Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem, Karusel, Slayd, Redaktor seçimi (28-03-2018, 13:42)
Nəsimi rayonundan şikayətlər səngimək bilmir

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mediatv.az-a verilən məlumata görə Nəsimi rayon İcra Hakimiyyəti (RİH) başçısı Asif Əsgərovun açdığı "pilot layihələr bazarı"nın aktiv iştirakçılarından biri olan və vətəndaşları incik salan "Teymuroğlu" MTK-nın həmtəsisçilərindən birinin Sumqayıt şəhər  Telekommunikasiya Qovşağının (TKG) sabiq rəisi Akif Əsgərovun olduğu bildirilir.Xatırladaq ki,bu mövzuda yazdığımız əvvəlki məqalələrdən birində rayonun söküntü - tikinti meydanlarında insan və vətəndaş hüquqlarını ayaqlayan şirkətlərin haqsızlıqları barədə məlumatları araşdırarkən bu keçmiş məmurun adının hallandırıldığını qeyd etmişdik.Şikayətçinin verdiyi məlumata görə "Teymuroğlu" MTK-nın sahibləri Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gətirilməsində xidməti olan məşhur "91-lər"dən olduqlarını bildirirlər.Xatırladaq ki, Vətəndaş Orucova Sevinc Mirxan qızı Nəsimi rayonunun Səməd Vurğun küçəsi 941-ci məhəllədə pilot layihə icra edən "Teymuroğlu" Mənzil Tikinti Kooperaivindən (MTK) şikayətlənmişdir.Mediatv.az xəbər verir ki "Teymuroğlu" Mənzil Tikinti Kooperaivinə dörd nəfər şərikdir.Onlardan biri Akif Əsgərov 2016-çı ilə kimi Sumqayıt Telekominikasiyanın rəisi vəzifəsndə çalışıb,tikinti sahəsindən xəbərsizdir.2-ci şərik Elşad 2008-ci ildən Nəsimi rayon ərazisində tikdiyi bina hələ də yarımçıq olaraq qalır,vətəndaşlar mənzilinə köçə bilmirlər.3-ci şərik Münasib,4-ci şərikin adı isı Yusif adlı şəxsdir.

 Bəs görəsən “Pilot layihə” nə deməkdir? Bu termin hökumətinin rəsmi sənədlərində öz əksini necə tapıb?

   Bakı şəhərinin Suraxanı,Nəsimi, Xətai,Nərimanov,Nizami,Yasamal,Səbail,Pirallahı və Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikasi Nazirlər Kabineti 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarı verib. Bu qərarla layihənin həyata keçirilməsinin əsas məqsədi müvafiq rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından ibarətdir.

 Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarlarında “Pilot layihə” deyilən bir cümləyə də rast gəlinmir.  Buna baxmayaraq kimlərsə, hansı məqsədləsə də “Pilot layihə” şablonunu ölkə insanının, xüsusi ilə də paytaxtda mülkü sökülənlərin dil əzbərinə çevirib və bu şablondan sui-istifadə edib yararlanaraq vətəndaşların mülklərini əlindən alır, vətəndaşları dövlətdən narazı salırlar.Tikinti şirkətinə bu şəraiti kim yaradır?Bəs görəsən tikinti şirkətinin sahibləri məşhur "91-lər"in adından niyə istifadə edir? Məgər "91-lər"dən olmaq vətəndaşın mülkini əlindən almağa əsas verir? 

Cörünür "Teymuroğlu" MTK-nın sahibləri "91-lər"dən olmasını bir növ "toxunulmazlıq hüququ" kimi istifadə edib və onlara bu şəraiti rayon icra hakimiyyəti yaradır.

Həmçinin şübhələnməyə əsasımız var ki,Nəsiminin icra başçısı Asif Əsgərov tikinti bazarının iştirakçılarını seçərkən, hakimiyyət dairələrinin gözündə "imtiyazlı kateqoriya"ya aid hesab elədiyi keçmiş varlı məmurlara üstünlük verir, onlarla əlbir olub Nəsimi rayonunun daha çox əhəmiyyət kəsb edən ərazilərindəki evləri plana salır, vətəndaşların mülkini zorla əlindən alır,onların haqlarını tapdalayır.



Xəbər lenti
16 10 2018
16 10 2018
16 10 2018
16 10 2018
16 10 2018
16 10 2018
16 10 2018
16 10 2018
16 10 2018
16 10 2018
16 10 2018
16 10 2018
16 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018