Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (18-02-2015, 11:14)
Elşad Miri: “Mən də ona sual verərdim ki, vicdan nədir?”

İlahiyyatçı Elşad Mirinin müsahibəsini təqdim edirik:

 

-Bu yaxınlarda aparıcı Tunay Əliyeva ilə müsahibəm oldu. O, söylədi ki, Allaha və dinlərə inanmır (red.-T.Əlyeva: Allah islamdan öncə ərəblərin çoxtanrılı bir dövründə Ay allahının adı olub. İslamdan sonra bütün tanrıları aradan qaldırıb, bir bu tanrını saxlayıblar. Əlbəttə, mən buna da inanmıram. Yenə deyirəm, mən vicdana inanıram).İlahiyyatçı kimi buna münasibətiniz necədir?
- Aparıcı qeyd edir ki, Allaha və dinlərə inanmır. Bu təbii ki, hər kəsin haqqı və öz hüququdur. Buna görə nə mənə, nə də başqasına cavab verməyəcək. Cavab verəcəyi olan onu doqquz ay ana bətnində bəsləyən, dünyaya gətirən və onu bu dünyadan yanına aparacaq olan Allahdır. Sonra belə davam edir ki, Allah islamdan öncə ərəblərin çoxtanrılı bir dövründə Ay Allahının adı olub. Bu da tam yalnış fikirdir, çünki ərəblərdə Ay tanrısı deyilən tanrı anlayışı olmayıb. Çox güman ki, o bunu, Misirdə Amon və ya Ra, ya da yunanlıların tanrıları ilə yaxud da yaponların Ay tanrısı ilə əlaqələndirir. Bu, ərəblərə məxsus anlayış deyil. Sonra isə müsahibəsində qeyd edir ki, islamdan sonra bütün Allahlar aradan qadırılıb, bir Allahı saxlayıblar. Xeyr, birinci bunu bilmək lazımdır ki, islamın yarandığı dövrdə insanlar Allahın nə olduğunu anlayırdılar. Deməli, onun bu sahədən ümumiyyətlə, bilgisi və anlayışı yoxdur.
Birinci növbədə bilmək lazımdır ki, ərəblərin özləri Allahı həmişə əsas tanrı olaraq qəbul ediblər. Amma özlərini günahkar hesab etdiklərinə görə, Allahla öz aralarında müxtəlif tanrıları əlavə ediblər. Allah sözü isə ərəb dilindən İlah, yəni Azərbaycan dilində tanrı sözünə müəyyənlik artiklı əlavə edilmiş formasıdır. Yəni, ingilis dilində artikl olduğu kimi ərəblərdə əlif-lam artiklı olur.
İslamın gəliş məqsədi insanla Allah arasında olan vasitələri aradan qaldırmaq olub. Sonra deyir ki, mən vicdana inanıram. Mən də ona sual verərdim ki,  vicdan nədir? Vicdanı idarə etdirən nədir?
-Son bir neçə ay ərzində tanınmış aparıcı və ekstrasens İlham Mirzəyevin, eləcə də öncəgörücülüklə məşğul olan və özünü “həzrət” adlandıran Sabirin dələduzluqda ittiham edilərək həbsə atılması hadisələrinin şahidi olduq. İnsanları Quranla fala baxıram, problemlərini həll edirəm, mistik qüvvələrin köməkliyi ilə şər qüvvələrdən təmizləməklə bəxtlərini, yollarını açacağını, vəd etməklə onları aldadıb xeyli miqdarda pul qazanırlar. Bu barədə nə düşünürsünüz? 
-Bu barədə düşüncəm odur ki, bunun əsas səbəbi cəhalətdən qaynaqlanır. İnsanlar bilməlidir ki, bu adamlar onların ciblərində nə qədər pulun olduğunu bilmədiyi halda, gözlərini onların ciblərinə dikmiş zavallı adamlardır. Sadəcə olaraq insanların problemləridən bəhrələnərək, ümumi sözlər deyərək,  gah özlərini dindar televizya kanalı kimi göstərən, gah da bu mistik adamları ortaya çıxarıb, onları bir növ reklam edən bəzi verilişlərin efirə getməsindən sonra insanları aldadıb, bu cürlərinin arxasınca getməsidir. Heç kimin zəmanət verə bilməz ki, bu gün ANS kanalında yayımlanan “Məchulu tapın”dakı falçılar da indi adını çəkdiyimiz İlham Mirzəyev və özünü “Həzrət” adlandıran Sabirin yerində olmayacaq. Bu məsələlər onunla əlaqədardır ki, onların yanına gedən insanlar asan yolla çox qısa vaxt ərzində problemlərin həll ediləcəyinə ümid edirlər. Bu mistik insanlar da həmin insanların ümidlərindən istifadə edib, öz ciblərini doldurmaqla məşğul olurlar və bunun nəticəsində bəzi problemlər meydana gəlir. Tək bizim vətənimizdə deyil, dünyanın hər yerində bu cür şarlatanlara rast gəlmək mümkündür.
-Niyə hər dəfə ilahiyatçılarla ekstrasenslər arazında ziddiyətli fikirlər yaranır?
-Əfsuslar olsun ki, Azərbaycanda əvvələr axund, molla adı ilə tanınan insanları bu gün ilahiyatçı olaraq sıramağa çalısırlar. Bu baxımdan bəzi kanalların fəaliyyəti danılmazdır. İlahiyatçı ilahi elmlərlə, dini elmlərlə məşğul olan və bu məsələyə din xadimi olaraq deyil, elm adamı olaraq yananşan insandır. Axund isə din xadimidir. İslamda isə din xadimi anlayışı yoxdur.
Ekstrasenslər isə insanların hislərindən istifadə edərək ortaya çıxan, insanların hislərini fərqli şəkildə pula, qazanca çevirən fırıldaqçı insanlardır. Ümumiyyətlə, onların həyat tərzlərində də ziddiyətlər var. Çünki ekstrasenslik elm deyil, fırıldaqçılıqdır. Bunun müxtəlif adları var. Məsələn, cin çıxardan, cadu açan, cadügər, falçı və s. Bunlar istəyirlər ki, fərqli adlarla gündəmdə qalsınlar və yaxud özlərinə qazanc güdsünlər.
-Bəzi insanların toya getməməsi, musiqi dinləməyin haram  olması, əyləncə məclislərində iştirak etməyin günah olması və bu kimi fikirləri nə dərəcdə düzgündür?
-Bu, hər kəsin özünün həmin mövzuya yanaşması ilə bağlı olan məsələdir. Bəziləri musiqi səsinin başına düşdüyünə görə getmir, bəziləri qida məsələsinə görə getmir, bəziləri pulunu göndərməklə kifayətlənir. Yəni, bu hər kəsin şəxsi məsələsidir. Təbii ki, burada din faktor da var. Məsələn, biri var gedib hansısa toyda bəhrələnəsiniz, düzgün istifadə edəsiniz, biri də var ki,  gedib bütün bədəninizi fizoloji olaraq bir neçə saatın içində məhv edəsiniz. Ona görə də bundan çəkinən insanlar var,  bu da hər kəsin haqqıdır.
 
-Son zamanlar vətəndaş nikahı, imam nikahı, dini nikah kimi kəlmələr tez-tez işlədilir. Bəs, islamda nikah anlayışı nədir?
-Bu məsələ cox geniş bir müsahibənin mövzusudur. Birincisi, islamda nikah sözü yox əqd keçir. Əqd nədir? Əqd -müqavilə deməkdir. Məsələn, bu gün imam nikahı, dini kəbin ifadəsi işlədilir. Dinimizdə belə ifadələr yoxdur. Düzdür buna, bu gün etiraz edənlər də olacaq. Amma heç kim nə “Quran”dan, nə də peyğəmbərimizdən  bunla bağlı mənə sübut gətirə bilməz. İslamda bunun adına əqd deyirlər. Azərbaycan qanunlarında da, hüquqda da əqd sözü işlədilir. Əqd olduqda,  hər iki tərəfin razılığı tələb olunur. İslamda bu gün tələb olunan nədir? Qızın və oğlanın razılığı, bundan başqa qız tərəfi ilə oğlan tərəfinin şahidləri, valideynlərin razılığı, qadına verilən mülkiyyət haqqı (mehr), bundan sonra həmin izdivacın elanı gəlir. İslamda əsas olan bunlardır. Qalanları əlavələrdir.
шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024