Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem / Redaktor seçimi (16-03-2018, 10:53)
Iş adamları Ilham Əliyevə GÖMRÜKDƏ , VERGİDƏ VƏ BANKLARDA YARANMIŞ ÇƏTİNLİKLƏRLƏ BAĞLI MÜRACİƏT ETDİ

 

 

 

 

KƏND TƏSƏRRÜFATI İXRACATÇILARI
TƏRƏFİNDƏN GÖMRÜKDƏ , VERGİDƏ VƏ
BANKLARDA YARANMIŞ ÇƏTİNLİKLƏRLƏ
BAĞLI
AÇIQ MƏKTUB


Cənab PREZİDENT! Bu gün Siz Kənd təsərrüfatı və onun ixracında
apardığınız yeni islahatların xeyrini görür və buna görə də biz sahibkarlar sizə
dərin təşəkkürümüzü bildiririk. Ancaq bizim ən acınacaqlı çətinliklərimizdən
ən başlıcası yenədə öz həllini tapmamışdır. Bu çətinlikər aşağıdakılardı:
a) Gömrükdən kənd təsərrüfatı məhsulunu ixrac edərkən məhsula (deyilənə
görə Rusiyanın təzyiqi) 5 dəfəyə yaxın ixrac dəyərinin artıq qoyulmasıdır.
Misal üçün Nar məhsulun biz 50 -70 qəpiyə alsaqda ixrac zamanı 1 dollar 80
sent (3 manat), Xurma məhsulunu isə 20 -40 qəpiyə alsaqda 80 sent (l manat
40 qəpiyə) qiymət qoyulur.
b) İxrac edilən məhsulun pul vəsaitinin Bank hesabı ilə geri qayıtmasıdır ki,
bu zaman ixrac ettiyimiz məhsulun qiyməti ilə geri qaytaracığımız pul vəsaiti
arasında 5 dəfə artıq pul vəsaiti yaranmasıdır. Belə ki bir TIR nəqliyyat
vasitəsində 17 ton 500 kq nar olduqda ixrac zamanı onun həqiqi maya dəyəri
(50 qəpikdən) 8.750 manat olduğu halda, gömrükdə qoyulan qiyınət dəyəri 3
manatdan artıq qoyularaq 53.670 min manat təşkil edir ki, bu zaman biz öz
hesabımıza Rusiya bankından 8.750 manat əvəzinə 53.670 min manat pul
vəsaiti gətirməliyik.
Bu pul vəsaitinin geri qayıtması isə mümkün deyil. Çünki Rusiya
ərazisində müqavilə bağladığımız fırmalar əslində broker vəzifəsin görürlər,
müqavilə bağladığımız fırmaların məhsulun satışından xəbərləri belə olmur,
yəni məhsul rusiya bazarlarında nəğd pula satılır ki, onlarında pul vəsaiti
ölkəyə satan vətəndaşlar özləri gətirilir. Hal-hazırda araşdırsanız bəzi MMC-lər
guya ki ixrac olunan məhsulun pul vəsaiti geri qaytarırlar, bu mümükün deyil
broker olan fırma malın harda satılmasından xəbəri belə olmursa, gətirdikləri
pul vəsaitləri o zaman hansı pullardır, yəqin ki mənşəyi bilinməyən pul
vəsaitləridir. Bizlər bu cür çirkli pullari ölkəmizə keçirməyi öz vicdanımıza
sığışdırmırıq.
Cənab Prezident! dəfələrlə bu məsələ ilə bağlı Gömrük komitəsində,
Maliyyə Bazarına Nəzarət Palatasında olsaqda qanun” bizdən nə tələb edirsə
biz onu icra edirik “cavabını almışıq. Sonda isə Maliyyə Nəzarət Palatası
tərəfimdən gömruyə ötürülən pul vəsaitlərinin geri qayıtması məlumatı gömrük

Iş adamları Ilham Əliyevə GÖMRÜKDƏ , VERGİDƏ VƏ BANKLARDA YARANMIŞ ÇƏTİNLİKLƏRLƏ BAĞLI MÜRACİƏT ETDİ

kontrabanda şöbəsindı araşdırılaraq prokuraturaya ötürülür. Ixracatçı sahibkar
bir mənalı şəkildə özündən asılı olmayaraq ” cinayətkara” çevrilir.
2-ci çətinliklərdən biridə Vergidə olan məsələdir ki Gömrükdən ötürülən
İxrac edilmiş məhulların dövriyyəsinə görə KAMERAL vergi deyilən vergi
hesablamasıdır ki, bu zaman ixrac edilmiş kənd təsərrüfatı məhsulunun 5 qat
artıq dövrüyyəsinə uyğun külli miqdarda vergi meydana çıxır. Bu zaman bank
hesablarımıza hesablanan kameral vergi nəticəsində Bank hesabımız iflic
vəziyyətə düşür, pul vəsaitini geri gətirmək olmur. Misal üçün həqiqi vergiyə
uyğun olsa 5 – 10 min manat arası vergi ödəməli olduğumuz halda 200 – 300
min vergi hesablanır. Bunun ödənilməsi isə qeyri mümkündür. Hətta bu
vergilər nəticəsində keçmiş vergi naziri Fazil Məmmədovun zamanında həbs
edilən sahibkarların sayı onlarladı.
3-cü çətinlik isə ixrac edilmiş kənd təsərrüfatı məhsulunun geri qaytarılan
və hesablarımıza otürülən Pul vəsaitin banklarımızdan alarkən ay ərzində 15
mindən artıq pul çıxartdıqda kənd təsərrüfatı məhsulu istehsal edən kəndlilərin,
yəni məhulu aldığım adamların şəxsiyyət vəsiqəsi tələb olunur. Şəxsiyyət
vəsiqəsi göstərilərkən istehsalçının adlarına VÖEN olduqda pul vəsaitimizi
götürülməsinə banklarda yaranan çətinlikdir. Bank rəhbərliyi VÖEN olarsa pul
vəsaiti verilməsi nizamnaməmizə uyğun deyil deyə cavab verirlər. Burdanda
belə çıxır ki əyər məhsul istehsal edəndən məhsulu alıb ixrac edərsək əyər onun
VÖENİ varsa o geri qaytarılan pul vəsaitlərinin bizim bankdan çıxarılması
mümkün deyil.

Iş adamları Ilham Əliyevə GÖMRÜKDƏ , VERGİDƏ VƏ BANKLARDA YARANMIŞ ÇƏTİNLİKLƏRLƏ BAĞLI MÜRACİƏT ETDİ

Cənab PREZİDENT! Bu gün bu kənd təərrüfatı ilə bağlı ixrac
əməliyyatlarında meydana gələn bu çətinlikləri aradan qaldırmaq sahibkarların
imkanları xaricindədir. Bu ixrac qaydası Ümummilli Lider H.Əliyevin səyi
nəticəsində istehalçıların məhsullarının rahat şəkildə ixrac olunması üçün təşkil
olunmuşdur və ixracatçıların rahatçılığı üçün müəyyən məsələlər ixracatçıların
qarşısına çətinlik kimi qoyulmamışdır.
Cənab PREZİDENT! Ya bu gün kənd təsərrüfatının ixracı ilə bağlı
qanunlarımıza uyğun bir ixrac qaydası tətbiq etməyi yada ki, hal hazırdakı
vəziyyətə aidiyyatı orqanların doğru qiymət verməsini tapşırmağı Sizdən xahiş
edirik. Əks təqdirdə bu çətinliklər kənd təsərrüfatı ixrac edən sahibkarların
aqibətini həbsxanalara aparıb çıxaracaq .
Sizdən bu məsələni Dövlət və Hökümət səviyyəsində nəzarətə
götürülməsində bizə köməklik göstərməyinizi xahiş edirik!
Əvvəlcədən öz təşəkkürümüzü bildiririk.
Kənd təsərrüfatı ixracatçıları :
1. Hidayətov Tayyar Hidayət oğlu 050-656- 66-69
2. Talıbov Zabil Ocaqverdi oğlu 050-227- 25-21
3. Bədəlov Asif Maarif oğlu 051-616- 82-69
4. Hidayətov Yaqub Raqub oğlu 051-394- 44-47

5. Həsənov İlham Həsənqulu oğlu 050-375- 44-55
6. Hidayətov Zöhrab Raqub oğlu 051-379- 89-69

(ANAXEBER.AZ)

шаблоны для dle 11.2

Xəbər lenti
19 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024