Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem / Slayd (24-08-2021, 11:30)
Real TV-nin sahibi dövlətə MİLYONLAR BORCLUDUR... - TƏFƏRRÜAT

Real TV-nin sahibi dövlətə MİLYONLAR BORCLUDUR...
“Şahinlər” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Dia.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Şahinlər” MMC-nin vergi borcu 1 664 225 manatdır.

Qeyd edək ki, bu şirkət 1994-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 30 manatdır və qanuni təmsilçisi Elməddin Bayramovdur.

Qeyd edək ki, "Şahinlər” MMC-nin Nizami rayonu, Bəhruz Nuriyev küçəsində qeydiyyatda olan "Nyu Sfera Şirkətlər Qrupu”na daxil olduğu və tikinti sektorunda fəaliyyət göstərdiyi qeyd olunur. Bu barədə məlumat "Nyu Sfera Şirkətlər Qrupu”nun veb-səhifəsində də (nyusfera.com) qeyd olunub.

"Nyu Sfera Şirkətlər Qrupu”nun rəhbəri isə azərbaycanın tanınmış iş adamlarından biri olan Quliyev İman Nəsurulla oğludur.

İman Quliyevin Azərbaycanda çoxsaylı biznesə sahib olduğu barədə məlumatlar şirkətin rəsmi veb-səhifəsində yer alıb. "Nyu Sfera Şirkətlər Qrupu”nun Azərbaycanın biznes sahəsində 1992 ci ildən fəaliyyət göstərdiyi qeyd olunur. Bildirilir ki, şirkət təmir-tikinti, xidmət, turizm, nəqliyyat və digər sahələrdə müvəffəqiyyət əldə edib. Şirkətlər qrupa "Nyu Sfera İnşaat” MMC, "Nyu Sfera Art” MMC, "Nyu Sfera Ticarət” MMC, "Nyu Spera Ltd” MMC, "A.R. Kommersiya” MMC və "Şahinlər” MMC daxildir. Onun mülkiyyətində çoxmərtəbəli "Xalqlar Dostluğu” ticarət mərkəzi, Bakıda 3 şadlıq sarayı - "Romance Palace-1”, "Romance Palace-2", "Şərq Saray” və "Yay” restoranı var. İsmayıllı rayonundakı "Green House” turizm mərkəzi də İman Quliyevə məxsusdur. "Nyu Sfera Şirkətlər Qrupu” Bakının Suraxanı rayonu ərazisində "Yeni Zığ Yaşayış Kompleksi” inşa edir.

İman Quliyevin rəhbərlik etdiyi "Politon” MMC isə Azərbaycanın ən böyük metaləritmə və metal məmulatı istehsalı müəssisəsi olan "Baku Steel Company” MMC-nin 50%-nə nəzarət edir. Qeyd edək ki, "Baku Steel Company” MMC-nin direktoru Rasim Məmmədov bu yaxınlarda həbs olunub.

Onu da bildirək ki, İman Quliyevin sahibi olduğu şirkətlərdən biri də "Real Təhlil və İnformasiya Mərkəzi” MMC-dir. Bu şirkət isə REAL TV-nin təsisçisidir.
шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024