Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (25-02-2015, 15:26)
Xalq artisti: “Bu uşaqlar məhv olacaq“

“Mən yaşımı hiss etmirdim, amma bu ədalətsizlik məni qocaltdı. Dünənə kimi Elnur vardı, amma yada düşmürdü. Türkiyədə yer tutan kimi başladılar, nə başladılar”

 

Mediatv.AZ-ın məlumatına görə, bunu aznews.az-a müsahibəsində xalq artisti Mübariz Tağıyev deyib. 
- Bir müddət bundan öncə səhhətinizdə problem yaranmışdı. İndi özünüzü necə hiss edirsiniz?
- Səhhətim yaxşıdır. Hər şey qaydasındadır. Dəvətlər gəlir, sadəcə hər dəvət olunduğum məkana getmirəm. İndi yaşlı sənət adamları telekanallara ancaq ekspert kimi dəvət olunurlar. Bir də tok-şoulara. O da daha mənlik deyil. Tok-şoular, problemlər məni boğaza yığıb.
- “O Səs Türkiyə” yarışmasını izləyirdiniz?
- Hərdən.
- O müsabiqədə Azərbaycanı təbliğ edən Elnur Hüseynovun çıxışına baxırdınızmı?
- Mən estrada müğənnisi kimi Elnur Hüseynovun uğuruna sevindim. Bu uğur Azərbaycanın adı ilə bağlıdır. Azərbaycan estrada məktəbinə gələn müğənnilərin əksəriyyəti xanəndə məktəbinin nümayəndələridir. Yəni, kök muğamdan gəlir. Elnurun isə ilk addımı estrada aləmi ilə bağlı olub. Yəni, bunun da öz incəlikləri var. Bu, həqiqi mənada böyük uğur idi. Mən onun cəsarətinə sevindim. Çoxları bu addımı atmır. Əgər yaş imkan verirsə, başqa müsabiqələrə də getmək lazımdır. Niyə də getməyək? Bizim gənclərdə maraqlı xüsusiyyətlər yaranıb.
- Nə kimi?
- Biri deyir ki, mənim müəyyən uğurlarım olub, keçirilən müsabiqələrdə yer tutmalıydım, amma olmadı. Elnuru kim ora aparıb, bilmirəm. Amma bu, Azərbaycan estrada sənət dünyası üçün şad xəbər idi. 
- Tanınmış sənət adamları deyir ki, Elnur Hüseynov Azərbaycanda layiqli qiymətini ala bilmədi, ədalətsizliyə dözməyib Türkiyəyə üz tutdu...
- Bu, həmişə belə olub. Özü də tək Azərbaycanda deyil, bütün ölkələrdə. Mən indi adlar çəksəm, bir qədər düz olmaz. Burada çox tanınmış simalar var ki, onlar da ədalətsizliyə dözməyib Azərbaycanı tərk edib. Məsələn, biri Müslüm Maqomayevin özü. 
Müğənnilər, sənət adamları Azərbaycanda yenə var. Sadəcə olaraq, bu gün Azərbaycanda estrada musiqisi ikinci plana keçib. 
- Sizcə, buna səbəb nədir? 
- Düzünü deyim ki, bilmirəm. Bir az əvvəl telekanallarda müsabiqələr keçirilirdi. İndi onların arası kəsilib. Elnur kimiləri də həmin müsabiqələrdən tanındı. Mən istəyirəm ki, müsabiqələr dövlət səviyyəsində keçirilsin. SMS-lə olan müsabiqələr kimə lazımdır? Bu SMS məsələsi müsabiqəyə qatılan gəncin fikrini yayındırıb ayrı istiqamətə aparır. Yəni müsabiqələr SMS-siz olsa, görərsiniz ki, nə qədər istedadlı uşaqlar üzə çıxar. İstedadlı uşaqların maliyyə imkanı yoxdur, deyə onlar SMS qazana bilmədiyindən müsabiqəni tez tərk edir. “Eurovision” müsabiqəsinin seçim turunda da mən Azərbaycanda nə qədər istedadlı uşaqların olduğunu gördüm. Samirin (Cavadzadə - red) özü də çox talantlı uşaq idi. Bizim “Yeni ulduz”dan çıxan Azad vardı. 
Estrada opera aləmi deyil ki. Buraya üz tutanların güclü manevrləri olmalıdır. Bu da həqiqətdir ki, Azərbaycan estradasında manevrlər yoxdur. 
- Bəs bunu nə ilə əsaslandıra bilərsiniz?
- Məktəbsizliklə. Məktəbdən uzaq olanların irəli getməsi çətin məsələdir. Amma kimisə özünə müəllim seçən, onun etdiklərinin qismən də olsa bir hissəsini etməyə çalışan, inkişaf etmək üçün addımlar atan gənclər az da olsa irəli gedə bilirlər.
- Türkiyənin məşhur müğənnisi Özcan Dəniz “Sevimli təhlükəli” filminin təqdimat mərasimində bildirib ki, son 10 ildə Türkiyədə Elnur kimi səs yetişməyib.
- Mən səsdən danışmaq istəmirəm. Səs ikinci məsələdir. Əsas onun oxu tərzi, manevridir, öz səsinin boğaza tabe olmasıdır. Burada söhbət səsdən deyil, oxu tərzindən gedir. Estrada müğənnisi özünün oxu tərzi ilə digərlərindən fərqlənir. Məsələn, bir çox estrada ifaçıları vardı ki, sinədən birdən-birə fansetə keçirdi. Bu, Rəşid Behbudovda da var idi. Bunu ancaq başa düşənlər tuta bilirdi. “O Səs Türkiyə”də münsiflər heyəti estradaya nə qədər bağlıdır, bax onu bilmirəm. Çünki mən onların heç birini tanımıram.
- Necə edək ki, istedadlı gənclər Azərbaycandan getməsin?
- Fikir verin, bi müddət əvvəl müsabiqələr keçirildi, onların hər birindən istedadlı uşaqlar tanındı. Bəs hanı bu müsabiqələrdə iştirak edənlər? Başa düşürəm, qızlar ərə gedir, bəs oğlanlar hanı? Fərid vardı, indi yoxdur. Bu uşaqlar hardadır? Kimin bir balaca dəstəyi varsa, axarı ilə gedir, qalanlar haradadır? 
Bu uşaqlar efirlərdə, konsert proqramlarında olmalıdırlar. Yaxşı biz necə və nə cür edək? Mənim bir fikrim var, bilirəm ki, yüksək peşəkar estrada məktəbinin yaranma vaxtı artıq çatıb. Bu olmasa estrada sənətində böyük çətinliklər olacaq.
Gənclər bu gün bir istiqamətə meyl edib - pul qazanmaq, vəssalam. Ona görə də toylara üz tuturlar. Qınamaq da olmur. Çünki Azərbaycanda toydan başqa bazar yoxdur. Bu kimə lazımdır? Çox ifaçılar var ki, müraciət etdiyi mahnını oxuya bilmir. Hərəsi bir-iki toya gedir, özündən çıxır. Düşünürlər ki, birtəhər pul qazanıb bir mahnı alıb, klip çəkdirsin, təki toy bazarına daxil olsun.
Axırda o yerə gətirib çıxacaq ki, Azərbaycan estrada məktəbi tamamilə itəcək. Bu gün Azərbaycanda estrada demək olar ki, yoxdur.
Belə olan halda estrada teatrının yaranması mütləqdir. Səhnə, məkan olmalıdır. Tamaşaçılar üçün bir klub, bir yer olmalıdır. Bunlar konsertlərdə olub, iştirak edib tamaşaçı ilə təmasda olmalıdır. Yoxsa, bu sənətlə yanaşı onların ifaçıları da ölüb batacaqlar. Ustad dərsləri keçirilməlidir. Xoreoqrafiya mütləq olmalıdır. Zərb alətlərində ifa edən gənclərimiz yoxdur. Bilənlər də orta nəslin nümayəndələridir. Gitara ifaçıları yoxdur. Bisavad böyüyürlər, göbələk kimi gündə biri çıxır, savadları da ki, yox... Vokalçıların özünun də səhnə mədəniyyəti yoxdur. 
- Bu sadaladığınız imkanların olmadığını nəzərə alsaq, Azərbaycan estrada sənətinin özünü də itirə bilərikmi?
- Yüz faiz, bu qaçılmaz prosesdir. Estrada ilə bağlı qurum yaradılmalıdır. Yoxsa bu uşaqlar məhv olacaqlar. Məktəbsiz səhnəyə gələn ifaçı zirvəyə çıxa bilməz. Mən bunları tələb edəndə deyirlər ki, həmin dərslər İncəsənət Universitetində keçilir də... 
Bunlardan savayı İncəsənət Universitetində tədris olunan başqa sahələr də var. Təkcə budur bəyəm?
- Bununla bağlı sizin aidiyyəti qurumlara hansısa təklifləriniz olubmu?
- Bəli, təkliflər olub. Özü də çox. Amma gözlə ha gözlə. Mübariz Tağıyevin də saqqalı uzanıb, yaşlaşıb, nə qədər çığırsa da eşidən yoxdur. Ən dəhşətlisi isə odur ki, bəziləri düşündü ki, Mübariz Tağıyev bu teatrın açılmasını özü üçün istəyir. Özünə yer edir. Bu nə düşüncədir? Mübariz Tağıyevin bütün həyatı səhnədə keçib. Mən yaşımı hiss etmirdim, amma bu ədalətsizlik məni qocaltdı. İnsanın olanını onun üzünə deməyi xoşlamırıq. Birinin digərinə əl tutmasını da. Dünənə kimi Elnur vardı, amma yada düşmürdü. Türkiyədə yer tutan kimi başladılar, nə başladılar. Mənim fikirimcə, bütün istedadı olanlara önəm vermək lazımdır.
шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024