Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (14-05-2017, 20:33)
İnsan deyə bilməz ki, bilmədim...

İnsan deyə bilməz ki, bilmədim...

 

Qurani-Kərimin İnsan surəsinin 3-cü ayəsində məalən buyurulur ki, Allah-Taala insana Haqq yolunu göstərdi, daha bundan sonra insan istər doğru yolu tutub şükür edənlərdən olsun, istərsə də yoldan azıb kafirlər cərgəsinə qatılsın, bu onun öz seçimidir.

Mediatv.az yeniavaz.az-a istinadən bildirir ki, yəni insan deyə bilməz ki, bilmədim, anlamadım, xəbərim olmadı... Allah sənə ağı qaradan, xeyiri şərdən, haqqı batildən, savabı günahdan ayıra biləcək qədər ağıl verib. Əgər sən ağlını gərəksiz əşya kim bir tərəfə atıb onun-bunun dedikləri ilə qərar çıxarır, ömür yaşayırsansa, daha kimsəni günahkar tutma. Çünki Allah sənə Peyğəmbər kimi bir müəllim, Quran kimi kitab göndəribsə, sənin bu məsuliyyətdən qaçmağa haqqın yoxdur. Sən Allahın dəyər verərək, həm də ən gözəl şəkildə yaratdığı bir varlıqsan. Önündə ömür adlı bir zaman möhləti, imtahan müddəti var və sən bu yolda özünə rəhbər seçərək yol gedirsən qüruba doğru. Rəhbəri Quran olanın zavalı olmaz. Keyfinin istədiyi kimi yaşayanın bəlası başından əskik olmaz.

Kimsəni ittiham eləmə, yükü başqasının çiyninə aşırmağa çalışma. Özün seçirsən, qarşında yollar açılır və sənə seçim haqqı verilir. sağı da seçə bilərsən, solu da. Özü də hər yolun başında o yolun səni hansı mənzilə çatdıracağı açıq-aydın göstərilir. Yenə də cığallamağa çalışma. Seçimini doğru et ki, sonra peşman olmayasan. Çünki bu yolda elə düşmənlər var ki, bir göz qırpımında hər şeyini əlindən alıb səni müflis hala salmaq üçün min bir oyun oynayırlar. Ayıq ol ki, bütün qazandıqlarını əldən verməyəsən.

Bu savaş ölüncə var

Hər gün, hər saat, hər an savaşdayıq. Və bu savaşdan qaçış yoxdur, insan oğlu son nəfəsinə qədər savaşmağa məhkumdur. Yaradılış hikmətimizdir bu savaş. Qarşımızda elə bir düşmən var ki, bir an olsun belə gözünü bizdən ayırmaz, hücum üçün münasib fürsət güdər. Kimsə bu savaşdan kənarda deyil, əslində bu savaş insan oğlunun qədəridir, taleyidir. Bu savaşdan qalib və ya məğlub çıxmağımız isə ancaq ömrün sonunda, son nəfəsdə bəlli olur.

Bu dünyada bir şeytan gerçəyi var və adəm oğlu o gerçəklə üz-üzə gəldikdən sonra özünü tanıyır, şeytan testindən keçəndən sonra kim olduğunu bilir. O testdən keçəndən sonra da adəm oğlunun öz aqibəti üçün kimdənsə inciməyə, kimisə suçlamağa haqqı olmaz. Qurani-Kərim şeytanı bizə ən açıq ifadələrlə tanıdır: "O sizin açıq-aydın düşməninizdir."

"Mən oddan, o torpaqdan..."

Allah-Taala həzrəti-Adəmi yaradanda bütün mələklərə və cinlərə əmr edir ki, Ona səcdə etsinlər. Hər kəs səcdə edir, bir cindən savayı. Allah-Taalanın əmrinə qarşı üsyan edəndən və lənətlənib cənnətdən qovulandan sonra bu lənətlənmişin adı ədəbiyyata iblis və ya şeytan kimi düşür. İblis bütün şeytanların atasıdır. O, insanın yaradılmasına və Allah-Taalanın ona şərəf verməsinə etiraz edərək Yaradana üsyan etdi və lənətlənərək qovuldu. Qovularkən də qiyamət gününə qədər möhlət aldı və açıq-aydın söylədi ki, hər zaman insanları haqq yoldan azdırmaqla onları fəlakətə, azğınlığa düşürməklə məşğul olacaq. Bəli, şeytanın missiyası, vəzifəsi budur.

İrqçilik şeytandandır, çünki ilk irqçi şeytanın özüdür. Allah-Taalanın əmrinə üsyan edərək, "torpaqdan yaranmış insan oddan yaranmış cindən üstün ola bilməz" deyir, azğınlığın nə böyüyünü nümayiş etdirir.

Qısqanclıq da şeytandandır, çünki şeytan Alah-Taalanı tanıdığı, Onun varlığını, birliyini qəbul etdiyi, nə qədər müddətsə Ona itaət, ibadət etmiş olduğu halda sadəcə insanı qısqandığı üçün bütün hər şeyini yerə vurdu, heçə endirdi və lənətləndi.

Tövbə, yoxsa israr

Təkəbbür də şeytandandır. Allah-Taala təkəbbürlüləri sevməz. Bir ürəkdə təkəbbür varsa, orada iman olmaz, iman varsa, təkəbbür olmaz. Allah-Taala ürəyində təkəbbür olana cənnəti, iman olana isə cəhənnəmi haram buyurub. Allaha sığınmaq, əl açıb Ondan yardım, dərdlərinə çarə diləmək insanı təkəbbürdən, hər cür dərddən, bəladan qurtarar. İblis də elə bu nöqtədə yanıldı, əl açıb əfv diləməli, yalvarıb doğru yola dönə bilməsi üçün dua etməli olduğu yerdə təkəbbürləndi, üsyana qalxdı.

Biz də insan olaraq xətalardan, günahlardan sığortalanmamışıq. Amma bizim üçün əsas olan xətamızı anladıqdan sonra qəbul etdiyimiz qərardır. Kimi tövbə edib xətadan dönər, kimi də günahında israr edər. Bizə əl açıb Allah-Taalaya yalvarmaq, Ondan əfv diləmək buyurulur:

"De ki: Duanız olmazsa, Rəbbim sizə nə deyə dəyər versin?" (Furkan surəsi-77)

"Mənə dua edin, qəbul edim. Çünki Mənə ibadəti buraxıb təkəbbürə girənlər təhqir olunaraq cəhənnəmə girəcəklər" (Mömin surəsi-60).

Həzrəti-Adəmi şeytandan ayıran əsas fərq ondadır ki, o, xəta etdiyini anlayan kimi Allah-Taalaya yönəldi, tövbə elədi, əfv dilədi və uzun bir səfərdən sonra yenidən gəldiyi yerə dönə bildi. Şeytansa öz xətasında, günahında inad elədi, cənnətdən qovuldu, qiyamətdə də cəhənnəm oduna məhkumdur. Demək, xətada inad etmək də şeytandandır.

Mərhələ-mərhələ çöküş

Rəsulullah bildirir ki, harama baxmaq şeytan oxlarına hədəf olmaqdır. Əslində harama baxmağın başqa bir adı da göz zinasıdır. Artıq ayağın sürüşməyə başlamasıdır. Bu haqda belə bir misal söyləyirlər. Birisi gözünü yoldan ötən bir xanımın uyğun olmayan yerlərinə zilləyir, gözünü çəkə bilmir, onun dalınca gedir. Artıq ağlını itirmək üzrədir, neylədiyini bilmir, ona təcavüz edir, biabır olacağını düşünüb o xanımı öldürür. İndi də meyiti harada gizləmək haqqında düşünür. Düşünür və belə qərara gəlir ki, aparıb birinin tövləsində, həyətində gizlətsin ki, şübhələr onun üzərinə yönəlsin. Elə də edir və bu məsələ ilə əlaqəsi olmayan başqa bir adamın da qətlinə səbəb olur.

Bu söhbətdən göründüyü kimi kiçik bir günahla başlayan yol hansı uçurumlarda tamamlanır. Zahirən görünməsə də bütün bu mərhələlərdə şeytan o insanın yoldaşıdır, ortağıdır. Həmin insan o gühanları şeytanın pıçıltılarına uyaraq işləyir. Hər mərhələdə şeytan ona pıçıldayır ki, artıq geri dönüş yoxdur, sənin yeganə yolun cinayət istiqamətində davam etməkdir. Bu insan artıq şeytanın qulu, köləsidir.

El arasında bir söz var: Ziyanın harasından dönsən, xeyirdir. Yəni insan günahın harasında olursa-olsun, nə halda olursa-olsun, Allahı düşünərək xətadan çəkinməlidir. Allahdan qorxub xətadan çəkinən, tövbə edən bu dünyada cəza çəkər, amma axirətdə nicat yolu tapa bilər. Allahdan qorxmayıb, şeytandan və dünya əzabından qorxanlar isə bu dünyada cəza çəkməsələr belə axirət əzabından qurtara bilməyəcəklər.

Yolunu özün seçirsən

Rəsulullahın (s.ə.s.) həyatı bizim üçün örnəkdir. Onun yaşadığı kimi yaşamaq şeytanın yolundan uzaq olmaqdır. Ona görə də müsəlman hər işində Rəsulullaha (s.ə.s.) bənzəmək istəyər. Onun kimi oturub-durmaq, onun kimi davranmaq, bir vəziyyətə düşəndə oturub "Rəsulullah bu məqamda necə hərəkət edərdi?" düşüncəsi ilə çıxış yolu axtarmaq, əmin olun ki, sizi çox bəladan qoruyar. Uca Peyğəmbərimizin buyruqlarının, tövsiyələrinin hamısı bizim mənfəətimiz üçündür.

Bir dəfə Rəsulullah bir nəfərin sol əllə yeyib-içdiyini görür və ona sağ əllə yeməyi tövsiyə edir. Bəlkə də, bu tövsiyə kimlər üçünsə adi bir məsələ kimi görünə bilər. Amma Peyğəmbərimiz (s.ə.s.) dinimizin həssas məsələlərində güzəşti sevməzdi, müsəlmanların günaha baxmasına belə razı olmazdı. Müsəlmanın sol əllə yeməsini isə Rəsulullah ona görə görə yasaqlayırdı ki, sol əllə yemək şeytana xasdır, müsəlman gərək şeytana oxşamasın. Adi bir məsələdə güzəşt ardınca digər bəlaları da gətirə bilir.

Sözün canı odur ki, hansı yolu seçirsən, kimə bənzəmək istəyirsən, bu sənin öz seçimindir. Kimsəni ittiham eləmə, təqsiri başqasının boynuna yıxmağa çalışma, seçim öz əlindədir. Hansı yolu seçsən, sonuna hazır olmalısan.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024