Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem / Karusel / Slayd / Redaktor seçimi (5-12-2018, 18:52)
TƏHSİL İNSTİTUTUNUN ADI DƏYİŞDİ, TƏHSİLƏ TÖRƏTDİYİ PROBLEMLƏR QALMAQDADIR

 



















Təhsilin məzmunu ilə bağlı ortaya çıxan bütün məsələlərin, hətta ehtimalların belə təhlil edilməsi, yeniliklərin tətbiq edilməzdən öncə sınaqdan çıxarılması, təhsilin konseptual problemlərinin həlli üçün cavabdeh qurum olan Təhsil İnstitutunun fəaliyyətindən böyük gözləntilər var. Sözügedən qurum ölkə Prezidentinin fərmanı ilə yaradılıb. Əsas məqsəd də “Azərbaycan Respublikasının Təhsil sahəsində İslahat Proqramı”nın tələblərinin yerinə yetirilməsinin təmin edilməsi olub. 2016-cı ildən Azərbaycan Respublikasının Təhsil İnstitutu adlandırılıb. Təhsil eksperti Nadir İsrafilovun fikrincə, işinə, funksiyasına, vəzifələrinə görə Təhsil Problemləri İnstitutu adlandırılması daha uyğun gəlir: “Adın bir daha dəyişməsi isə mahiyyətinin, vəzifələrinin, fəaliyyətində hər hansı dönüşün yaranmasından irəli gəlməyib. İnstitut həmin addan doğan ifadələrlə mətbuatın tənqid hədəfinə çevrildi. Təhsilə problem yaradan institut kimi qələmə verildi. “Problem” sözü, görünür, institut rəhbərliyinin xoşuna gəlmədi... adı dəyişdiriləndən institut Təhsil Nazirliyinin qoşması kimi fəaliyyət göstərir: "Hazırda bu institutun işi, tədqiqatı, araşdırması yoxdur. Təşəbbüskarlığını görmürəm”.Təhsil eksperti Kamran Əsədov da hesab edir ki, institutun adı dəyişdiriləndə adla yanaşı, təhsilə, problemlərə yanaşma tərzinin dəyişəcəyi də gözlənilsə də, təəssüf ki, konseptual problemlərin həllində indiyədək hər hansı addım atılmayıb"Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktor əvəzi Emin Əmrullayev isə qurumun fəaliyyətsizliyi ilə bağlı ekspertlərin dedikləri ilə razılaşmır. Əlbəttə, Emin müəllim İnstitutun fəaliyyətinin passiv olması ilə bağlı söylənilən tənqidlərlə razılaşmaya bilər. Amma KİV nümayəndəsi olaraq, biz doğrudan da qurumun fəaliyyətində ölkə qanunları ilə hesablaşılmadığının şahidi olmuşuq.Mediatv.az saytının redaksiyasına Təhsil Nazirliyinin tabeçiliyində Təhsil İnstitutunun dissertantı Əzimova Aygün haqqında ilginc məlumatlar daxil olub 

 Məlumatda bildirilir ki, A.Əzimova öz anket məlumatlarını bilərəkdən, məqsədli şəkildə saxtalaşdırmış, fəlsəfədən bir termin bilmədiyi, eləcə də ingilis dilində hərf belə tanımadığı halda Təhsil İnstitutunda minimum imtahan "vermişdir". Biz bu informasiyanı dəqiqləşdirmək üçün TN nəzdindəki Təhsil İnstitutuna 10/161 nömrəli 19.09.2018-ci il tarixli məktubla rəsmi sorğu göndərdik. Müvafiq qanunvericiliyə əsasən, rəsmi sorğu bir ay müddətinə cavablandırılmalı olduğu halda, müraciətimizdən iki aydan artıq vaxt keçməsinə baxmayaraq, Təhsil İnstitutundan dan heç bir xəbər yoxdur. Bu susqunluq belə qənaətə gəlməyimizə əsas verir ki, rəsmi sorğu ilə araşdırılmasına çalışdığımız faktlar öz təsdiqini tapıb. Görünür, İnstitut rəhbərliyi faktı rəsmən təsdiqləməkdə maraqlı olmadığından, cavab verməkdə acizdir. Bütün bunlarla bağlı dəfələrlə Təhsil İnstitutu mənsublarına telefon açıb şifahi müraciətlər etsək sə, qarşı tərəf hər vəchlə konkret cavab verməkdən guya cavab məktubunun hazırlandığını, amma yalnız imzalanmasının gözlənildiyini bildirmişdir. Lakin xeyli vaxt keçməsinə baxmayaraq, TN-nin ümumi şöbəsindən öyrənmişik ki, cavab məktubumuzun çıxış qeydi yoxdur. Sual olunur: Görəsən TN-nin sözçüləri nəyə görə rəsmi məktubumuzu cavablandırmaq istəmiurlər. Öyrənmişik ki, sorğu məktubumuz Tİ-nun direktor əvəzi Emin Əmrullayev tərəfindən icrası üçün direktor müavini Ənvər Abbasova yönləndirilmişdir. Ənvər müəllimlə də dəfələrlə əlaqə saxlamışıq. Hər dəfə ondan mücərrəd cavablar almışıq. Apardığımız araşdırmalar zamanı onu da öyrəndik ki, Tİ-nun doktorantura şöbəsinin müdiri Hümeyir Əhmədov fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda mühacir həyatı yaşayan, deputat mandatını pulla almağa uğursuz cəhd etmiş Elşad Abdullayevin qaynıdır. Təhsil İnstitutunda minimum imtahan götürmək üçün komissiya təşkil olunur, rəy verilir. Şübhəsiz, A.Əzimovaya da rəy verilib. Amma həmin rəy A.Əzimovanın gerçək savad səviyyəsi  barədə dürüst nəticədirmi?Sanki elmdən xəbəri olmayanı zorla hamı alim etməyə çalışır.Məqsəd nədir?Hökmən bu qadın alim olmalıdırmı?Təhsil institutunda minimum imtahan vermək bu qədər asandırmı?Anket məlumatlarını saxtalaşdırıb institutu "aldadan",heç bir bilik və qabiliyyəti olmayan bu qadının əməllərinə görəsən hansı maraqlar daxilində göz yumulur? Bu suallar hələ də açıq qalır və cavabını gözləyir.
P.S Dissertant Aygün Əzimovanın elmi işi necə yazılır və Ali Attestasiya Komissiyasının qəbul etdiyi elmi jurnallarda çıxan məqallələrin bir cümləsindən onun xəbəri varmı? O kimi aldadaraq 20 min manatdan yuxarı pulunu "yeyib"?Özünü cəmiyyətə psixoloq kimi təqdim edən bu xanım kimdir?Daha ilginc məlumatlar araşdırmalarımızdan sonra davam edəcək.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018

{sape_links}{sape_article}