Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem / Karusel / Slayd / Redaktor seçimi (26-12-2018, 10:52)
Nərmin Şahmarzadə və Təhsil İnstitutunun daşı altındakı şahmar ilanlar...

 















Haqq etmədiyi şeydən ikiəlli yapışan Aygün Əzimovanın növbəti saxtakarlığı
Son vaxtlar gündəmi zəbt edən hadisələrdən biri və bəlkə də birincisi bəzi qüvvələr tərəfindən cəmiyyətə "fərqli fikirləri ilə tanınan psixoloq" kimi sırınan Nərmin Şahmarzadənin şəhid Milli Qəhrəman, qanı ilə tarix yazmış Mübariz İbrahimovu "qəddar cinayətkar" adlandırması oldu.  
Xalq Nərmin Şahmarzadənin cavabını verdi. Millət vəkilləri də Milli Qəhrəman haqqında belə aşağılayıcı sözlərin işlədilməsini pislədilər. O da bəlli oldu ki, Nərmin Şahmarzadə hələ tələbədir, onun ali təhsilini bitirib psixoloq olmasına hələ illər qalıb. Ola bilsin ki, sabah təhsilində öz qabiliyyətsizliyi ucbatından müvəffəqiyyətsizliyə uğrasa, bu gün baş verənlərdən şantaj məqsədilə sui-istifadə edə bilər. Məsələn, söz yaya bilər ki, "azad fikir" səsləndirdiyinə görə onu universitetdə sıxışdırırlar. Təhsil müəssisəsi də şantaj qarşısında aciz qalıb onu məzun oluncayadək "yola verə" bilər. Və bir də görərik ki, dünən Milli Qəhrəmana "dil uzadan" bir gün "psixoloq-alim" oldu. Hələ bu, hadisəni müşayiət edə biləcək mümkün assosiasiyalardan, versiyalardan biri və bəlkə də ən yüngülüdür. Ona görə "yüngül" deyirik ki, Şahmarzadənin sosial şəbəkədəki profilində erməni internet istifadəçiləri ilə də dostluq etdiyi bəlirlənib. O, məhkəməyə veriləndən sonra Milli Qəhrəmanın ailəsindən üzr istəsə də, bunu öz fikirlərinin doğru olmaması ilə deyil, oğul itirən İbrahimovlar ailəsinin həssaslığı ilə əlaqələndirib ki, bu da üzrxahlığın qəbul edilməsi üçün yetərli deyil.
     Öz anket məlumatlarını bilərəkdən, məqsədli şəkildə saxtalaşdırmış, fəlsəfədən bir termin bilmədiyi, eləcə də ingilis dilində anlamadığı halda
Təhsil İnstitutunda minimum imtahan "vermiş", kəsə yolla "alim" olmağı hədəfləmiş Aygün Əzimova da günlərin birində Nərmin Şahmarzadədən də bedtər qələtlər edə bilər. A.Əzimovanın qəbahətləri barədə saytımızda artıq "Təhsil İnstitutunun adi dəyişdi, təhsilə törətdiyi problemlər qalmaqdadir" adlı birinci, onun dələduzluqdan başqa ad qoya bilmədiyimiz əməllərini gizlədən, sorğu məktubumuza isə əndrəbadi cavab göndərən  İnstitut rəhbərliyi haqda isə "Təhsil institutu saxtakarlığı ört-basdır edir?" başlıqlı ikinci məqalə dərc etmişik. Ali Attestasiya Komissiyasının elmi jurnallarında çap olunan elmi məqalənin "bir cümləsindən xəbəri olmayan", bir cümləsindən belə xəbərsiz olduğu "dissertasiya işi" hələ də tamamlanmamış A.Əzimova sanki bu sahəyə nəzarət edən qurumları, məsul olan şəxsləri hansısa elmdən kənar "üstün" məziyyətləri ilə elə bil ki boyunduruq altına salıb. Kimlərsə elə bil öhdəlik götürüblər ki, bu qadını layiq olmadığı halda mütləq alimlər cərgəsinə qatılmalıdır.
Mediatv.az saytı bu günlərdə A.Əzimovanın daha bir yalanının, saxtakarlığının üstünü açıb. Məlum olub ki, Əzimova feyzbuk profilində özünü "Stimul" hospitalının və "Lider" klinikasının psixoloq-həkimi kimi təqdim edir. Doğruluğundan şübhələndiyimiz bu təqdimatın yalanını çıxarmaq üçün Dövlət Əmək Müfəttişliyinə sorğu ilə müraciət etdik. Müfəttişlikdən gələn cavab məktubunda  bildirilir ki, "Stimul" hospitalının Aygün Əzimova adlı işçisi heç bir vaxt olmayıb və "Stimul.S Hospital"la A.Əzimova arasında əmək münasibətlərinin olmadığı qeyd edilir. "Lider" adlı klinika isə ümumiyyətlə işləmir və iki ildən artıqdır ki fəaliyyətini dayandırıb.Belə çıxır ki bu qadın həyatını saxtakarlıq üzərində qurub.Cəmiyyəti və dövləti aldadır,bu işə məsul olan şəxlər isə hələ ki susqunluq nümayiş etdirir.Bax budur real gerçəklik.Onun saxta əməllərinə göz yumanlar,elmi işini yazanlar, bu işdə məsuliyyəti olan şəxslər yəqin bilirlər ki elmimiz və cəmiyyətimiz üçün Nərmin Şahmarzadədən betər problem "yetişdirirlər".
 Daha acınacaqlı hal budur ki,  saxtakarlıq yolu ilə özünü cəmiyyətə vacib persona kimi təqdim etməyə çalışan A.Əzimova iyrənc istəklərini həyata keçirməyə nail olur. Yolu üstündə gerçək imtahanlar qurulmayıb, "yaşıl işıq" yandırılıb. Təşviş doğuran məqam budur ki, Əzimovaya hətta bəzi telekanallar da tribuna verir, verilişlərdə ekspert kimi rəyini öyrənirlər.Özünün elmində,təhsilində,əxlaqında,mənəviyyatında problem olan bir şəxs televiziyaya çıxıb cəmiyyətə sanki "əxlaq dərsi keçir." Kim zəmanət verə bilər ki, haqq etmədiyi şeydən ikiəlli yapışan bu qadın sabah birbaşa efirdən öz savadsızlığı və ya tamah məqsədilə müqəddəs bir ümummilli dəyərimizi aşağılayan açıqlamalar verməyəcək, növbəti şəhid qəhrəmanımızın ruhunu narahat etməyəcək? - Bu gün durdurulmasa, heç kim! Kim deyə bilər ki, Əzimova saxta yolla elmi titula yiyələnəndən sonra özünü hansısa holland psixoloq aliminə tay tutub Azərbaycan cəmiyyətinə yad olan və milli mentalitetə uyğun olmayan "elementləri" təbliğ etməyəcək? - Həmən zərərsizləşdirilməsə, heç kim!
 шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019

{sape_links}{sape_article}