahələrində çalışdığını bildirdi. Möhrətəm Prezident 2015-ci ildə 200 kq, 2016-cı ildə 70 ton, 2017-ci ildə isə 245 ton barama tədarük edildiyini, bunun da kümçülərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət etdiyini qeyd etdi. Bu il isə bu rəqəmin 450-500 tona çatdırılacağını bildirdi. Möhtərəm Cənab Prezident bildirmişdir ki, ölkə iqtisadiyyatının inkişafında ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorunda artım 2,5 faiz təşkil etmişdir. Sənaye sahəsində qeyri-neft sektorumuz 3,6 faiz, kənd təsərrüfatı 4,1 faiz artmışdır. 2017-ci ildə valyuta ehtiyatlarımız 4,5 milyard dollar artmış və hazırda 42 milyard dollar təşkil edir. Ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulmuş, ixrac 19 faiz, qeyri neft ixracımız isə 24 faiz artmışdır. Cənab Prezident qeyd etmişdir ki, 2017-ci ildə 221 min yeni iş yeri açılmışdır ki, onların 177 mini daimi iş yeridir. İşsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir.Müşavirədə Cənab Prezidentimiz 2017-ci ildə Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının keçirildiyini, bu oyunların respublikamızda yüksək səviyyədə təşkil edildiyini və ölkəmizin bütün müsəlman aləmini yeksək səviyyədə qəbul etdiyini, öz qonaqpərvərliyini göstərdiyini, idmançılarımızın bizi sevindirdiyini, Azərbaycanın komanda hesabında birinci yerə layiq görüldüyünü qeyd etdi.
Hesabat dövründə Kürdəmir rayonunda görülən işlərdən danışan Ceyhun Cəfərov bildirib ki, 2017-ci ildə rayon üzrə ümumi daxili məhsul 349 milyon 587 min manat təşkil etmişdir. Ümumi məhsul buraxılışının 66,2 faizi məhsul istehsalı sahələrində, 33,8 faizi isə xidmət sahəsində olmaqla, 20,4 faizi sənayedə, 9,4 faizi inşaat kompleksində, 36,0 faizi isə kənd təsərrüfatı  sahəsində, 32,4 faizi ticarət və ictimai iaşə, 1,2 faizi nəqliyyat, 0,2 faizi isə rabitə sahəsində olmuşdur. Rayonun sosial-iqtisadi  inkişafı Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi  nəticəsində  2017-ci ildə  2083  nəfər işlə təmin olunmuşdur ki, bundan 2038 nəfəri daimi işlə təmin olunanlardır. Cənab Prezidentimizin tapşırığına, eyni zamanda rayonun sosial-iqtisadi inkişafı Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 2017-ci ildə 261 nəfər müvəqqəti işlə təmin olunmuşdur. Bu işlər 2018-ci ildə də davam etdirilir. Hər il olduğu kimi hesabat ilində “Əmək yarmarkası” keçirilmiş, yarmarkada 40 müəssisədən 281 boş iş yeri təqdim olunmuş, 78 nəfər daimi işlə təmin olunmuş, 20 nəfər peşə hazırlığı kursuna, 18 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur.Əhalinin özünüməşğulluğunun təmin olunması ilə əlaqədar özünəməşğulluq proqramına uyğun olaraq 17 nəfərin biznes planı müsbət qiymətləndirilmiş, onların hamısı aktivlərlə təmin olunmuşlar. Rayonda sahibkarlığın inkişafına diqqət xeyli artırılmış, əhalinin pay torpaqlarından istifadəsinin səmərəliliyi yüksəldilmişdir. Bütün bunlar əhalinin işlə təmin olunmasına, həyat səviyyəsinin yaxşılaşdırılmasına, yoxsulluğun azaldılmasına şərait yaratmışdır. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə rayonda sahibkarlığın inkişafı üçün 2017-ci ildə rayonun 24 sahibkarına 209 min manat məbləğində kredit verilmiş və nəticədə 39 yeni iş yeri yaradılmışdır. 2017-ci il ərzində əhaliyə 83,050 min manat  pullu xidmət göstərilmişdir ki, bunun da 7,8 faizi dövlət, 92,2 faizi isə qeyri dövlət sektorunun payına düşür. 2017-ci il üçün rayon büdcəsi  mədaxil və məxaric  üzrə  6 milyon 83 min manat təsdiq edilmişdir ki, yerli gəlirlər planı 6 milyon 104 min 215 manat təşkil etmişdir. Yerli gəlirlər planı ümumilikdə 100,4 faiz yerinə yetirilmişdir. Rayonda fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən 71,2 mln manatlıq və ya ötən ildən 0,2 faiz artıq sənaye məhsulu istehsal edilmişdir. Özəl sektorun sənaye məhsulunun istesalında çəkisi 91,6 faiz təşkil edir. Məlum olduğu kimi 2017-ci ilin iyun ayında keçirilən müşavirədə Ölkə rəhbəri rayon icra hakimiyyəti  başçılarının qarşısında rayona yatırılan  investisiyaların  artırılmasına  diqqət  yetirilməsinə dair tapşırıq vermişdir. Sahibkarlara  rayonda  yaradılmış  münbit  şərait nəticəsində 2017-ci ildə Kürdəmir rayonu üzrə cəlb edilmiş özəl  investisiya layihələrinin ümumi dəyəri 46 milyon 260 min manat təşkil etmiş, bundan 2017-ci ildə 14 milyon 490 min manat vəsait xərclənmişdir. Sərmayələr  əsasən  səneyinin inkişafına, tikinti, emal müəssisələri, kənd təsərrüfatının inkişaf etdirilməsi kimi layihələrə cəlb edilmişdir. Layihələr əsasən  istixanaların tikilməsi, aqroparkların salınması, nar bağlarının genişləndirilməsi, hotelçilik, və istehsal müəssisələrinin yaradılması olmuşdur. 2017-ci ildə rayonda tikinti, quruculuq və abadlıq işləri geniş vüsət almış, şəhərin küçə və meydanlarının abadlaşdırılması, yenidən qurulması ilə bağlı təxirəsalınmaz tədbirlər keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Azərbaycan Respublikasının 2017-ci ilin Dövlət büdcəsindən Kürdəmir rayon İcra Hakimiyyətinə şəhərin 10 çöxmənzilli ictimai yaşayış binalarının təmiri işlərinə ayrılmış vəsait hesabına şəhərin Koroğlu küçəsi 55, 55A, 57, 59, 59A, 61, 63 və Aran qəsəbəsi 20, 21, Bakı prospekti 9 saylı ünvanlarında yerləşən çöxmənzilli ictimai yaşayış binalarında 10600 m2 dam örtüyü dəyişdirilmiş, 4200 m2 sahədə xarici divarlarda, 3000 m2 daxili pilləkən qəfəsəsi divarlarında suvaq işləri aparılmış və emulsiya ilə rənglənmiş,  90 m2 dəmir qapı və 78 m2 plastik pəncərə quraşdırılmış, pilləkən meydançalarına 450 m2 sahədə keramika plitələri, 300 m2 sahədə isə ağlay üzlük materialı döşənmişdir.2017-ci ildə rayonun Axtaçı-Qarabucaq kəndində 132 şagird yerlik tam orta məktəbində tikinti-quraşdırma işləri başa çatdırılmış, məktəb lazımi inventar və avadanlıqlarla təmin edilmişdir.Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 yanvar tarixli 2607 nömrəli Sərəncamına əsasən Respublika Təhsil Nazirliyinə ayrılmış vəsait hesabına rayonun Çöl Ərəb kəndində 96, Çərtəyəz kəndində 56, Qurdlar kəndində 40 şagird yerlik ümumi orta, Yeni Şıxımlı və Pirəköcə kəndlərində isə 40 şagird yerlik ibtidai modul tipli məktəbin quraşdırılması nəzərdə tutulmuş, hazırda rayonun Yeni Şıxımlı, Pirəköcə, Çöl Ərəb və Qurd Bayram kəndində modul tipli ibtidai məktəblərin quraşdırılması işi başa çatdırılmış, lazımi inventar və avadanlıqlarla təmin edilmişdir. Rayonun Qurdbayram kəndində modul tipli məktəbin quraşdırılması işi başa çatdırılmış, ərazidə abadlıq işləri aparılır. Çərtəyəz kəndində modul tipli məktəbin beton blokları qoyulmuş, kürsü hissəsi inşa edilmiş, metal konstruksiyası quraşdırılmış, dam örtüyü vurulmuş, daxili tikinti-quraşdırma işləri davam etdirilir. Hazırda Ölkə Prezidentinin sərəncamına uyğun olaraq rayonun Atakişili kəndi ərazisində “ASAN XİDMƏT” kompleksinin tikintisinə 3,30 ha, “Azərxalça” ASC-nin Kürdəmir rayon filialının tikintisinə 0,40 ha, rayonun Xırdapay kəndi ərazisindən isə rayonda məskunlaşmış 563 məcburi köçkün ailələri üçün şəhərciyin tikintisi məqsədi ilə 13,0 ha torpaq sahəsi ayrılmış, lazımi topoqrafiya və geologiya işləri aparılmış, layihə-smeta sənədlərinin işlənilməsinə başlanılmışdır. Dövlət Proqramının icrası ilə əlaqədar 2017-ci ildə 21 saylı Yol İstismarı MMC “Azəravtoyol” ASC-nin xətti ilə yerli əhəmiyyətli Karrar-Bağman-Böyük Kəngərli yolunun 26 km hissəsində yol buldozerlə xışlanmış, çökmüş yerlərə qum-çınqıl qarışığı tökülərək avtoqreyderlə hamarlanmış və kipləşdirmə işləri aparılmışdır. Bundan əlavə həmin yolun 10-cu km hissəsində yolun gediş-gəliş hissəsinə 430 m2 asfalt-beton vurulmuş və körpünün giriş-çıxış hissələrində torpaq yatağı genişləndirilmişdir.Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə Pirili,  Sor-Sor-Muradxan, Qurd Bayram, Axtaçı-Qarabucaq, Təklə və Sığırlı-Ərəbqubalı avtomobil yollarında  ümumilikdə 47013 m2 sahəyə hissə-hissə qum-çınqıl qarışığı əlavə olunaraq avtoqreyderlə hamarlanmışdır. Dövlət Proqramının icrası ilə əlaqədar 2017-ci il ərzində şəhərin H.Əliyev və Bakı prospeklərində, Babək, M.Ə.Rəsulzadə, Anar Yunusov, Şəhid Əbu Bəkr İsmayılov, Şəhid Tural Qurbanov, Nizami, Xəqani, M.Əsədov, Z.Tağıyev, 20 Yanvar küçələrində və şəhərin 69-cu məhəlləsinə giriş yolunda ümumilikdə 20670 m2 asfalt örtüyü vurulmuşdur.  Kənd təsərrüfatı ölkə iqtisadiyyatının mühüm tərkib hissəsini təşkil edir. Regionların  sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonun aqrar bölməsi 2017-ci ili uğurla başa vurmuşdur. Belə ki, rayonda kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Dövlət tərəfindən fermerlər üçün bir sıra güzəştlər müəyyən etmişdir. Belə ki, fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda əkin sahəsinin becərilməsində istifadə olunan yanacağın və motor yağlarının dəyərinin ödənilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması üçün dövlətimiz tərəfindən onlara subsidiyalar verilmişdir.Ölkə Prezidenti tərəfindən Azərbaycana valyuta axınının təmin edilməsi məqsədilə ixracyönümlü məhsulların istehsalının xüsusi əhəmiyyət daşıdığını, pambığın da ixracyönümlü məhsul olduğu nəzərə alınaraq bu sahənin ciddi inkişaf etdirilməsi qarşımıza mühüm vəzifə kimi qoyulmuşdur. Həmin tapşırığın icrasını təmin etmək məqsədilə 2017-ci ildə rayonumuzda pambıq əkini ücün bütün imkanlar təhlil olunaraq şirkətlərlə, aidiyyatı xidmət təşkilatları ilə birgə əlaqəli iş qurulmuşdur. Müqavilələr bağlanmış zavodlar tərəfindən pambıqçıların təchizat və təminat məsələləri yüksək səviyyədə həll olunmuş, nəticədə əlverişsiz hava şəraitinə baxmayaraq qısa müddətdə 4027 hektar sahədə pambıq əkilmişdir. Becərmə işləri aqrotexniki qaydada aparılmış, sahələrdə bol məhsul yetişdirilmişdir.Məhsul yığımı dövründə 3000 nəfərə yaxın işçi qüvvəsi, 7 pambıqyığan maşın, digər maşın və mexanizmlər cəlb edilmiş, 5001 ton pambıq tədarük olunmuşdur. Ümumilikdə pambıq əkini, becərilməsi və yığılması işinə rayon üzrə 5000 nəfərdən çox işçi qüvvəsi cəlb edilmişdir. Rayonda pambıqçılığın inkişafı ilə əlaqədar Cənab Prezidentimizin tapşırığına uyğun olaraq 2018-ci ildə 5030  hektar sahədə pambıq əkilməsi nəzərdə tutulmuş, bunun üçün pambıq əkəcək fiziki və hüquqi şəxslər müəyyənləşdirilmiş, pambıq əkini üçün əlverişli sahələr seçilmiş, pambıqçılarla tədarükçülər arasında müqavilələr bağlanması təşkil olunmuşdur. Pambıq əkini üçün donduqma şumu qaldırılmış, hazırda arat işləri aparılır.Rayonumuzda 2017-ci ildə 11500 kq barama istehsal edilmişdir. Ənənəvi sahələrdən olan baramaçılığı gələcəkdə inkişaf etdirmək, onun yem bazasını möhkəmləndirmək məqsədi ilə 114 min ədəd tut (çəkil) tingi əkilmişdir. 2018-ci ildə 20 tondan çox barama istehsalı üçün lazımi təşkilatı və təsərrüfat tədbirləri görülür, yeni kümxanalar hazırlanır.Rayon ərazisində əkin dövriyyəsinə qatılması üçün 21 min 400 hektar əkinə yararlı münbit torpaq sahələri seçilmiş, həmin sahələrin suvarma suyu ilə təmin edilməsi üçün layihələr və smeta sənədləri hazırlanmış, bu torpaqların əkin kateqoriyasına keçirilməsi üçün aidiyyatı mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılmışdır. 10650 hektar torpaq sahəsinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə daxil edilmiş, hazırda həmin ərazilərdə suvarma şəbəkələrinin təmiri və tikintisi işləri aparılır. Dövlət Proqramına əsasən rayonda məhsuldar cins heyvanların artırılması məqsədi ilə lizinq yolu ilə alınmış 365 baş cins düyə artırılaraq 650 başa çatdırılmışdır. Rayonda 1593 baş inək süni mayalandırılmış, 955 baş cinsi  yaxşılaşdırılmış bala alınmışdır. Cins heyvanların yüksək texnologiya ilə saxlanması təmin edilmişdir. Hazırda iri buynuzlu mal qaranın sayı 64785 başı, qoyun keçilərin sayı 135861 başı, quşların sayı isə 382 min başı ötmüşdür. 2017-ci ildə diri çəkidə 9877 ton ət, 42834 ton süd, 15599 min ədəd yumurta, 224 ton yun istehsal edilmişdir. Bütün göstəricilər üzrə heyvandarlıq məhsullarının istehsalında artım əldə edilmişdir. Taxıl yığımı mütəşəkkil aparılmış, biçinə 140-dan çox kombayn cəlb edilmiş, 39360 hektar sahənin taxılı optimal müddətdə minimum itkilərlə yığılmış, 80700 tonadək dən götürülmüşdür. Hər hektardan 20,5 sentner məhsul alınmışdır. Taxıl istehsalının qarğıdalı dəni hesabına artırılması tədbirləri görülmüş, nəticədə 12239 ton qarğıdalı dəni istehsal olunmuşdur.Bu il 7000 tondan çox toxumluq taxıl ayrılmışdır ki, bunun da 3000 tondan çoxunu yüksək reproduksiyalı toxum təşkil edir.  Rayonda 3000 hektardan çox plantasiya şəklində nar bağı salınmış, bu bağlardan 500 hektardan çoxunun müasir texnoloqiya ilə becərilməsi, damcılarla suvarılması təşkil olunmuşdur. Onu da qeyd edim ki, 2017-ci ildə Ukrayna və Rusiyaya 174 ton nar, Rusiya və Litvaya isə 47 ton nar şirəsi ixrac olunmuşdur. Bundan əlavə rayonumuzdan İran, Gürcüstan və Hindistan ölkələrinə 9893 ton biyan kökünün duzu, Gürcüstana 125 ton buğda kəpəyi, Ukrayna və Rusiyaya 553 ton xurma, Rusiyyaya 25 ton heyva və 5 ton əzgil ixrac edilmişdir.Üzümçülük məhsullarının istehsalı və emalının genişləndirilməsi sahəsində ardıcıl işlər aparılmış 2967 ton üzüm istehsal olunmuşdur. Görülmüş tədbirlər nəticəsində ötən il 14795 ton kartof,  22550 ton tərəvəz, 69833 ton bostan, 23 ton yerfındığı, 875 ton şəkər çuğunduru, 20 ton günəbaxan, 100 ton soya, 103 ton qarabaşaq, 26176 ton meyvə istehsal edilmişdir.
Rayonda Aqrolizinq ASC-nin Aqroservis filialında 24 traktor, 27 taxıl yığan kombayn, 2 pambıq yığan maşın və digər kənd təsərrüfatı maşın və mexanizmləri vardır. Son iki ildə 29 müasir kombayn alınmışdır. Kənd təsərrüfatına xidmət edən suvarma sistemləri idarələrinin də maddi texniki bazası möhkəmləndirilmiş onlar müasir, yüksək manevr qabiliyyətli yerqazan texnikalarla təchiz olunmuşdur.İndi rayonun texnika parkında 31 ədəd mala traktoru, 131 ədəd şum traktoru, 240 ədəd nəqliyyat traktoru, 70 ədəd ekskovator, 54 ədəd taxılbiçən, 29 ədəd yemyığan kombayn, 99 traktor yedəyi, 60 ədəd asma və qoşqular mövcuddur. Kənd təsərrüfatını inkişaf etdirmək və yüksək məhsuldarlığa nail olunmasında meliorasiya və suvarma sistemləri mühüm rol oynayır. Hesabat dövründə torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması, suvarma sistemlərinin təmiri və bərpası sahəsində xeyli işlər görülmüşdür. 2017-ci ildə 955 km kanal və 295 km dren şəbəkəsi lildən təmizlənmiş, 233 hidrotexniki qurğu, 18 nasos kompleksi, 5,4 km beton kanal əsaslı təmir olunmuşdur. Cənab Prezident müşavirədə görülmüş tədbirlər nəticəsində 100 min hektardan çox sahələrə suvarma suyunun verilməyə başlandığını, bu layihələrin kənd təsərrüfatının inkişafına və kənd təsərrüfatı məhsullarının ixracına çox böyük dəstək olduğunu bildirdi. Bu layihələr çərçivəsində rayonun Şilyan massivində  təyinatı əkinçilik məqsədi ilə dəyişdirilmiş 6150 hektar sahənin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Ərəbxana-Şilyan kanalının su keçirmə qabiliyyətinin artırılması tədbirləri ilə əlaqədar Kür çayı sahilində nasos stansiyanın binası inşa edilmiş, transformator yarımstansiyasının binası tikilərək 1600 kv-luq transformator quraşdırılmış, 2 ədəd nasos alınmış, gözətçi binası inşa edilmiş, dəmir-beton su ötürücü qurğu tikilmiş, kanal üzərində 12 ədəd su ötürücü qurğu (şlüzlər) quraşdırılmış, 972 p/m diametri 1200 mm olan magistral basqı boruları quraşdırılmış, kanalın 3,2 km hissəsində bermalara əlavə torpaq qatı verilərək kipləşdirilmiş, 11,6 km məsafəsində kanal lildən təmizlənmişdir. Rayonun Muradxan-Pirili massivində təyinatı əkinçilik məqsədi ilə dəyişdirilmiş 4500 hektar sahənin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Muradxan kanalının su keçirmə qabiliyyətinin artırılması tədbirləri ilə əlaqədar Kür çayı sahilində nasos stansiyanın binasının dəmir-beton bünövrə və divar işləri başa çatdırılmış, 296 m2 divar sahəsində hidroizolyasiya  işləri aparılmış, 29,6 m3 kərpicdən qoruyucu divar tikilmiş, metal sütun və fermalar quraşdırılmış, metal kirəmitdən dam örtüyü vurulmuşdur. Transformator yarımstansiyasının və bir otaqdan ibarət gözətçi evinin əsas tikinti işləri başa çatdırılmışdır. Kanalın mövcud beton üzlüklü hissəsinin suburaxma qabiliyyətinin artırılması ilə əlaqədar bermalarına 144,6 min m3 torpaq qatı əlavə edilərək bərkidmə işləri aparılmış, 2575 metr məsafədə kanalın dəmir-beton üzlüyü tikilmişdir.Mövcud beton-kanalın davamı olaraq yeni beton üzlüklü kanalın tikintisi ilə əlaqədar 111,2 min m3 torpaq daşınaraq bərkidmə işləri aparılmış, kanalın 1780 metr hissəsində beton kanal tikilmiş, kanalın kənarlarında 6 kilometr məsafədə çınqıl yol çəkilmişdir.Rayonumuzda yetişdirilən kənd təsərrüfatı məhsulları hesabına Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkasına ötən il yerli sahibkarlarımız tərəfindən 25 çeşiddə 1520 tonadək kənd təsərrüfatı məhsulları göndərilmiş, göndərilmiş məhsullar bazar qiymətindən 30-35% aşağı qiymətlə satılmışdır. Dövlət Proqlamına uyğun olaraq 2017-ci ildə Kürdəmir şəhər əhalisinə içməli su və çirkab suların axıdılması üzrə xidmətlərin yaxşılaşdırılması sahəsində müəyyən işlər görülmüşdür. 2017-ci ildə şəhərə gələn mərkəzi su xəttində, şəhərin küçə və prospektlərinin su xətlərində təmir işləri görülmüş, su sızmalarının qarşısı alınmışdır.2017-ci ildə şəhərin Heydər Əliyev və Bakı prospektləri, H.Aslanov, M.Ə.Sabir, İ.Məmmədov, Koroğlu, Nizami küçələrindəki, Aran qəsəbəsindəki və Hərbi şəhərciyin ərazisindəki və mərkəzi kanalizasiya xətti üzərindəki baxış quyuları lildən təmizlənmiş, sınmış qapaqlar dəyişdirilmiş, xəttin tutulmasının qarşısını almaq məqsədi ilə metal barmaqlıqlar qoyulmuşdur. 2017-ci ildə 24353 nəfər əhaliyə su və kanalizasiya xidməti göstərilmiş, abonentlərdən su pulunun yığım məbləği 744037 manat təşkil etmişdir.Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən rayon ərazisində modul tipli sutəmizləyici qurğuların və içməli su təchizatı sistemlərinin quraşdırılmasına başlanılmışdır. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə rayonun Qoçulu, Axtaçı-Qarabucaq, Garıs Əyribənd və Bağman kəndlərində modul tipli sutəmizləyici qurğuların quraşdırılması işlərinə başlanılmış, magistral və paylayıcı boru kəmərlərinin quraşdırılması işləri tamamlanmaq üzrədir.“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə rayonun Topalhəsənli, Qaraqocalı, Şahsevən, Qağacılı, Şıxımlı, Mürtülü, Ucarlı, Bala Kəngərli, Xırdapay, Yeni Şıxımlı, Qurdbayram, Atakişili kəndlərində və  Qarabucaq qəsəbəsində modul tipli su təchizatı sistemlərinin qurulması işləri başa çatdırılmış, əhalinin daha sıx yaşadığı ərazilərdə 112 ədəd bulaq tikilmiş və 26 dekabr 2017-ci il tarixdə rəhbərlik səviyyəsində açılışı həyata keçirilmiş və tam əhalinin istifadəsinə verilmişdir.Əhaliyə göstərilən kommunal xidmətin səviyyəsinin yüksəldilməsi, şəhərimizin bütün küçə və meydanlarının daima təmiz və səliqəli saxlanılması bu sahəyə xidmət göstərən müvafiq qurumların ən başlıca vəzifələrindəndir.2017-ci ildə rayon Kommunal Müəssisələri Kombinatı və rayon Mənzil İstismarı sahəsi tərəfindən şəhərimizin bütün küçə və meydanlarının daima təmiz və səliqəli saxlanılmasında səylə çalışmış, ərazilərdə olan məişət tullantılarının mütəmadi götürülməsi təmin olunmuşdur.Hesabat dövründə rayon Kommunal Müəssisələr Kombinatı tərəfindən əhalidən 11550 manat, kommersiya obyektlərindən isə 1460 manat, Mənzil İstismarı sahəsi tərəfindən ev kirayəsindən və komunal xidmətlərə görə 8200 manat vəsait toplamışdır.2017-ci  il üçün təsdiq  olunmuş  smetaya  əsasən kommunal xidmətlərin göstərilməsi ilə əlaqədar 3500 fərdi yaşayış evlərinin sahibləri  və 90 kommersiya  obyeklərinin rəhbərləri ilə  müqavilə bağlanmışdır.Rayonda kağız, karton və plastik tullantıların çeşidlənərək yığılması və təkrar emala verilməsi layihəsinin həyata keçirilməsi məqsədi ilə 51,5 ton kağız, karton və plastik tullantılar təhvil verilmiş və hazırda 37,279 ton tədarük edilmişdir.Rayon Yaşıllaşdırma sahəsi yaşıllıqların qorunması və becərilməsi istiqamətində bir sıra işlər görmüş, park və prospektlərdə olan qurumuş ağaclar çıxardılmış, yeni ağaclarla əvəz olunmuş, qurumuş qazon sahələri yenidən bellənmiş, mineral gübrələr verilmiş, yeni qazon ot toxumu səpilmiş və vaxtlı-vaxtında suvarılması həyata keçirilmişdir. Bayraq meydanına və digər park və prospektlərə ərazilərin bütün yaşıllıq sahələrinə 3000 ədədə yaxın gül kolları və 2000 ədədə yaxın ağaclar əkilmişdir.2017-ci ildə telefona olan tələbatla əlaqədar əhaliyə 356 ədəd telefon çəkilmiş, 49 ədəd telefon bərpa olunaraq abonentlərin istifadəsinə verilmişdir.Əhalinin genişzolaqlı internet xidmətinə olan təlabatını ödəmək məqsədi ilə rayon üzrə internet portlarının sayı 2464-dən 2794-ə qədər artırılmış və buna uyğun olaraq internet istifadəçilərin də sayı 485 nəfər artmışdır.
Məruzə ətrafında çıxış edən Maliyyə idarəsinin rəisi Ayaz Cəbrayılov, Kürdəmir rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Mətləb Kərimov, Pambıq istehsalçısı Vəkil Məmmədov , Kürdəmir Suvarma Sistemləri idarəsinin rəisi Möhübbət İbrahimov 2017-ci ildə rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən ətraflı danışmışlar.
Yığıncaqda  Azərbaycan    Respublikası    Prezidentinin   Administrasiyasının məsul işçisi Rüfət Məmmədov çıxış etdi.
Tədbirdə rayonda 2017-ci il üzrə kənd  təsərrüfatı məhsullarının istehsalında yüksək əmək nailiyyətləri əldə etmiş bir qrup kənd təsərrüfatı istehsalçısına Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov tərəfindən Fəxri Fərmanlar təqdim edildi.
Yığıncaqda müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul edildi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə hesabat yığıncağı iştirakçıları adından müraciəti oxundu.
Sonda Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov hesabatı yekunlaşdıraraq qarşıda duran mühüm vəzifələri diqqətə çatdırdı, 2018-ci ili uğurla başa vurmaq üçün konkret tapşırıqlarını verdi.



Xəbər lenti
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018