Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Kriminal (12-07-2017, 11:50)
Özünü MTN əməkdaşı kimi təqdim edən dəstə üzvlərinin cəzası azaldılıb

Özünü MTN əməkdaşı kimi təqdim edən dəstə üzvlərinin cəzası azaldılıb

 

Bakı Apellyasiya Məhkəməsində dələduzluq və adam oğurluğunda təqsirləndirilən Loğman Abdullayev, Nurlan Bayramov və digərləri barəsində hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
 
Mediatv.az bildirir ki, bu haqda vəkil Bəxtiyar Hacıyev APA-ya məlumat verib. O qeyd edib ki, prosesdə qərar elan olunub. Qərara əsasən L. Abdullayevin cəzası 18 ildən 15 ilə, Pərviz Rzayev və Emin Qasımovun cəzası 16 ildən 14 il 6 aya endirilib.

 
Bildirək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Loğman Abdullayev və Nurlan Bayramovun hər biri 18 il, Pərviz Rzayev və Emin Qasımovun hər biri isə 16 il müddətinə azadlıqdan məhrum ediliblər. Ev dustaqlığında olan təqsirləndirilən Ruslan Hacıyevə 5 il sınaq müddəti təyin olunmaqla, şərti cəza verilib. Təqsirləndirilən Fərhad Tağıyevə isə 3 min manat cərimə təyin edilib və barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib. Digər təqsirləndirilən Gəray Abdulov 2 min manat cərimə olunub, Tural Babazadə barəsində 3 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.
 
İttihama görə, Bakı şəhər sakini Tofiq Zülfüqarov DİN-ə müraciət edərək özlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edən bir qrup şəxsin ona məxsus 3 milyon 400 min ABŞ dolları məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirdiyini bildirib. Faktla bağlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə Bakı şəhərində yaşayan Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev və digər şəxslərin 2015-ci il mayın 1-də saat 23:00 radələrində Xəzər rayonunun Qala qəsəbəsində zərərçəkmişin idarə etdiyi avtomobilin qarşısını kəsərək onu Xətai rayonu ərazisindəki mənzilinə gətirib, seyfdə saxladığı külli miqdarda xarici valyutanı guya araşdırmaq məqsədilə ələ keçirdikləri öz təsdiqini tapıb. Daha sonra qrup üzvləri həmin vətəndaşı metronun "Ulduz" stansiyasının yaxınlığında yerləşən obyektlərin birində qanunsuz olaraq 3 gün saxladıqdan sonra guya istintaqdan yayındırmaq məqsədilə Moskva şəhərinə yola salıblar. Ələ keçirdikləri külli miqdarda vəsaiti öz aralarında bölən dəstə üzvləri sonradan ölkənin hüdudlarını tərk ediblər.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024