Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem / Karusel / Slayd / Redaktor seçimi (29-03-2018, 13:23)
BİLƏSUVARLILAR TORPAQLARINDAN İMTİNAYA MƏCBUR EDİLİR

BİLƏSUVARLILAR  TORPAQLARINDAN İMTİNAYA MƏCBUR EDİLİR

Mediatv.az:Dövlət və Hüquq nəzəriyyəsində öyrədilən mühüm məsələlərdən biri də budur ki, vəzifəli şəxslərin məqsədəuyğunluğu əsas götürüb mövcud qanunları pozması yolverilməzdir və dövlətçiliyin təməl prinsiplərini laxladan hal kimi qiymətləndirilir. Təəssüf hissi ilə qeyd etməliyik ki, respublikamızın bir çox rayon rəhbərləri öz şəxsi və korporativ qrup mənafelərinə xidmət edən layihələrə "məqsədəuyğunluq" donu geyindirərək, qanunların tələblərini pozmaqla məşğuldurlar. Mediatv.az-ın redaksiyasına Biləsuvar rayonunun Səmədabad kənd ərazisində olan min hektarlarla bələdiyyə və dövlət mülkiyyətində olan torpaq sahələrinin adı çəkilən rayona aidiyyəti olmayan "Astaraçay"ın törəmə müəssisəsi "Muğan düyü" MMC-yə icarə müqaviləsi ilə verildiyi barədə məlumat daxil olmuşdur. Məlumatda hətta Səmədabad kənd sakinlərinin icarəsində olan torpaq sahələrinin də müvafiq qanunvericiliyin pozulması ilə əllərindən zorla alındığı haqda ciddi ittihamlar yer alıb.

Araşdırma məqsədilə 13.02.2018-ci il tarixli 10/157 saylı məktubumuzla Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyevə rəsmi sorğu göndərdik. Üstündən bir aydan artıq vaxt keçməsinə baxmayaraq, sorğumuz cavablandırılmayıb. Görünür, ya Biləsuvar rayon rəhbərliyi  mətbuatla işləməyi bacarmır, ya da işləmək istəmir. Rayon rəhbərinin "Kütləvi informasiya vasitələri haqqında", "Vətəndaşların müraciətlərinə baxılması haqqında" Azərbaycan Respublikası qanunlarına dövlət qulluqçusuna yaraşmayan tərzdə belə sayğısız yanaşmasının səbəbi bizə qaranlıq qaldı. Amma adresata yetişəndən sonra RİH mənsublarından Kamil adlı şəxs redaksiyamıza zəng vuraraq sorğumuza şifahi cavab verməyə çalışdı. O, "Muğan düyü" MMC-nə torpaq sahəsinin icarəyə verildiyini təsdiqlədi. Sözlərində təəccübümüzə səbəb olan bir məqam da bu oldu ki, Kamil müəllim kəndlilərin icarəsində olan torpaq sahələrindən özləri könüllü olaraq imtina etdiklərini bildirdi. Onu da əlavə etdi ki, "Muğan düyü" MMC investordur, rayona sərmayə qoyduğu üçün bu müəssisəyə şərait yaradılması məqsədəuyğundur.

Biz xahiş etdik ki, telefonla dediklərini rəsmi məktubla redaksiyamızın ünvanına göndərsin. Di gəl, rəsmi cavab hələ ki, ləngiyir.

Hamıya bəllidir ki, bütün dövrlərdə torpaq kəndlini doğma yurda bağlayan, onların dolanışıqlarını təmin edən əsas amil olub. Torpağın əldən çıxması da kəndlilərin şəhərə axışmasının əsas səbəblərindən sayılıb. Bu nöqteyi-nəzərdən Səmədabad sakinlərinin könüllü olaraq torpaqdan imtina etmələri ağlabatan görünmür. Bundan başqa, öyrənmişik ki, "Muğan düyü" MMC Biləsuvarda heç də düyü deyil, arpa və buğda əkməklə məşğuldur. Ümumiyyətlə, müəssisənin gördüyü iş o işlərdən deyil ki, səmədabadlılar onu özləri bacarmasınlar.Arpa yaxud buğda əkmək nə vaxtdan investiya qoymaq sayılıb?İnvestor iqtisadi termin olub,ağır lahiyələr həyata keçirənə deyilir.Rayon camaatı bacarmadığı halda investor kənardan dəvət olunur,tərtib olunmuş lahiyəni həyata keçirmək üçün böyük miqdarda sərmaya yatırır və nəticədə ölkə iqtisadiyyatının inkişafına təsir edərək yeni iş yerləri açılır. Haqlı bir suallar doğur: Görən, icra başçısı Mahir Quliyevin marağı nədir ki, torpaq sahələrinin kəndlilərdən alınıb başqa rayondan dəvət etdiyi "investor"a verilməsini dəstəkləyib? Ümumiyyətlə, necə olub ki, kəndlilərin elə hamısı birdən icarələrində olan torpaqdan imtina ediblər? "Muğan düyü" MMC torpaq sahələrindən "könüllü" imtina edən icarəçi kəndlilərin və onların ailə üzvlərinin hamısını işlə təmin edibmi?   

Bu suallara cavab tapmaq yönündə araşdırmalarımızı və Mediatv.az-ın redaksiyasına daxil olmuş müraciətləri yaxın vaxtlarda oxucularımızla bölüşəcəyik.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024