Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (13-03-2014, 21:36)
Ayaz Mütəllibov sirlərini açdı- MÜSAHİBƏ

 

“Başa düşürdüm ki, neft müqavilələri üzərində iş başlayanda mənim şəxsi taleyimi neft amili müəyyən edəcək”

 

Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov “Yeni Müsavat”a müsahibə verib. Azərbaycanın BMT-yə üzv qəbul olunması və prezidentlikdən istefa verməsinin ildönümlərinə təsadüf edən söhbətimizdə Ukrayna ətrafında baş verənlərdən, dünya ilə Rusiyanın üz-üzə gəldiyi situasiyanın nə ilə nəticələnəcəyindən, bu hadisələrin ölkəmizə hansı perspektivlər vəd etməsindən və digər mövzulardan bəhs etdik: 
-  Ayaz müəllim, bu günlərdə sizin prezident postundan istefanızın növbəti ildönümü tamam oldu. Üstündən 22 il keçəndən sonra o günləri necə xatırlayırsınız? 
- Deyə bilmərəm ki, həmin vaxtlarda mənim və ailəmin həyatını kəskin surətdə dəyişən o hadisələr barəsində düşünməkdən məmnunluq hissi keçirirəm. Hər dəfə hadisələrin ilkin səbəbləri və onların əhəmiyyətindən danışarkən belə qənaətə gəlirəm ki, 20 il müddətinə məni vətəni tərk etmək məcburiyyətində qoyan həmin hadisələr mənasızdır. 1992-ci il martın 5-6-da  və həmin il mayın 15-də qanuni hakimiyyətə qarşı AXC-nin etdiyi sui-qəsdin xalqın iradəsinin təzahürü olmadığına hüquqi baxımdan şübhə qalmayıb. Bu, ilk mərhələdə küçə təzyiqləri altında parlament çevrilişi, ikincisi, hakimiyyətin silah gücünə işğalıdır, yəni hərbi çevrilişdir.
Xatırladım ki, Xocalıda baş verən faciəli hadisələrdən və onun təsiri altında yaranmış güclü psixoloji durumdan hakimiyyət uğrunda öz məqsədi üçün istifadə edən AXC-yə imkan verdi ki, küçədə toplaşan kütlənin təzyiqi altında respublika parlamentini məni istefaya göndərməyə məcbur etsin. Təəssüf ki, opponentlərimi inandıra bilmədim ki, onların hərəkətləri respublikaya fəlakətlər gətirir, ardıcıl çevrilişlər və siyasi kataklizmlər dalğasının yaranmasına səbəb olur.
-  Bir müddət öncə mətbuata verdiyiniz müsahibədəki bir sıra fikirləriniz AXC hökumətinin üzvləri olmuş şəxslər tərəfindən çox sərt qarşılandı. Bu reaksiyalardan sonra özünüzün hansısa məqamda qeyri-obyektiv mövqe sərgilədiyiniz haqqında heç düşündünüzmü?
- Yadımdadır ki, mən rəqiblərimə olan münasibətimdə müəyyən etik davranışlara riayət etmişəm  və həmişə tarixi faktların məntiqinə söykənmişəm. Haqqım olduğu üçün mən öz həqiqətim mövqeyindən çıxış etmişəm. Səbəbi odur ki, bütün illər boyu tarixi hadisələrin qiymətləndirilməsində hakimiyyətin müəyyən fikirləri olub, lakin müxalifət əksər hallarda özünə sərfəli olmayan istənilən bu tipli fikirlərə qarşı çıxıb. Demokratik ölkələrdə qəbul ediləndir ki, istənilən fikrə hörmət edilməli, dinləyiciyə problemləri və onları yaradan səbəbləri mövcud olan fikirlərin müqayisəsi yolu ilə ayırd etmək imkanı verilməlidir.
 Mənim müşahidələrimə görə, respublika mətbuatında hökm sürən fikir plüralizmi bəzən həddindən artıq olur. Əgər mətbuat siyasi alətə çevrilmirsə və onun subyektləri arasında haqq-hesab çürüdülməsinə xidmət etmirsə, bu halda demək olar ki, bu cür vəziyyət heç də pis deyil. Mənim müsahibələrimdəki fikirlərin qeyri-obyektivliyinə dair AXC-nin keçmiş funksionerləri tərəfindən sərgilənən sərt reaksiyaya gəldikdə, bunu deyə bilərəm: cənablar, öz səhvlərinizi etiraf etməkdə cəsarətli olun və özünüzün də inanmadığınız şeyləri uydurmağa meyl etməyin.
Mən başa düşürəm ki, bunu etmək çətindir. Amma etiraf etmək lazımdır. Çünki bu, siyasətçini cəmiyyətin gözündə ucaldır. Mənə gəldikdə, opponentlərimin fikirlərinə hörmətlə yanaşıram. Bunu eyni ölkənin vətəndaşları arasında yaşanacaq siyasi mədəniyyət və etika tələb edir.
- Ukraynadakı hadisələri yəqin izləyirsiniz. Yeri gəlmişkən, bəzi məqamlarda Yanukoviçi həm zahirən, həm də bir sıra davranışlarına, siyasi baxışlarına görə sizə bənzədənlər oldu. Siz bu cür yanaşmalara necə baxırsınız? Necə bilirsiniz, Yanukoviç harda və nədə səhvə yol verdi?
- Əlbəttə, mənimlə Yanukoviçi müqayisə etdikdə bizim dünyagörüşümüzdə, taleyimizə düşən zaman mərhələlərində yaranmış sosial vəziyyətdə böyük fərq var. Əslində mən ən çətin vaxtlarda, yəni 90-cı illərin əvvəllərində iki ildən az bir müddətdə prezident vəzifəsində çalışmışam. Amma Azərbaycan ətrafında və onun daxilində gedən hadisələri müşahidə edərkən mən onda da başa düşürdüm ki, biz hələ o vaxt ssenarisi Balkanlarda həyata keçirilmiş geosiyasi tamaşanın statistiyik. Mən bizim vəziyyətimizi SSRİ-nin dağılması nəticəsində böyük bir okeanda üzən köhnə kiçik bir qayığı okeanın dibinə batırmaq istəyən akulalar və digər varlıqlarla üzbəüz qalan insanların vəziyyəti ilə tez-tez müqayisə edirəm.

Cənablar, öz səhvlərinizi etiraf etməkdə cəsarətli olun”

Onu da başa düşürdüm ki, 1990-cı ilin ortalarında neft müqavilələri üzərində iş başlanan andan mənim şəxsi taleyimi neft amili müəyyən edəcək. Prezident Yanukoviç isə oliqarx olub, narıncı inqilab çərçivəsində siyasi mübarizənin iştirakçısı olub. Yəni o nəyin nə vaxt, nə səbəbdən və nə qədər olduğunu bilirdi. Bizim oxşar ümumi heç nəyimiz ola bilməz.
İlk növbədə ona görə ki, ondan fərqli olaraq mənim boynumda öz kapitallarımı qorumaq problemi olmayıb. Sadəcə olaraq, onlar məndə heç vaxt olmayıb. Yanukoviç Qərbin Rusiya istiqamətində irəliləyişinin geosiyasi kontekstində Ukraynanın əhəmiyyətini, xüsusilə onun bu istiqamətdə strateji meydan olduğunu lazımınca dəyərləndirmədi. Amma bu məqamı Rusiya çox yaxşı bilirdi. Aydındır ki, Ukraynanın həmin mənada Rusiya üçün itirilməsi onun gələcək mövcudluğu məsələdir. Qərb Rusiyanı heç vaxt rahat qoymayacaq, çünki bu ölkənin zəngin təbii potensialı perspektivdə onu bir nömrəli dövlətə çevirə bilər.
Bu vəziyyət prinsipcə, Ukrayna üçün böyük siyasi mərkəzlər olan Vaşinqtonla Moskva arasında balanslaşdırma aparmağı istisna edir. Son iyirmi ildə mərkəzlər arasında balanslaşdırılmış siyasət resursu artıq tükənib. Bu vəziyyət Vaşinqtonla Moskva arasında əlavə intriqa yaradacaq. Keçmiş postsovet məkanının təkamül inkişaf yolu böyük hesabla Qərbə sərf etmir. Axı o, altruizmdən heç vaxt əziyyət çəkməyib! Mənimlə Yanukoviç arasında xarici oxşarlıq barəsində belə deyərdim: – yaxşı ki, o meymuna oxşar varlıq yox, görkəmli bir kişidir.  Zahiri görünüşcə ona oxşamaq rüsvayçılıq deyil.
- Putin Rusiyasının Ukraynaya müdaxiləsinə bəraət qazandıranlara demək istədikləriniz varmı? Sizcə, Rusiya bu münaqişədə, faktiki olaraq dünya ilə üz-üzə qaldığı situasiyada nəyə nail olacaq? 
- Rusiya ilə vəziyyəti anlamaqdan ötrü gərək özün üçün aydınlaşdırasan ki, onun ünvanına (hər halda Putinin vaxtında) yönələn heç bir tələb və ittiham onu öz dövlətini müdafiə etməkdən, ərazi bütövlüyünü qorunmaqdan geri çəkilməyə məcbur edə bilməz. İndiki mərhələdə bu, aksiomadır. Ona görə də bu gün görünən tərəf odur ki, Qərbin Ukraynanı “narıncı” inqilab metodları ilə Avropa Birliyinə birləşdirmək cəhdi nəticəsində yaranmış böhran vaxt etibarı ilə tez, bəlkə də yanlış idi.
 Belə çıxır ki, Qərb özü Rusiyanı sərt addımlar atmağa vadar etmək üçün əlindən gələni edib. Bu vəziyyətdən çıxmaq çox çətin olacaq. Əlbəttə ki, silahlı münaqişə səviyyəsinə çatmasınadək bu məsələni siyasi meydanda həll etmək lazımdır. Ukraynada gedən proseslərə bizim siyasi “bomond”ların müxtəlif aspektlərdən olan baxışlarına gəldikdə isə onlara bir məsləhət verərdim. Onlar nəzərə almalıdırlar ki, bu gün Rusiya mövcuddur və onunla hesablaşmaq lazımdır. Yoxsa bizim üçün namünasib bir vaxtda səhv buraxmış olarıq. Bizim Qarabağ problemimizin olduğu bir vaxtda hələ ki bizdən uzaqda baş verən hadisələr haqqında fikir səsləndirdikdə ehtiyatlı olmalıyıq.

Mənimlə Yanukoviç arasında xarici oxşarlıq barəsində belə deyərdim: yaxşı ki, o meymuna oxşar varlıq yox, görkəmli bir kişidir”

- Bəzi ekspertlər bu proseslərin sonunda Rusiyanın dağılacağını güman edir. Uzun müddət Rusiyada yaşamış siyasətçi kimi bu dövlətin gələcəyini necə görürsünüz?
- Mən belə fikirlərlə razılaşmaq üçün heç bir əsas görmürəm. Bu gün biz Ukraynada baş vermiş hadisələrin Rusiyada necə böyük sıçrayışla vətənpərvərlik hisslərinin baş qaldırmasına təkan verdiyinin şahidiyik. Qərb çətin ki, bu cür reaksiyanı gözləyirdi. Əgər Maydanda Kiyev hadisələrini sürətləndirmək cəhdləri olmasaydı, onda bu gün Rusiya ilə qonşu regionlarda dinc əhalinin müdafiəsi üçün silah tətbiqi təhlükəsi barədə də danışmaq lazım gəlməzdi. Rusiyanın gələcəyinə gəldikdə, öz problemlərini həll etmək bacarığı onun bütün tarixi boyu təsdiqini tapıb. Çoxlu misallar da var. Vaxtlar olub ki, Rusiya həyatın uçurumuna yaxınlaşıb, amma hər dəfə də qamətini düzəldərək uğurlar əldə edib.
- Krım hadisələri Qarabağ münaqişəsinin həllinə necə təsir edəcək?
- Mən bu suala qətiyyətlə cavab verə bilmərəm. Amma Krım Muxtariyyəti ətrafında gedən proseslər, Ukraynada yeni muxtariyyətlərin formalaşması paradı narahatlıq yaratmaya bilməz. Ona görə də Rusiyanın opponentlərinin dəyirmanına su tökməyi məsləhət görməzdim. Bizim öz problemlərimiz var.
- Mart ayında həm də 1991-ci ildə SSRİ-nin saxlanmasını nəzərdə tutan saxta referendumun 23-cü ildönümü tamam olur. Həmin addımınıza bugünkü baxışınızı bilmək istərdik.

Qərb özü Rusiyanı sərt addımlar atmağa vadar etmək üçün əlindən gələni edib”

- Sizin dediyiniz referendumun nəticələrinin saxtalaşdırılması fikirləri ilə razılaşa bilmərəm. Bu barədə hər hansı bir yoxlamanı xatırlamıram. Bunun heç mənası da yox idi. Yalnız bir şeyi nəzərə almaq lazımdır ki, Ermənistan və Gürcüstan bu referendumdan imtina etdikləri halda biz bu məqamdan istifadə etmişdik. Biz bu addımla siyasi manevr etmiş olduq və Mixail Qorbaçovun minnətdarlığını qazanaraq ondan istifadə etdik. Biz Qorbaçovun diqqətini sadəcə olaraq ona cəlb etdik ki, Ermənistan rəhbərliyi onu indiki halda yeniləşmiş ittifaq dövlətinin prezidenti postunda görmür və bununla da referendumda iştirak etməkdən imtina edir. Nəticədə, Mixail Qorbaçov münaqişə bölgəsində qanunsuz birləşmələrin tərksilah edilməsi və pasport rejiminin yoxlanılması barədə özünün imzaladığı fərmanın yerinə yetirilməsi barədə tapşırıq verdi. Yeri gəlmişkən, bu qərar azərbaycanlılar yaşayan məntəqələrə də aid idi. Baxmayaraq ki, həmin vaxt onlarda heç bir silah yox idi. Çox illər keçməsinə baxmayaraq, mən bu gün də referendum haqqında verilən qərarı siyasi cəhətdən əsaslandırılmış və o dövrün ziddiyyətlərindən respublikamızın mənafeyi üçün istifadə edilməsində münasib bir variant hesab edirəm.
- Postsovet ölkələrində, həmçinin Azərbaycanda Ukraynadakı hadisələrin oxşarı baş verə bilərmi?
шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024