Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (17-02-2015, 13:42)
Sülhəddin Əkbər: «Rusiya Azərbaycana girəcək» - Müsahibə

Sülhəddin Əkbər: «Rusiya Azərbaycana girəcək» - Müsahibə.

«Rusiyanın Baş Qərargahında da bu hərbi planlar hazırdır»

 

 
«Rusiyanın rezervləri ilə  ABŞ-ın, Avropa Birliyinin, dünyadakı mütəffiqləri ilə  birgə rezervini müqayisə etməyə dəyməz»
Azad Demokratlar Partiyasının  sədri Sülhəddin Əkbər: ««Soyuq savaş» dönəmində SSRİ-yə tətbiq olunan mübarizə üsulu bu gün Rusiyaya tətbiq olunur»
2015-ci il Azərbaycan üçün çox önəmli və böyük sınaq ili olacaq. Bakıda keçiriləcək ilk Avropa Olimpiya oyunlarının həmən ardından ölkə parlament seçkilərinə gedəcək və bu da təbii ki, ölkədə siyasi aktuallığın kəskin şəkildə artması ilə müşaiyət olunacaq. Əgər hazırda dünyada ciddi geosiyasi gərginliyin yaşanmasını da nəzərə alsaq, doğurdan bu il Azərbaycan üçün ciddi sınaq ili olacaq.
Mediatv.AZ bu və digər məsələlərlə bağlı Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin müsahibəsinin ikinci hissəsini öz oxucularının diqqətinə cəlb edir.
«ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasının əsas istiqamətlərindən biri də Rusiyanın durdurulmasıdır»
- Məlumdur ki, son zamanlar neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ilə əlaqədar olaraq Azərbyacan iqtisadiyyatında problemlər yaranır. Bunu Azərbaycan prezidenti də öz çıxışlarında deyib. Sizcə, neftin qiymətinin aşağı düşməsi siyasi hesablara görə süni şəkildə aşağı salınır, yoxsa bu təbii şəkildə baş verir?
- Burada həm geosiyasi, həm də iqtisadi faktorlar var. Geosiyasi faktor əsasən Rusiya ilə bağlıdır. Yəni Rusiyanın yeni dünya düzəninə qarşı çıxması ABŞ olaraq Qərbin Rusiyaya yönəlik siyasətini dəyişməyə məcbur etdi. Bildiyiniz kimi, fevralın 6-da ABŞ yeni milli təhlükəsizlik strategiyasını açıqladı və həmin strategiyanın əsas istiqamətlərindən biri də Rusiyanın durdurulmasıdır. Yəni ABŞ artıq Rusiyanın durdurulmasının strategiyasını açıq şəkildə bəyan etdi. Düşünürəm ki, bir tərəfdən Rusiyanın özünün də böyük səhvi ucbatından, yəni Ukraynada müharibəyə cəlb olunması nəticəsində büdcə xərclərini artırması, digər tərəfdən Rusiyaya qarşı tətbiq olunan sanksiyalar, neftin qiymətinin aşağı düşməsi geosiyasi inkişafla bağlıdır. 
Digər tərəfdən isə burada iqtisadi amillərdə var. ABŞ keçən ilin iyul ayında artıq xaricə neft ixracı haqda konqres qərarı verdi. Halbuki 70-ci illərdən Amerika neftinin xaricə ixracı qadağan olunmuşdu. Ancaq qısa müddət içində Amerika bu gün dünyanın bir nömrəli neft istehsalçılarından birinə çevrilib. Hətta Rusiyanı keçib və burada neft bazarı uğrunda da ciddi savaş gedir. Eyni zamanda ABŞ-ın yaxın mütəffiqləri, Səudiyyə Ərəbistanı və digər körfəz ölkələri  də neft bazarı uğrunda  savaşırlar. Yaxın Şərqdə neft çox ucuz başa gəlir və neftin qiyməti belə desək, 25 dollar olsa belə, bu Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Küveyt üçün böyük gəlir gətirən sahədir. Ancaq bu qiymət Rusiya üçün faydalı olmur. Çünki maya dəyəri Rusiyada yüksəkdir. Ona görə də neftin qiymətinin aşağı salınmasında həm də iqtisadi maraq və enerji bazarı uğrunda mübarizə var. 
Eyni zamanda ABŞ maraqlıdır ki, Rusiyanı həm qaz, həmdə neft sahəsində Avropa enerji bazarından sıxışdırıb çıxarsın. Avropada ABŞ-ın xüsusi regional enerji təhlükəsizliyi sahəsində marağı var. Yəni, «soyuq savaş» dönəmində SSRİ-yə tətbiq olunan mübarizə üsulu bu gün Rusiyaya tətbiq olunur.  SSRİ-nidə 79-cu ildə Əfqanıstanda müharibəyə çəkdilər. Təbii ki, bu da Siyasi Büronun böyük ciddi səhvi idi və elə həmin ərəfədə dünya bazarında neftin qiymətini kəskin şəkildə endirdilər. 
«Rusiyanın çökdürülməsi geosiyasi planda Azərbaycanın xarici siyasi vektoruna birbaşa təsir edəcək»
 

Bu çox sadə sxemdir. Bir tərəfdən büdcə xərcləri artırılır, digər tərəfdən gəlirlər kəskin azaldılır. İndi həmin sxem Rusiyaya tətbiq olunur və çox ciddi effekt verməyə başlayıb. Bu günlərdə Rusiyanın maliyyə naziri açıqlamasında bildirdi ki, 2015-ci ildə Rusiya 355 milyard itirəcək. Bunun üzərinə Rusiyadan kapital axınını, investisiya qoyulmamasını, reytinq şirkətlərinin Rusiyanın reytinqini minusa endirməsini gətirsək, Rusiya yaxın aylarda maliyyə-iqtisadi cəhətdən daha dərin böhrana gedəcək və bu maliyyə-iqtisadi böhran istər, istəməz sosial-iqtisadi böhrana gətirib çıxaracaq. Bu isə ictimai-siyasi etirazlara səbəb olacaq. 
Yəni Rusiyanın çökdürülməsi geosiyasi planda Azərbaycanın xarici siyasi vektoruna birbaşa təsir edəcək. Çünki indiki halda Azərbaycan postsovet məkanında yaranmış bu vəziyyətdə Rusiyadan çox ciddi şəkildə çəkinir. Ona görə də Rusiyaya doğru  reveranslar edir və əksinə Qərbə qarşı kampanya aparır. Bu bir növ özünəməxsus şəkildə Rusiyanı sakitləşdirmək siyasətidir. Çünki Azərbaycanın bugünkü geosiyasi qarşıdurma xətti GUAM-dan keçir. Baxın, Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova. Azərbaycan da GUAM-ın üzvüdür. Eyni zamanda Şərq Tərəfdaşlığının üzvüdür. Bir tərəfdən Avropa Birliyinin assosativ saziş və azad ticarət zonası yaratması, digər tərəfdən Rusiyanın Avrasiya İqtisadi Birliyini yaratması və eyni zamanda postsovet ölkələrinin seçim etməsində Azərbaycan yeganə MDB ölkəsidir ki, seçimini etməyib. GUAM-ın 4 üzvü var. Hər üçü Moldova, Ukrayna, Gürcüstan Avropa Birliyi ilə assosativ saziş imzalayıb. Azərbaycan isə imzalamayıb. Şərq Tərəfdaşlığının 6 üzvü var. İkisi Belarus və Ermənistan Avrasiya İttifaqına daxil olublar, üçü Avropa ilə saziş imzalayıb amma Azərbaycan seçim etməyib. Ona görə də hər iki tərəfdən Azərbaycanın seçim etməsi üçün təzyiqlər var. Tərəflərdən birinin çökəcəyi halda şübhəsiz ki, Azərbaycan o biri tərəfə yenidən yaxınlaşacaq.
 
«İndiki halda Azərbaycan postsovet məkanında yaranmış bu vəziyyətdə Rusiyadan çox ciddi şəkildə çəkinir»
 

- Belə demək olarmı, Azərbaycan gözləmə strategiyasını seçib?
-Bəli. Azərbaycan gözləyir ki, tərəflərdən biri sıradan çıxsın və böyük ehtimalla sıradan çıxan tərəf Rusiya olacaq. Çünki Rusiyanın rezervləri ilə  ABŞ-ın, Avropa Birliyinin, dünyadakı mütəffiqləri ilə  birgə rezervini müqayisə etməyə dəyməz. Onu demək kifayətdir ki, təkcə ABŞ-ın hərbi büdcəsi 685 milyard nəzərdə tutulub. Mən hələ bura gizli xərcləri əlavə etmirəm. Bu baxımdan Rusiyanın uzun müddət davam gətirməsi mümkün deyil. 
ABŞ və Qərbin Rusiyaya yönəlik Ukrayna strategiyasına diqqət etsək, burada tükəndirmə strategiyası var. Yəni hərbi münaqişəni aşağı intensivlikdə saxlamaq istəyir və zamanı uzadırlar. Çünki bilirlər ki, tükəndirmə strategiyasında resursları böyük olan tərəf qalib gəlir. Zəif olan tərəfin bir müddətdən sonra resursları tükənməyə başlayır. Ya təslim olub geri çəkilir, yada təslim olub geri çəkilmədiyi halda əzilir. Buna görə də tükəndirmə strategiyası  artıq nəticə verməyə başlayıb və yayda biz bunu açıq şəkildə görəcəyik. Azərbaycan hakimiyyəti də bu prosesləri yaxından izləyir və düşünürəm ki, yaxın aylarda Azərbaycan hakimiyyəti yenidən neytral vəziyyətə qayıdacaq. Konfiliktin başlanğıcında Rusiya güclü göründüyü vaxtlarda təbii ki, Azərbaycan Rusiyadan çəkinirdi və Rusiyaya doğru çox yaxınlaşdı. İndi isə tədricən neytral pozisiya mövqeyi gələcək və daha sonra əks qütbə yaxınlaşacaq. 
«Tükəndirmə strategiyasında resursları böyük olan tərəf qalib gəlir»
- Rusiya ilə ABŞ, ümumilikdə isə Qərb arasında geosiyasi qarşıdurmanın sonuclarını necə görürsünüz? Yəni 10 ildən sonra dünyanın siyasi, iqtisadi və geosiyasi mənzərəsi necə görünə bilər?
-Bu istiqamətdə proqnoz vermək çox çətindir. Çünki əllərində çox böyük kəşfiyyat materialları olan xüsusi xidmət orqanları, analitik mərkəzlər belə geosiyasi proqnozlarda səhv edə bilirlər. Amma başlıca istimaqətlə baxsaq, soyuq müharibə bitdikdən sonra Rusiyanın bloku dağılacaq. Əvvəl SSRİ, Sosialist ölkələri bloku, Qarşılıqlı İqtisadi yardım şurası, sosialist oriyentasiyalı Üçüncü Dünya ölkələri var idi. İndi isə hamısı dağılıb, sosialist oriyentasiyalı Üçüncü Dünya ölkələri sistemi də artıq yoxdur və Rusiyanın indiki halda resuslarını təbii ki, SSRİ ilə müqayisə etmək də mümkün deyil. Çünki müqayisədə çox zəifdir. Ona görə də yaxın zamanda Rusiyanın zəifləyəcəyinin şahidi olacağıq. Rusiya öncə maliyyə-iqtisadi cəhətdən zəifləyəcək ki, bu da sosial-iqtisadi sferaya mənfi təsir göstərəcək. Rusiyada keçirilən son sorğularda artıq Rusiya əhalisinin 49%-i maddi vəziyyətlərinin  pisləşdiyini, 51% isə  artıq gündəlik ərzaq məhsullarına xərclədikləri pulları azaltdıqlarını qeyd edirlər. Yəni artıq Rusiya əhalisinin yarısı öz həyatlarında bunu hiss edir və bir neçə aydan sonra demək olar ki, Rusiya əhalisinin hamısı bunu hiss edəcək. Hətta böyük milyardları olanlar belə bundan qaça bilməyəcək. Çünki Putinin ətrafında olan oliqarxlar belə bugünkü hesablamalara görə, varidatlarının 60%-ni itiriblər. Bu isə milyardlarla pul deməkdir. Yəni Rusiyada bir tərəfdən sosial gərginlik artacaq, digər tərəfdən oliqarxların narazılığı artacaq. Putinin apardığı bu təhlükəli avanturist siyasəti elitada daxil olmaqla, bütün Rusiya cəmiyyəti hansı səviyyədə zərərli olduğunu açıq görünəcək. 
Düşünürəm ki, Rusiya oliqarxları ilə artıq rus cəmiyyəti arasında bir yaxınlaşma başlayacaq və burada orta sinif bağlayıcı rol oynaya bilər və yaydan başlayaraq Rusiyada kütləvi çıxışların şahidi olacağıq. Bu isə istər-istəməz Rusiyanın 200 milyardlıq rezervinin yaya qədər tükənəcəyini göstərir. Bu rezerv tükənəndən sonra daxildə oliqarxlarla orta sinifin Putinə qarşı  ictimai konsensus yarandıqdan sonra Putin geri çəkilmək zorunda qalacaq. 
«Saray çevirilişi də ola bilər, Putinə qarşı qəsd də ola bilər, kütləvi xalq etirazları nəticəsində Putin istefa etmək zorunda da qala bilər»
 

Fikrimcə, bu da Rusiyada ictimai-siyasi vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq. Bundan sonra hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini söyləmək çox çətindir. Saray çevirilişi də ola bilər, Putinə qarşı qəsd də ola bilər, kütləvi xalq etirazları nəticəsində Putin istefa etmək zorunda da qala bilər və yaxud da Yeltsinin hakimiyyəti Putinə ötürdüyü kimi Putində yaxın çevrəsinin təzyiqləri nəticəsində hakimiyyəti kiməsə ötürə bilər. İndidən bu variantların hansının olacağını demək çox çətindir. Hətta ola bilər ki, Putinin dirənişi 1-2 ilə qədər uzana bilsin. Amma düşünürəm ki, sonucda Putin geri çəkilərək öz hakimiyyətini qorumaq istəyirsə, bu qərarı tez verməlidir. Qərblə yenidən anlaşmaya gedib, öz siyasi hakimiyyətini uzada bilər. 
Ancaq bu mənə çətin görünür. Çünki Putin qırmızı xətti artıq keçib. Nəzəri cəhətdən, yuxarıda qeyd etdiyim variantlardan birində Putin hakimiyyətdən getməyə məcbur olacaq və Rusiyada rejim dəyişəcək. O zaman artıq Azərbaycan daxil olmaqla, digər postsovet ölkələrində də yeni demokratikləşmə dalğası başlayacaq və yaxın 10 ildə Azərbaycan demokratikləşən ölkələr sırasında görünə biləcək. Hətta Mərkəzi Asiyada bu proses tam başa çatmasa da keçmiş SSRİ-nin Avropa hissəsinin demokratikləşdiyinin şahidi olacağıq. Geosiyasi proqnoz vermək çox çətindir, amma trend azadlıq və demokratiyanın genişlənməsi istiqamətində olacaq. 
 
«Əgər 8 avqust 2008-ci ildə Putin Gürcüstana hərbi təcavüz edərkən durdurulsaydı, bu gün Ukrayna hadisəsi baş verməzdi»
 

-Bu yaxında “Forbes” jurnalı belə bir məlumat yaydı ki, Qərblə Rusiya arasında gərginlik müharibə həddinə gəlib çatdığı halda Bakını işğal edəcək. Bu iddia nə dərəcədə doğrudur? Ümumiyyətlə Qərb-Rusiya qarşıdurmasında Azərbaycan öz bitərəfliyini nə qədər qoruyub saxlaya bilər?
-Təbii ki, bu bir proqnozdur. Orada nəzərdə tutulur ki, əgər Putin Ukraynada qalib gələrsə, artıq Baltikyanı ölkələrə, daha sonra Şərqi və Qərbi Avropadan sonra Qafqaza, Azərbaycana hücum edəcək. Əgər 8 avqust 2008-ci ildə Putin Gürcüstana hərbi təcavüz edərkən durdurulsaydı, bu gün Ukrayna hadisəsi baş verməzdi. Bu gün Ukraynada Putin durdurulmasa, Rusiya Baltikyanı ölkələrə də, Moldovaya da saldıra bilər. Cənubi Qafqaza saldırmaq da asanlaşar. Əgər İran ətrafında nüvə proqramı danışıq yoluyla həll olunmazsa və hərbi müdaxilə olarsa,  Rusiyanın Azərbaycana müdaxiləsi ehtimalı artacaq. Rusiya İranda gedən proseslərə müdaxilə edə bilmək üçün Azərbaycana girəcək. Rusiyanın baş qərargahında da bu hərbi planlar hazırdır. 
Eyni zamanda Avropa Birliyi Rusiyanın bu hərbi planlarının qarşısını almaq iqtidarında olmasa da, Amerikanı nəzərə almalıyıq. Düşünürəm ki, ABŞ artıq dövriyyəyə girəcək. Əgər Minskdə imzalanan anlaşmaya əməl olunmazsa, ABŞ Ukraynaya silah verməyə razılıq verəcək. Minskdə əldə olunan razılaşmanın isə uzun müddətli olacağını düşünmürəm. Çünki sentyabr ayında da analoji anlaşma var idi amma əməl olunmadı. İnanmamağımın səbəbi odur ki, bu konfiliktdə nə Rusiya, nə Qərb, nə də NATO strateji hədəfinə çatmayıb. Rusiyanın hədəfi Ukraynanın federallaşması, Ukraynanın bitərəf ölkə olaraq qalması yəni NATO-ya üzv olmaması və eyni zamanda rus dilinin ikinci rəsmi dil olaraq qəbul edilməsidir. Lakin bunların heç birinə nail olmayıb. Ona görə də Rusiya durmayacaq. 
Həmçinin ABŞ da hədəflərinə nail ola bilməyib. Buna baxmayaraq Ukrayna hələlik müstəqil, suveren dövlət deyil və öz xarici siyasət qərarlarını da qəbul edə bilmir. Ona görə də ABŞ-da öz strateji məqsədlərinə nail ola bilməyib. ABŞ-ın əsas məqsədi nəinki Rusiyanı Ukraynadan çıxartmaq,  eyni zamanda bütün postsovet məkanını yerində oturtmaqdır. 
Çox uzun bir yolumuz var və ona görə də ABŞ da öz strateji hədəfinə çatmadığına görə durmayacaq. Hətta Obama istəməsə belə, konqresdə Ukraynaya öldürücü letal silah verilməsi haqıında qanun layihəsi gündəmdədir. Və burada həm respublikaçılar, həm də demokratlar arasında bir uzlaşma var. Bu qanun qəbul olunandan sonra Obama məcburdur ki, bu qanuna əməl etsin. Ukraynaya silah verilməsi zaman məsələsidir. Eyni zamanda mart ayında bir batalyon Amerika hərbiçisi Ukraynaya gəlir və Ukrayna ordusunu hazırlamağa başlayacaq. Ukryanadakı daxili vəziyyəti də nəzərə alaq, atəşkəsin müvəqqəti olacağını düşünürəm. Bu konfilikt tərəflərdən birinin sıradan çıxarılmasına qədər davam edəcək.
«Azərbaycan sadəcə Rusiyanı sakitləşdirmək üçün sözdə anti-Qərb siyasəti aparır»
 

Azərbaycanın tərəfsizliyinə gəlincə, Azərbaycan onsuzda hərbi konfiliktə bu və ya digər şəkildə müdaxilə etmir. Çünki belə bir imkanı da yoxdur. Yəni hərbi sferada nə Ukraynaya, nə də Rusiyaya yardım göstərmir. Hərbi neytrallığını qoruyur. Siyasi diplomatik sahədə isə Ukraynanın müstəqilliyini və ərazi bütövlüyünü tanıyır. Çünki özü də analoji vəziyyətdədir və bilir ki, konfiliktin arxasında Rusiya durur. Sadəcə Rusiyanı sakitləşdirmək üçün sözdə anti-Qərb siyasəti aparır. Düşünür ki, bu anti-Qərb siyasəti qarşıdan gələn seçkilərdə lazım olacaq. 
Azərbaycanda indiki iqtidarın dönəmindəki seçki siyasətinə baxsaq görərik ki, seçki qabağı həmişə Qərblə süni konfilikt yaradılır. Qərbdən məsafəli siyasət yürüdürlər ki, seçkiyə müdaxilə imkanları minumuma ensin. Seçkidən sonra isə tam əksinə Qərblə yaxınlaşmaq siyasəti aparılır. Rəsmi Bakı indi də bu siyasəti aparmaq istəyir. Lakin indi geosiyasi şərtlər fərqli olduğuna görə ola bilsin ki, seçkiyə doğru Azərbaycan Qərblə, ABŞ-la münasibətləri xüsusəndə yay aylarından başlayaraq yumşaltmağa məcbur olsun. 
«Azərbaycan geosiyasi qarşıdurma xətti üzərindədir və eyni zamanda konfilikt zonasındadır»
 

-Minskdə əldə olunan razılaşma Ukraynada sülhü təmin edə bilməsə bu münaqişənin Azərbaycana iqtisadi, siyasi, hərbi baxımdan təsiri necə ola bilər?
- Rusiyanın çökməsi prespektivindən məsələyə yanaşsaq, uzun müddətli prespektivdə Azərbaycana müsbət təsir göstərəcək. Yaxın prespektivdə və konfilikt uzanarsa orta prespektivdə Azərbaycana mənfi təsir göstərəcək. Çünki Azərbaycan geosiyasi qarşıdurma xətti üzərindədir və eyni zamanda konfilikt zonasındadır. Geosiyasi qarşıdurma şiddətləndikcə geosiyasi sınma xəttində də Moldovadan tutmuş Azərbaycana qədər vəziyyət gərginləşəcək. Necə ki, artıq gərginləşib. Biz cəbhə xəttində bunun şahidiyik. Yəni zaman etibarilə Azərbaycan gərginlik zolağına girib, amma eyni zamanda aydınlaşma zolağına girib. Strateji prespektivdə Azərbaycanı işıqlı gələcək gözləyir. 
-Minskdə əldə olunan razılaşmanın Ukraynada sülhü təmin edə biləcəyi halda həmin mexanizm Qarabağ münaqişəsinin həlli üçün nə qədər effektli ola bilər? Faktiki olaraq, 20 illik atəşkəs rejimi var. Yəni bölgənin silahsızlaşdırılması və Azərbaycan qanunları ilə seçkilərin keçirilməsi üçün Qərb və Rusiya siyasi iradə nümayiş etdirə bilərlərmi?
-Azərbaycanın 1994-cü ildə mayında Ermənistanla imzaladığı atəşkəs haqqında saziş Ukraynadakı sazişdən daha effektiv işləyir. Ukraynadakı atəşkəs anlaşmasının işləməyəcəyi aydındır. Çünki dediyim kimi, tərəflərin heç biri istədiyinə nail olmayıb. Amma Qarabağ münaqişəsinin arxasında duran tərəf istəyinə nail olub. Ona görə 1994-cü ildən atəşkəs rejiminə əməl olunur. Çünki məqsəd Azərbaycanın bir hissəsini işğal etmək, tərəflərin hər ikisini Rusiyadan asılı vəziyyətə salmaqdır. Azərbaycan işğala məruz qaldığına görə, Ermənistanda bu işğalda Rusiyadan yardım aldığına görə konfilikt həll olunmaya qədər Ermənistan və Azərbaycan hərbi siyasi baxımdan Rusiyadan asılı vəziyyətdədir. Bu asılılıq isə Putin Rusiyasının istəyinə nail olması və imperiyanı yenidən bərpa etməsinə qədər davam edəcək. Lakin Putin Rusiyasının bu istəyinə nail olacağına inanmıram. Çünki Putin Rusiyasının buna gücü çatmayacaq. 
шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024