Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Slayd (18-02-2015, 10:39)
Ziyanvericilərlə mübarizə üçün çevik qərargahlar yaradılıb - MÜSAHİBƏ

Camal Quliyev: «Mübarizə tədbirləri və monitorinqlər davamlı olacaq”


Son zamanlar əkin sahələrində ziyanvericilərin çoxaldığı, bu səbəbdən mövsümün sonunda məhsul qıtlığının yaranacağı barədə məlumatlar yayılır. Bu isə ziyanvericiləçrə qarşı aparılan mübarizə tədbirlərinin lazımi effekti verməməsi, Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) öz işini səmərəli qurmaması ilə əlaqələndirilir.

DFNX-nin rəisi Camal Quliyev «Həftə içi»nə müsahibəsində bu məsələlərdən danışıb:

- Biz xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı nəzərdə tutulan mübarizə tədbirlərini səmərəli təşkil etmək və bu sahədə mövcud olan problemləri operativ həll etmək üçün ölkənin bütün bölgələrini əhatə edən çevik qərargahlar yaratmışıq və bitki mühafizə tədbirlərinin gücləndirilməsi üçün maşın-mexanizmləri işlək vəziyyətə gətirimişik. Bunun nəticəsidir ki, təkcə ötən il siçanabənzər gəmiricilərə qarşı 1 milyon 427 min 400 hektar sahədə yoxlama aparılıb. 453 min 200 hektar sahədə yoluxma qeydə alınıb. 45 min 345 hektar sahədə ziyanvericinin sayı həddən artıq çox olduğu üçün kimyəvi mübarizə aparılıb. Çəyirtkəkimilərə qarşı 1 milyon 740 min 430 hektar sahədə yoxlama aparılıb, 786 min 849 hektar sahədə yoluxma qeydə alınıb və 55 min 144 ha sahədə mübarizə tədbirləri aparılıb. Amerika ağ kəpənəyinə qarşı yoxlama aparılan 56 min 215 hektar sahədən 3828 hektarında yoluxma qeydə alınıb və 1178 hektarda mübarizə tədbirləri aparılıb. Taxıl böcəyinə qarşı 239 min 310 hektar sahədə yoxlama aparılıb. 37 min 651 hektarda yoluxma qeyd edilib. 28 min 213 hektar sahədə mübarizə tədbirləri aparılıb. Kolorada kartof böcəyinə qarşı yoxlama aparılmış 76 min 554 hektar sahənin 35 min 548 hektarında yoluxma qeydə alınıb və 44 min 396 hektarda mübarizə tədbirləri həyata keçirilib. Katof əkinlərində kartof güvəsinə qarşı 39 min 363 hektar sahədə yoxlama aparılıb. 11 min 521 hektarda yoluxma qeydə alınıb, 18 min 25 hektarda mübarizə tədbirləri həyata keçirilib. Analoji tədbirlər bu il də davam etdiriləcək.


- Adətən meyvə qıtlığı ziyanvericilərin çoxluğu ilə əlaqələndirilir. Bu istiqamətdə hansı tədbirlər görülüb?
- Biz bu məsələni də daim diqqətdə saxlayırıq. Ona görə də ötən il meyvə bağlarında karantin zərərvericilərinə qarşı 98 min 523 hektar sahədə müşahidə aparılıb. 16 min 748 hektar sahədə yoluxma qeydə alınıb. 11 min 139 hektar sahədə mübarizə tədbirləri həyata keçirilib. Bundan əlavə, üzüm sahələrində 86 min 882 hektar sahədə yoxlama müşahidə işləri aparılıb. 16 hektar sahədə filloksera ilə yoluxma qeydə alınıb və mübarizə tədbirləri yerinə yetirilib. Məhz görülən tədbirlərin nəticəsidir ki, karantin zərərvericilərinin meyvə və üzüm bağlarına ziyan vurmasının qarşısı alınıb.

- Uzun illərdir Azərbaycanda məhsuldarlığın azalmasında alaq otları mühüm rol oynayır. Həmin otlara qarşı hansı mübarizə üsullarından istifadə edilir? 
- Haqlısınız. Biz sözügedən otlara qarşı həmişə mübarizə aparırıq. Təkcə ötən il əkinlərin alaq otları ilə sirayətlənmə dərəcəsini müəyyənləşdirmək məqsədilə yovşanyarpaqlı ambroziya, sarı sarmaşıq, sürünən kəkrə və tikanlı quşüzümünə qarşı 621 min 132 hektar sahədə yoxlama aparılıb. 366 min 701 hektar sahədə yoluxma müəyyənləşdirilib. 224 min 146 hektar aqrotexniki, mexaniki və kimyəvi üsulla mübarizə aparılıb. Əlavə edim ki, ölkə ərazisində tikanlı quşüzümünün yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi üzrə milli proqramın həyata keçirilməsi nəticəsində yaxın illərdə alaq otunun kökünün tamamilə kəsilməsi nəzərdə tutulub.

- Bəzi iddialara görə, mübarizə tədbirlərinin aparılmaması və monitorinqlərin keçirilməməsi üzündən bazarlarda satılan məhsullarda müxtəlif ziyanveriilər «məskunlaşıb» və onlar qida zəhərlənməsi yaradırlar… 
- Bizim xidmət ölkədə istehsal olunan və əhalinin gündəlik istehlakı üçün lazım olan bitki və bitkiçilik məhsullarının keyfıyyətinə nəzarəti artırıb. Bölgələrdə istehsal və tədarük olunan məhsulların keyfıyyət göstəriciləri, xüsusilə də onların tərkibində nitrat və nitrit birləşmələrinin miqdarı yoxlanılaraq nəzarətdə saxlanılır. DFNX-in Respublika Nəzarət-toksikologiya laboratoriyasında respublikaya gətirilən pestisidlərin 1324, aqrokimyəvi maddələrin isə 7612 halda keyfiyyət göstəriciləri, kənd təsərrüfatı məhsullarının 4155 nümunəsində pestisidlərin, 3364 nümunədə nitrat və nitrit qalıqlarının, 287 nümunədə mikotoksinin və 23 nümunədə isə ağır metalların miqdarı təyin edilib. Sözügedən laboratoriya mütəmadi olaraq kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında bitki və bitkiçilik məhsullarının keyfıyyət göstəricilərinə nəzarət edib. Kənd təsərrüfatı məhsullarından nümunələr götürülərək analiz olunub. Tərkibində pestisidlərin, nitrat və nitritlərin qalıq miqdarı yol verilən normadan artıq olan məhsullar dövriyyədən çıxanlıb. Ötən il ölkədə istehsal edilmiş və xaricdən idxal olunmuş bitki və bitkiçilik məhsullarından götürülmüş 30 min 810 nümunə əsasında 84 min 63 ekspertiza aparılıb və 10 min 689 ekspertiza protokolu tərtib olunub. Fitosanitar sabitliyə nəzarəti gücləndirmək məqsədilə rayon və rayonlararası bitkilərin karantini məntəqələri tərəfindən idxal olunan 3 milyon 237 min 349 ton, ixrac olunan 435 min 176 ton bitkiçilik məhsullarına fitosanitar karantin baxışı keçirilib və karantin zərərli orqanizmlərlə sirayətlənmiş yüklərin ölkə ərazisinə daxil olmasının qarşısı alınıb. Bunlardan əlavə, DFNX-nin əməkdaşları tərəfindən bölgələrdə pestisid satışı ilə məşğul olan mağazalarda vaxtaşırı monitorinqlər keçirilir, mütəmadi olaraq toksikoloji analizlərin aparılması məqsədilə nümunələr götürülür və keyfiyyətsiz, standartlara cavab verməyən preparatların satışı dayandırılır və dövriyyədən çıxarılır. Qeydiyyatdan keçməyən və qeyri-qanuni olaraq pestisid istehsalı ilə məşğul olan «Fuad-kimya servis» MMC və regionlarda pestisidlərin satışı ilə məşğul olan 11 fiziki şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati qaydada cərimə edilib. Bir sözlə, mübarizə tədbirləri və monitorinqlər davamlı olacaq.

Təbriz Vəfalı,

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024