Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem / Karusel / Redaktor seçimi (16-10-2018, 14:20)
"Bank Respublika" gələcək aqibəti bəlli olmayan evlərin hüquqsuz sahibləri ilə niyə ipoteka müqaviləsi bağlayıb?

Mediatv.az saytında "İnvestA" MMC-nin qanunsuz əməllərinə niyə göz yumulur? sərlövhəli məqalə təqdim olunandan sonra məlum oldu ki, sövdəgərlərin əməllərindən zaval görən vətəndaşların əslində hamısı narazıdır və işbazlardan etdikləri yetərli sayda şikayətlər aidiyyati instansiyalarda ya baxılmayıb, ya da ədalətli həllini tapmayıb. Söhbət yaxın qohumların idarə etdikləri "İnvestA" MMC tikinti şirkəti ilə "Bank Respublika" ASC-nin vətəndaşları aldadaraq onlara ziyan vurması və eləcə də gəlirlərini vergidən gizlətmələrindən gedir. Xatırladaq ki, tikinti şirkətinin Masazırda Duzlu Gölün üstündə inşa etdiyi fərdi evlərin, eləcə də torpaq sahələrinin (0,3 ha) kvadrat-metrləri onlara vəd ediləndən az çıxmışdır. Bundan əlavə, onlara yalnız həmin fərdi evlərə faktiki köçmək icazəsi verilmiş, lakin evə sahiblik üçün hüquq müəyyən edici sənədlərlə təmin olunmamışlar. Tikinti işləri mühəndis - texniki qaydalara uyğun aparılmamış, mənzillərə quraşdırılmış su, qaz, elektrik enerjisi sayğaclarının sərfiyyatı əhali üçün nəzərdə tutulmuş tariflərlə deyil, hüquqi şəxslər üçün nəzərdə tutulmuş tariflərlə hesablanır ki, bu da xeyli baha çıxır. Şikayətçilər tikinti şirkətinə, banka və "Kommunal Serviz" MMC-nə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, fərdi yaşayış evlərinin ekspertiza ilə müəyyən edilmiş faktiki sahəsi ilə müqavilədə göstərilən sahə arasındakı fərqin pulla ifadəsinin, istifadələrində olan mənzillərə quraşdırılmış su, qaz, elektrik enerjisi sayğaclarını sərfiyyatı əhali üçün nəzərdə tutulmuş tariflərə vurulmaqla alınan məbləğlə həmin sərfiyyatın hüquqi şəxslər üçün nəzərdə tutulmuş tariflərə vurulmasından alınan fərqin məbləğinin, mülkiyyətlərində olan 0.0313 ha torpaq sahələrinin zəbt edilmiş hissəsinin sahəsi dəqiq müəyyən edildikdən sonra həmin hissənin, habelə mənəvi zərərin əvəzi kimi göstərdikləri məbləğdə pulların“İnvestA” MMC-dən alınaraq, onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Lakin iddia tələbləri təmin edilməmişdir. Belə ki, həmin mülki işə baxılarkən, cavabdehin maraqlarını təmin etməkdən ötrü birinci instansiya məhkəməsi şikayətçilərin verdikləri vəsatətləri təmin etməmişdir. Hətta evlərinin tikintisinin başqa fiziki şəxs tərəfindən aparılmasını "müəyyən etmiş", lakin həmin şəxsi iş üzrə tərəf kimi cəlb etməmişdir. Bundan başqa məhkəmə iclasında “İnvestA” MMC tərəfindən dövlət büdcəsinə ödənilməli olan milyonlarla vergidən yayınma faktı açıq-aydın sübuta yetirilsə də, hakim buna səthi yanaşmış və bu barədə heç bir tədbir görməmişdir. “İnvestA” MMC özünü məsuliyyət yaradan əməllərdən süni surətdə kənarlaşdırmaq üçün guya, həmin evlərin tikintisinə aidiyyatı olmaması görüntüsü yaratmağa cəhd etmiş və məhkəmə tərəfindən isə buna şərait yaradılmışdır. Məhkəmə cavabdehin maraqlarını təmin etməkdən ötrü, hətta iş üzrə müəyyən olunmayan hallara belə istinad etmişdir. Layihə sənədləri və sərəncam öz adına olan “İnvestA” MMC "Bank Respublika" ASC ilə əlbir olaraq vətəndaşlara inşa edəcəyini vəd etdiyi evləri banka girov qoyub pulları götürmüş və həmin torpaq səhələrini fiziki şəxslərin adına formal alqı-satqı edərək və torpağın onun adına olmaması və tikintinin fiziki şəxslər tərəfindən aparılması görüntüsünü yaradaraq, dövlət büdcəsinə ödənilməli olan külli miqdarda verginin ödənilməsindən yayınmışdır. Lakin, məhkəmə tərəfindən buna əhəmiyyət verməmişdir. Şikayətçilərin sonradan müraciət etdikləri apellyasiya məhkəməsi də cavabdehlərin tərəfində durmuş, heç bir araşdırma aparmadan şikayətçilərin təqdim etdikləri sübutları qəbul etməmiş və hətta saxta adlandırmışdır. Faktiki olaraq, məhkəmələr cavabdehin maraqlarına görə, ədalət mühakiməsinin həyata keçirilməsindən və məhkəmə müdafiəsi hüququndan imtina ediblər. Şikayətçilər bu dəfə onlarla bağlanmış olan İpoteka müqaviləsinin özünün etibarsızlığıə məsələsini məhkəmə müstəvisinə çıxarıblar. Məsələ burasındadır ki, İpoteka krediti - daşınmaz əmlakı girov qoymaq müqabilində əldə etdiyiniz kreditdir. Azərbaycanda ipoteka kreditləri əsasən ev və ya mənzil alınması üçün istifadə edilir. Lakin beynəlxalq təcrübədə daşınmaz əmlakı girov qoymaq müqabilində alınan kredit ilə digər ehtiyacları - təhsil haqqı ödənişi, müalicə və s. xərcləri də qarşılamaq mümkündür. İpoteka krediti istehlak kreditlərinin bir növü kimi təsnifləşdirilir. Bu kreditin digər istehlak kreditlərindən bir sıra fərqləri vardır ki, onlardan biri də borcalanın (həyat) və ipoteka qoyulan evin (mənzilin) mütləq sığortalanmasıdır. Digər yandan, kreditor - ipoteka saxlayan bank (tikilməkdə olan) hələ hazır olmayan evlərə görə ipoteka hüququnu girov götürərkən onların kim tərəfindən inşa olunduğunu (ümumiyyətlə, inşa olunub-olunmayacağını) müəyyənləşdirməli, inşa prosesinə də nəzarət etməliydi. İlk növbədə o evlər daşınmaz əmlak kimi aidiyyati qurumda qeydiyyatdan keçməliydi ki, bu da edilməyib. Bundan başqa, vətəndaşların "İnvestA" MMC ilə bağladıqları müqavilələrdə tikinti şirkəti tərəfindən görüləcək işin həcmi, yəni torpağı və üstündə inşa olunacaq evlərin sahələri aydın göstərilib. Lakin bank həmin evlər tikilərkən hələ bünövrədə ikən müəyyən edilməsi mümkün sahə fərqlərinə nəzarət etməyib, etmək istəməyib. Deməli, bütün bunlar hamısı tikinti şirkətini törədəcəyi qanunsuzluqlara, o cümlədən vergi cinayətinə görə məsuliyyətdən yayındırmağa hesablanan qabaqcadan razılaşdırılmış addımlardır. Doğrudur, hazırda həm mülki, həm ipoteka və daşınmaz əmlakın reyestri qanunvericiliyi yeni tikİLməkdə olan ("kotlovanda" və s.) ev və mənzillərin hüquqi cəhətdən girov və ya ipoteka götürülməsini tam olaraq mümkün sayır. Ancaq bununla bağlı detallı mexanizmlər təsbit olunub: Bəlli (!) mənzil-tikinti kooperativindəki (bizim misalda, "İnvestA" MMC-dəki) mənzilə (fərdi yaşayış evinə) pay hüququnun girov götürülməsi, - Satıcısı bəlli (!) mənzilin (fərdi evin) ilkin alqı-satqı müqaviləsi üzrə tələb hüququnun girov götürülməsi. Əsas məqamlardan biri də tikinti şirkəti tərəfindən mənzil (fərdi ev) sertifikatı buraxılmışsa, həmin sertifikatın qiymətli kağız kimi girov götürülməsidir. Göründüyü kimi, bank riski öz üzərinə götürərək, bütün bu sadalanan və sadalanmayan digər təsbit olunmuş modellərdən heç birini tətbiq etməyə lüzum bilməmişdir ki, bu da "İnvestA" MMC-ni gələcək məsuliyyətdən kənarda saxlamağa hesablanmışdır. Bankın üzərinə götürdüyü bu nəhənglikdə riskdən zərərlə çıxmamasına isə məhkəmələr şərait yaratmaqdadırlar. Şikayətçilər bu dəfə bankla bağladıqları İpoteka müqaviləsinin özünün etibarsızlığı məsələsini məhkəmə müstəvisinə çıxarmışlar. Məhkəmə isə iddia müddətinin ötdüyünü əsas göstərərək, tələbi qəbul etmir. Belə getsə, bankla tikinti şirkətinə rəhbərlik edən Quliyev qardaşlarına qarşı olduqca humanist davranan məhkəmələr şikayətçilərin iddiaları üçün təkcə bərpa edilməsi mümkün iddia müddətinin deyil, hətta iddia etmək hüququn özünün xitamını nəzərdə tutan kəsici müddətin də ötdüyünü qət edəcəklər. Mülki qanunvericiliyə görə, əqd bağlayarkən, tərəflərdən biri qəsdən digər tərəfin zərərinə, onun hüquqlarını və qanuni mənafeyini pozmaqla və yaxud dövlətin və cəmiyyətin mənafeyinə zidd hərəkət etdiyi halda bir tərəfli restitusiya tətbiq edilir. Bu zaman yalnız təqsirlli tərəf aldığını bütünlüklə qaytarır və çəkilmiş xərcləri ödəyir, zərərçəkənin təqsirli tərəfdən aldığı isə dövlət mədaxilinə tutulur. Bizim misalda, bank rəhbərliyi tikinti şirkətinin vergidən yayınmasına şərait yaratmaqla dövlətin mənafeyinə zidd hərəkət etdiyini qabaqcadan bilmiş, sonradan isə vətəndaşların mənafeyinə zərər vurulmasının qarşısını almağa çalışmamışdır.

 

шаблоны для dle 11.2

Xəbər lenti
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018

{sape_links}{sape_article}