Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (12-01-2018, 18:52)
Kürdəmirin çağrışçı gəncləri hərbi xidmətə yollanmışlar

Kürdəmirin çağrışçı gəncləri hərbi xidmətə yollanmışlar

Yanvarın12-də rayonun Heydər Əliyev Parkında Kürdəmirin çağrışçı gənclərinin  təntənəli  surətdə hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Rayon  İcra  Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri,  rayon  ictimaiyyətinin  nümayəndələri, ziyalılar,  ağsaqqallar və gənclər, valideynlər çağrışçı gəncləri  hərbi  xidmətə  yola  salmağa gəlmişdilər.Şən və oynaq musiqi sədaları ətrafa yayılmışdı.
Tədbir iştirakçıları, o cümlədən çağrışçı gənclər  Ulu Öndər Heydər  Əliyevin abidəsi önünə təzə-tər gül-çiçək dəstələri qoymuşlar.
Mərasimin açılışı zamanı Azərbaycanın Dövlət himni əzəmətlə səslənmişdir.
Tədbiri giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin rəis
i, polkovnikHəbib Əliyev açaraq Azərbaycan ordusunun keçdiyi tarixi yol haqqında geniş məruzə etmişdir.
Valideynlər adından çıxış edən
Vəzir Novruzov, adlı-sanlı əməkçi qadın Sevil Osmanova və başqaları çıxış edərək əsgəri xidmətə yola düşən çagrışçılara xeyir -dualarını vermiş,onlara öz məsləhət və tövsiyyələrini bildirmişlər.
Mərasimdə çağrışçılar adından 
Yusif İsmayılov çıxış edərək , ana vətəni laiqincə qoruyacaqlarını, nümunəvi əsgər olacaqlarını ,doğma yurdun, el-obanın valideynlərinin onlara olan inamını daim yüksək səviyyədə doğruldacaqlarını böyük inam hissi ilə ifadə etmişdir.
Tədbirdə iştirak edən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısnın
birinci müavini Tacəddin Novruzov öz çıxışnda hərbi xidmətə yola düşən gəncləri , onların valideynlərini təbrik etmiş, vətən naminə böyük fədakarlıq göstərməkdə, ordu quruculuğu sahəsində Ulu Öndərin ideyalarını , eləcə də layiqli siyasi davamçı, Ali Baş Komandan Prezident İlham Əliyevin Milli ordumuzun daim möhkəmlənməsi üçün göstrədiyi diqqət və qayğılara əməli işlərlə, nümunəvi xidmətləri ilə cavab verəcəklərini inamla bildirmişdir.Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanın hərbi ənənələrinin qorunmasına önəm verərək hakimiyyətinin bütün dövrlərində gənclərimizin hərb işinə marağının gücləndirilməsinə ciddi diqqət yetirmişdi. O, qeyd edirdi ki, hərbi vəzifə daşımaq gənclərimizin ən müqəddəs vəzifələrindən biri olmalıdır.  "Silahlı Qüvvələrin hər bir hərbi qulluqçusu "Vətənə, xalqa, dövlətə xidmət bizim ömrümüzün mənasıdır" - devizini dərk etməli, bu amalla yaşamalı və vicdanla xidmət etməlidir.
Sonra çağrışçılar məşhur “Azərbaycan “mahnısının sədaları altında Azərbaycan bayrağını öpərək , onun altından keçib hərbi xidmətə yola düşmüşlər.
Tədbir rayon incəsənət ustalarının verdiyi maraqlı konsertlə başa çatmışdır.

 

 Kürdəmirin çağrışçı gəncləri hərbi xidmətə yollanmışlar
Kürdəmirin çağrışçı gəncləri hərbi xidmətə yollanmışlar

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024