Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Cəmiyyət (15-08-2017, 11:08)
Tibbi ekspert: Xaricə müalicə üçün gedənlər arasında məmurlar xüsusi yer tutur

Tibbi ekspert: Xaricə müalicə üçün gedənlər arasında məmurlar xüsusi yer tutur

 

Azərbaycanlı xəstələrin üz tutduğu ölkələr artıq əvvəlki illərdən fərqlənir.

Mediatv.az xəbər verir ki, tibbi ekspert Adil Qeybulla Modern.az-a açıqlamasında xəstələrin daha çox hansı ölkələrə axın etdiyindən söz açıb. 

Onun sözlərinə görə xaricə müalicə üçün gedənlərin sayında hələ ki azalma yoxdur: “Təəssüflər olsun ki, yerli əhali hələ də müalicə üçün xaricə üz tutmaqda davam edir. Lakin əvvəlki illərdən fərqli olaraq, artıq Türkiyə, Almaniya, İsrail kimi ölkələrə axın daha çoxdur.  Xüsusilə də müalicə üçün Almaniyaya gedənlərin sayında artım müşahidə edilir. Həmin şəxslər özəl klinikalarda müalicə olunurlar.

Xarici ölkələrdəki özəl klinikaların qiyməti isə həddindən artıq yüksəkdir. Bu səbəbdən xəstələrdən böyük miqdarda vəsait tələb olunur. Bu, ölkədən böyük valyuta axınıdır. Təəssüf ki, bu məsələdə nəinki azalma tendensiyası var, hətta artma müşahidə edilir”.

Ekspert xaricə müalicəyə gedənlərin arasında məmurların xüsusi yer tutduğunu qeyd edib: “Ümumiyyətlə faktdır ki, Azərbaycanın bəzi məmurları ölkədə müayinə-müalicə olunmaq istəmirlər. Artıq məmurlar da daha çox qeyd etdiyim ölkələrə, xüsusilə də Almaniyaya üz tuturlar”.

 A.Qeybulla Azərbaycan səhiyyəsinin zamanla inkişaf etdiyini və xəstələrin də bunun fərqində olduğunu bildirib: “Əlbəttə, artıq Azərbaycanda Almaniya, Türkiyə səhiyyəsi ilə tanış olmuş mütəxəssislər fəaliyyət göstərir. Ölkənin qərb standartları səviyyəsində tibbi xidmət göstərən müəssisələri var. Təbii ki, bunun fərqində olanlar kifayət qədərdir.

Bilənlər, tanıyanlar, güvənənlər daxili səhiyyəmizə müraciət edir. Amma bu, hələlik kütləvi axın deyil. Azərbaycan səhiyyəsində xeyli gəlişmələr izləmək olur. Maddi-texniki bazanın artırılması, yeni aparatların alınması, kadr təchizatı baxımından xeyli irəliləyişlər var. Amma əhalinin icbari tibbi sığortası olmadığından hələ də problemlər yaşanır”.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024