Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (12-02-2014, 17:27)
Natavanla Tolik arasında qalmaqal

 

Müğənni Natavan Həbibi və prodüser Tarix Əliyev (Tolik) arasında qalmaqal yaranıb.

 

Axşam.az xəbər verir ki, buna səbəb müğənni Sevda Yahyayevanın xalq artisti Aygün Kazımovanın ad gününə "Kleopatra" imicində qatılması olub. Sevdanın bu ideyanı Natavandan götürməsi haqqında xəbərlər yayılıb.

 

"Onlar" verilişinə açıqlama verən Natavan qalmaqaldan uzaq olmaq istədiyini bildirib:

 

"Razıyam, desinlər ki, Natavan özünü kiməsə oxşadır, nəinki əksinə. Çünki bu halda elə bilirlər, bu yazıları mən sifariş verirəm. Kim özünü kimə oxşadır, kim nə yazır, bilmirəm. Mən öz səviyyəmi qoruyuram. Belə məsələlərə cavab vermirəm. Amma kiməsə bu söhbətlər lazımdır. Ona görə də danışacaqlar".

 

Sevda Yahyayevanın prodüseri Tolik isə onu müdafiə edib:

 

"Deyirlər ki, Sevda "kleopatra" ideyasını kimdənsə oğurlayıb. Həmin müğənninin adını çəkmirəm, elə bilər ki, onun adıyla reklam qazanırıq. Amma onun özünün reklama ehtiyacı var. Ətrafında olan bəzi cılız insanlar ajiotaj yaratmaq istəyirlər, amma alınmır. Kimsə hansısa restoranın 10 saniyəlik tanıtım çarxında çəkilibsə, bu o demək deyil ki, bu obraz ona məxsusdur. Sevda bu obrazı elə Kleopatradan götürüb. O müğənnidən xahiş edirəm, mənim işlədiyim müğənninin bostanına daş atmasın. Daşla dolu "Kamaz"ım var, bostanına töksəm, altından çıxa bilməzsən". 

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024