Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (9-05-2018, 22:44)
“Gəncə-Şərab-2”də nə baş verir? - İTTİHAM

Ucar rayonunun Qazyan kənd sakini Ruqiyyə Abdullayeva oğlunun “Gəncə-şərab-2”-nin təsisçisi Taşlitski Efim Mixayloviçin sifarişi ilə həbs olunduğunu yazır. 


Şikayət məktubunda Baş prokurordan kömək istənilir. Aşağıda ixtisarla təqdim edirik: 

Çox hörmətli Baş Prokuror!
Hörmətli “Təzadlar”!
Mən Sizə “Gəncə-şərab-2”-nin təsisçisi Taşlitski Efim Mixayloviç tərəfindən onun sürücüsü olmuş Zülfüqarov Tofiq Nadir oğluna etibar edilmiş 3.4 milyon dolların 3/1 hissəsini mənimsəmək üçün istintaqla və məhkəmə hakimlərilə sövdələşərək tələyə saldığı dəstə üzvlərinin ən ağır cəzaya məhkum olunmasına nail olunması zamanı müstəntiq və hakimlərin yol verdikləri ciddi qanun pozuntuları barədə yazıram.
Məlumat üçün bildirim ki, “Gəncə-şərab-2”-nin 10 %-payının təsisçisi Taşlitski Efim Mixayloviçin (Fima) sürücüsü Zülfüqarov Tofiq Nadir oğlu evində seyfdə saxladığı və müdirinə məxsus 3.4 mil. dolları mənimsəmək məqsədilə dostu olmuş öz bağbanı Nurlan Bayramov vasitəsilə oğlum Loğmanı oğurluq işinə cəlb etmişdir. Belə ki, Taşlitski Efim Mixayloviç Tofiqi atasına görə öz yanına etibar edərək şəxsi sürücü kimi işə götürmüşdür. Tofiq Efimin əvvəllər etimadını qazanmış və sonda ona məxsus və Tofiqə saxlanması üçün etibar edilmiş və xaricə göndəriləsi 3.4 mil. dollar pulunu Efim Berlinə gedəsi gün (1 may 2015-ci ildə) mənim oğlum başda olmaqla və 2009-cu ildən əvvəl Tofiqə, sonra isə Efimə bağbanlıq etmiş bir kasıb balasını (Nurlan Bayramovu) oyuna salaraq onların əlilə əvvəldən sövdələşdikləri kimi, ümumi məbləğin üçdəbir hissəsini ( 1.2 milyon dollarını) özünə götürmüşdür. Hadisədən 40 gün sonra rəhbəri Fimanı da aldatmışdır ki, guya hansısa “MTN dəstəsi” Qala kəndinə gedərkən yolda qabağını kəsib pulları evindən aparıblar. Efim də məsələni dərindən araşdırmadan yaxın çevrəsinin köməyilə pulların geri qaytarılmasına çalışmışdır. Bu istiqamətdə komanda verildikdən sonra Tofiq əvvəlcə müstəntiqləri, sonra isə həm də əvvəldən sövdələşdiyi və kirayə tutduğu”dəstə” üzvlərinə başda mənim oğlum Loğmana qarşı da, aqressiv davranaraq susmağı və bir “zərərçəkən” olmaqla bütün pulların hamısını geri qaytarmasını canfəşanlıqla tələb etməklə sonda öz qurduğu plan üzrə istəyinə nail olmuşdur. Tofiq evindəki 3.4 mil. dol. pulların oğurlatmağına şərait yaratmaqla bu cavanları əvvəlcə dilə tutaraq şirnikləndirmiş, 50 gündən sonra isə “strelka”nın onun üzərinə yönəldiyini görüb (hadisədən 3 gün sonra Tofiqlə Loğmanın aeroptun gözləmə zalında birlikdə olması, Loğmanın ona 8000 evro pulu sayıb verməsi, Tofiqin telefonla danişması və s. hərəkətlər onun əlbir olmasını ortalığa qoymuşdur). Lakin bu hərəkətlərə bəraət qazandırmaq və özünü xilas etmək üçün göz yaşı tökməklə əvvəlcədən cəlb etdiyi “dəstəni” “B” planı əsasında sataraq özünün günahsız və çarəsiz olmağını sübut etməyə çalışmışdır. Və buna sövdələşdiyi polis müstəntiqinin əlilə sonradan tam nail olmuşdur.
Loğmanı bacıları ilə qorxutmaqla onun İstanbuldan qayıdaraq polisə təslim olmasına və bütün pulların geri qaytarılmasını tələb etmişdir. Və bu barədə Tofiqə istintaqda izahat yazdırıb. Amma Loğman da onunla şərtləşmişdir ki, Qazaxıstanda yaşayan atası Çingiz Abdullayevlə işləri olmasın. 
Tofiq bir “zərərçəkmiş” kimi tanınmaqla vədinə xilaf çıxdı və həyat yoldaşım Çingizi də hadisədən 2 il sonra istintaqa cəlb edib 12 il həbs verdirdi. Lakin bu günədək nə Loğman, nə də Tofiqin şəxsi 6 illik tanıdığı bağban Nurlan Bayramov da Tofiqi sona qədər satmadılar ki, bu pul oğurluğu planının başında duran elə Tofiq özü olub. Yoxsa, məsələyə adi məntiqlə yanaşılsaydı bağban hardan bilirdi ki, sən metronun yanında yaşadığın binada nə qədər seyfdə pul saxlayırsan? Sən onun dostluq münasibətindən istifadə edərək bildirmisən ki, müdiri Efim sənə cəmi 3000-5000 manat maaş verir. Özləri isə milyonla dolları ora- bura xərcləyirlər. Və Tofiq Nurlana çoxlu bank kreditinin olmasını da demişdir. Dərhal təklif etmişdir ki, metronun H.Aslanov stansiyasındakı evində seyfdə Efimin hazırda 3,4 mil. dollarını seyfdə saxlayır. Nurlan, gəl sən bir etibarlı adam tap başa sal ki, MTN adı ilə bir dəstə təşkil edib yolda mən Qalaya bacımgilə gedəndə qabağımı kəssinlər. Və evimdə məlumat əsasında 3,4 mil. dollar “çirkli” pullar olduğunu bildirməklə bu pulların 33 faizi mənə geri qaytarılmaq şərtilə qalanını aparıb bölüşsünlər. Bütün navodkaları-dəqiq məlumatları da Nurlana Tofiq özü deyib planı təşkil etmişdir. Yoxsa Nardaranda sadə bir rayon uşağı olan bağban nə bilirdi ki, Tofiqin seyfində 3.4 mil dollardır, avrodur, yoxsa manat. Gəlib saymışdı? Tofiq də istintaqa verdiyi ifadəyə görə ona deyib ki, Efim Berlinə gedəsi gün uşaqlar bu işi təşkil etsinlər. Tofiq özü 5 saatdan sonra müdiri-Efimi Aeroporta aparmaq əvəzinə guya Qala qəsəbəsində olan bacısının yanına gecə saat 23-00-da gedib gəlməyi qərara almışdır. Əslində o, planlaşdırdığı oğurluğa şərait yaratmışdır. Həmin gecə saat 23-də də əvvəlcədən danışılan kimi Loğman Tofiqin qabağını kəsibmiş və o da heç bir müqavimət göstərmədən dərhal təslim olmuşdur. 
Bu məlumatı da guya bağban dəqiqliklə Loğmana bildiribmiş. Axı bağban hardan bilməli idi ki, sən müdirin evində ona bacınıza baş çəkib qayıdacağınızı eşitsin. Və dəqiqliklə saat neçədə Qala istiqamətində hərəkət etdiyinizi bilsin... 
Hörmətli Baş Prokuror!
Hadisə baş verən gündən Tofiqin mobil telefonu və pasportu özündə olub. Mayın 4-də Loğman İstandula, Tofiq isə 5-6 dəqiqədən sonra Moskvaya yola düşüb. O zaman niyə Tofiq 50 gün ərzində əlindəki telefonla Efimə və yaxud polisə zəng edib baş vermiş “OĞURLUQ” barədə bir söz deməmişdir? Yalnız 50 gündən sonra Efimə ondan saxladığı 3.4 mil. dollar pulu xaricə yola salmağı tapşıranda Tofiq baş vermiş hadisəni anlatmışdır. Yəni, belə bir ucuz “oğurluq” planını həyata keçirilməsinin reallığa uyğun olmadığı orta məktəb şagirdinə də gün kimi aydındır. Aydın olmayanı isə Efim Taşlitski kimi bir yəhudi ağıl sahibinin Tofiqin quraşdırıb söylədiyi süni “oğurluq” nağılına inanmasıdır. Adam bir maraqlanmazmı ki, belə bir iri məbləğli oğurluq planını həyata keçirən dəstə üzvləri heç əvvəllər bircə dənə toyuq oğurlaya biliblərmi? Bu adi ticarət adamı və ya bağban nə dərəcədə qüdrətli oldular ki, məlumatı eşidəndən 3 gün sonra belə bir riskli oğurluq planını “peşəkarlıqla” həyata keçiriblər? Azərbaycanda ümumiyyətlə, son 50 ildə 100-150 min dollar pul aparan oğru dəstəsinin işinə şahidlik edən varmı görəsən? Ola bilməz. Azərbaycanda bu məbləğdə pullar yalnız banklardan oğurlanır. O da bank müdirlərinin əlilə. Ən acınacaqlısı budur ki, Tofiq özünü işdə zəzərçəkən kimi (guya pullar ona məxsus olub) təqdim edib və əvvəlcədən qurduğu teatr tamaşasını davam etdirib, Logmanın ailəsini düşmən obrazında canlandırmaqla özünə 18 il, bağbana 18 il, atası Çingizə 12 il həbs verdirməyi bəs etməmiş, hələ Loğmanı həbsdə öldürəcəyini, bacılarını da həbsə atacağı ilə hədləyir. Sanki oğurlanmış və geri qaytarılmış pullar babasından qalma olubdur. Bəs niyə istintaq və məhkəmə hakimləri soruşmurlar ki, ay Tofiq,əgər sənin 3.4 mil. dollar pulun vardısa, niyə gedib banklardan iri məbləğlərdə kreditlər götürürdün? Bəlkə kreditlərini bağlamaq üçün sənə etibar edilmiş 3.4 mil. dol. pulun üçdəbirinə əvvəldən gözün düşüb?
Əslində, Tofiqin süni hərəkətləri və bizim ailəyə qarşı genosid təşkil etməsi Efimin ondan şübhələrini diqqətdən yayındırması üçün hesablanmış axmaq hərəkətlərdir və saxta canfəşanlıqdan başqa bir şey deyildir. Amma Tofiq bilsın ki, yalan ayaq tutar, amma yeriməz”, “Oğru istənilən halda iz qoyur” və s.
*** 
Tofiqin özünün oğurlatdığı zaman 3,4 mil. dollardan evində götürüb dərhal aldığı 1.2 milyon dollar dərhal təhvil verilməlidir. Polis müstəntiqinin əlilə Loğmana ödətdirdiyi cəmi 4,7 mil. dolların da hesabı soruşulmalıdır. Amma bu ödəmələrə rəğmən Tofiq yenə də Efim Mixayloviçə hesabat verir ki, Loğmanın ödəyəcəyi 250.000 dollar hələ də qalıb. Əslində isə Tofiq Loğmana ödətdirdiyi cəmi 4.7 mil. dolların da yarısını istintaq zamanı sövdələşərək mənimsəmişdir. Yəni, təşkil etdiyi bu əməliyyata görə Tofiq 2 mil. dollar qazanıb. Lakin bu hesabatla Tofiq polislə əlbir olub 40/-ın 60-a nisbətində pulu qaytarmaqla Efimə pul hesabatı verib. Efim bu faktı etiraf edə bilər ki, sonda ona nə qədər çatıb.
Mən Efim Mixayloviçə məktub yazaraq bir ana olaraq oğlum Loğmanın ehtiyac olmadığı halda Tofiqin təşkil etdiyi tələyə düşməsindən çox üzüldüyümü bildirmişəm. Baxmayaraq ki, o Afrikada, Dübayda və İstanbulda qızıl və brilyant işinə baxırdı. Yaxşı da qazanırdı. Onun şirniklənməsini başa düşə bilmirəm. Cəzasını da çəksin. Amma 30 ildir ki, Qazaxıstanda yaşayan yoldaşım Çingiz Abdullayevi hadisədən 2 il sonra Tofiqin təkidilə istintaqa cəlb edilməsini, qızlarımı da həbs etdirəciyilə hədələməsini və Loğmanı da həbsxanada öldürtdürəcəyini bəyan etməsi qırmızı xəttin keçilməsidir. Və susmaq olmaz. Baxmayaraq ki, Tofiq özünü saxta “zəzərçəkən” kimi tanıdaraq bizim ailədən qalıq 250.000 dolları tələb edir. Loğmanın dostları bu pulun əvəzində Moskvada dəyəri 300.000 dol. olan kupçalı evi təklif etsələr də o razı olmur. Yəni, bu adam ailəmizə qarşı qisasçılığını davam etdirir.
*** 
Xatırladım ki, Bakı Apellyasiya məhkəməsinin hakimi Mirpaşa Hüseynovun icraatında Ç.Abdullayevin şikayətinə 16 may, saat 11-də baxılacaqdır. Tofiq başa düşməlidir ki, bizim ailədən əl çəkməlidir, işdə heç bir günahı olmayan ərim Ç.Abdullayev barəsində şikayətini bir insanlıq edib geri götürməlidir. Hazırda Çingiz 14 faizlə qaraciyər serrozu və ürəyində 2 stend qoyulmuş ağır vəziyyətdə müalicə müəssisəsində yerləşir. Onun həyatı təhlükədədir. Tofiqin təşkil etdiyi bu hadisə zamanı əldə etdiyi 2 milyon dolları Efimə qaytarsın ki, bu adamın da əsəbləri bir az yumşalsın. Tofiq özünü Roma Papasından da artıq Papa hiss etməsin, teatrı dayandırsın.!
Ümid edirəm ki, Efim Mixayloviç öz şəxsi kanalları və məhkəmə sənədlərində yazılan formal izahatlara bir az diqqət yetirməklə Tofiqin əslində necə bir oğurluğun təşkilatçısı olduğunu müəyyənləşdirəcəkdir. Lakin təəssüflə bildirməliyəm ki, 2 may tarixinə Bakı Apellyasiya məhkəməsinə təyin olunmuş prosedə Tofiq yenə də öz ampulasında məhkəmə kollegiyasına qarşı aqressiv danışaraq məsləni yubatmadan təcili həll etməyi tələb etdi. 
*** 
Azərbaycanın hüquq-mühafizə orqanı və onlara birbaşa nəzarət edən direktiv orqan rəhbərlərinə müraciət edirəm: “Gəncə-Şərab 2” ASC-nin 2015-ci ilə olan hesabatında cəmi 1.63 mil. manat mənfəət əldə etməsinə rəğmən, istehsal zamanı rəsmən vergidən gizlədilən, mənşəyi, məramı və biznes planları Azərbaycan cəmiyyəti və dövləti üçün qaranlıq olan yəhudi əsilli Efim Mixayloviçə çatan 3.4 mil. dollar “çirkli” pulların Azərbaycandan xaricə hansısa qaranlıq məqsədlər üçün nəzərdə tutulmuş daşınmanın araşdırılmasına və ümumiyyətlə, “Gəncə-Şərab 2” ASC-nin son illərdəki biznes fəaliyyətinin yoxlanımasına göstəriş verilməsi vacibdir. Yeni vergilər naziri Mikayıl Cabbarov bu məsələdə irəli durmalıdır.
Mərkəzi Bankın sədri cənab Elman Rüstəmovdan və ABŞ səfirliyində fəaliyyət göstərən Maliyyə-Kəşviyyat İdarəsi rəhbərliyindən xahiş edirəm ki, “Gəncə-Şərab 2” ASC-də 10 % pay sahibi olan Efim Mixayloviçin hər il əldə etdiyi milyonlarla dollarla ölçülən pulların nağd formada xarici ölkələrə gizli daşınmasının hanısı təyinatlar üçün sərf edildiyi faktlarının araşdırılması barədə aidiyyatı üzrə arayış tələb etmələrini xahiş edirəm. Və güman edirəm ki, Vergilər Nazirliyi “Gəncə-Şərab-2”də E.Mixayloviç kimi digər pay sahiblərinin vergidən yayınaraq qazandıqları milonlarla dollar ölçülən vəsaitlərinin istehsal və ixrac edilən edilən faktiki məhsulların nə qədərinin vergidən yayındırlmasını araşdıracaqdır.
Daxili İşlər Nazirliyi rəhbərliyindən xahiş edirəm ki, T.Zülfüqarovun bizim ailə üzvlərimizi yenə öldürəcəyi, həbs etdirəcəyilə hədələməsinin qarşısının alınması üçün ailəvi təhlükəsizliyimizə təminat verilsin. 
Xüsusi olaraq qeyd etmək istəyirəm ki, hansı ölkənin polis-məhkəmə orqanı oğurlanacaq pulu xəbərverməyə görə 18 il, oğru dəstəsinin rəhbəri isə dəymiş ziyanın 90 faizini ödədikdə isə 18 il, hadisədən 1000 km kənarda yaşayan atasına isə 2 ildən sonra istintaqa cəlb edib 12 il həbs verirlər? Oğurluq planının ideoloqu və həyata keçirib 2 mil. dollar qazanan sürücü isə işdə “zərərçəkən” kimi tanınır? 
Sonda: Hörmətli “Təzadlar”!
Sizdən çox xahiş edirəm ki, bizim ailənin facəsini real araşdırasınız. Biz Sizə güvənirik. Birinci müraciətim də 06 fevralda KİV-də çıxsa da əhəmiyyət vermədilər. Oğlum Loğman qızıl-brilliant ticarəti ilə məşğul idi. Afrikada, Dübayda və İstanbulda geniş biznes qurmuşdu. Heç nəyə ehtiyacı yox idi. Budur onu şirnikləndirib belə tələyə saldılar. Və baxmayaraq ki, 3.4 mil dol. əvəzinə 4,75 mil doll. “Bandotdel” tərəfindən ödədtdirilsə də, guya 3.1 mil. Dol. kimi sənədləşdirdilər. 2015-ci ilə kimi nə qədər əmlakları vardı- Xızdakı torpaqları, Bakıdakı evləri, avtomobilləri, hamısını satdırıb ödəmələr olunub. Hansı ki, anası ukrainka olan Tofiq Zülfüqarov yəhudi Efim Mixayloviçi aldadıb bu pullarını ələ keçirmək üçün planı qurub, 2 mil. dol. əldə edib. İsintaq və məhkəmədə də zərərçəkən kimi tanınıb. Təbii sual: sənin ki, bir sürücü kimi 3.4 mil. dollar pulun vardısa, niyə özün bağbana dediyin kimi, banklardan 50-60 min manat kreditlər götürmüsən? Ehtiyacın vardı? Amma 27 aprel 2015-də bu plan işə düşübsə, bəs necə olub ki, Efim xaricə gedəndə plan həyata keçirilir? Axı uşaq da bilir ki, belə riskli oğurluq planını heç bir ölkənin MİT, FSB, DTX, İB-si dərhal həyata keçirə bilməz (vaxta görə). 2-si, necə ola bilər ki, heç vaxt oğurluqla məşğul olmayan Loğman birdən-birə bu boyda oğurluğu həyata keçirdi? Axı bu adi ticarət adamıdır. Heç xırda oğru da deyil ki, istintaq zamanı boynuna alsın ki, Xırdalanda butkanı, Sahildə maqazini oğurladım. Deməli, iş əvvəlcədən 3.4 mil. dol. pulu saxlayan tərəfindən planlaşdırılıb. İşin mahiyyəti bundan ibarətdir...
Hörmətlə, 
Ruqiyyə Abdullayeva, şərlənib 18 il azadlıqdan məhrum edilmiş Loğman Abdullayevin anası, 12 il həbs edilmiş Çingiz Abdullayevin həyat yoldaşı.
P.S.Yazı çapa gedərkən “Gəncə-şərab-2”nin təsisçisi Taşlitski Efim Mixayloviçə zəng vuraraq mövqeyini öyrənməyə çalışdıq. O, kimliyimizi bilən kimi telefonu qapatdı... Sonra Zülfüqarov Tofiq Nadir oğluna zəng vurduq. O, vəkili Elxan Əsədovla danışmağımızı məsləhət gördü... Az sonra vəkillə söhbət etdik. Daha geniş yazı növbəti sayımızda dərc ediləcək... \\tezadlar.az\\ 

 

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024