Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (23-01-2017, 10:48)
Rövnəq Abdullayev: “Vətəndaşlarımız pullarını dollara çevirib evlərdə və seyflərdə saxlayırlar”

rovneq

Mediatv.az:  Azərbaycanda ilk dəfə buraxılan SOCAR istiqrazları, onların investorlar üçün yaratdığı gəlir imkanları və ilk faiz ödənişi ilə bağlı Trend-in suallarına SOCAR-ın prezidenti Rövnəq Abdullayev cavab verib.

 

– Rövnəq müəllim, SOCAR-ın maliyyə vəziyyəti necədir? Son bir neçə ayda dünya bazarında neftin qiyməti artır. Bu amil şirkətin maliyyə durumuna təsir edibmi?

– Şirkətimizin 2016-cı il üzrə illik fəaliyyəti ilə bağlı hesabatlar hələ hazırlanır. Amma qeyd etmək istəyirəm ki, digər məsələlərlə yanaşı, dünya bazarında neftin qiymətinin ötən ilə nisbətən 2 dəfə artıq olması da SOCAR-ın iqtisadi durumuna müsbət təsir göstərib. Paralel olaraq bir sıra dəyişikliklər – həm hökumət, həm də şirkətin özü tərəfindən atılan addmlar şirkətin maliyyə durumunun daha dayanıqlı və sağlam olmasına şərait yaradıb.

– İlk sualımızın şirkətin maliyyə durumu ilə bağlı olmasının səbəbi odur ki, indi bu məsələ SOCAR istiqrazlarının sahiblərini də maraqlandırır. 2016-cı ildə SOCAR-ın ən mühüm yeniliklərindən biri də SOCAR istiqrazlarının buraxılması oldu. Artıq bu günlərdə istiqrazlar üzrə ilk faiz ödənişi də həyata keçirildi.

– Doğrudan da, SOCAR istiqrazlarının buraxılması şirkətimiz üçün çox mühüm hadisə oldu. İşin maliyyə tərəfindən başqa, bu addım nəticəsində ölkə vətəndaşları ilə SOCAR arasında bir tərəfdaşlıq da yarandı. İstiqrazlar üzrə ilk faiz ödənişini həyata keçirdik. İstiqraz sahiblərinin hesabına 1,25 milyon dollar köçürüldü. Bu, Azərbaycan maliyyə bazarında çox vacib bir addımdır.

– SOCAR bu il ərzində istiqraz sahiblərinə ümumilikdə 5 milyon dollar faiz ödəyəcək. Şirkətin bununla bağlı çətinliyi olmayacaq ki?

– Şirkətimiz 40 milyard manatlıq aktivləri, 13,5 milyard manatlıq səhm kapitalı, 1,6 milyard manatlıq nizamnamə kapitalı ilə Azərbaycanda ən etibarlı borc ödəyicisidir. Bu etibarlılıq xaricdə buraxdığımız avrobondlara xarici investorların göstərdiyi yüksək maraqla da öz təsdiqini tapıb. Bu səbəbdən, SOCAR-ın maliyyə imkanlarını nəzərə alanda, faiz ödənişləri üçün heç bir narahatlıq yoxdur. Əksinə, onu da deyim ki, hətta faizlərin pulunu bir həftə əvvəldən köçürmüşdük ki, ödəniş vaxtında olsun. Növbəti ödənişlər də bu formada vaxtında olacaq. Yəni istiqraz sahibləri rahat şəkildə gəlirlərini əldə edəcəklər. Bundan başqa, SOCAR buraxdığı istiqrazların likvidliyini 5 il boyunca daim təmin edəcək, bazarda alıcı qismində çıxış edərək, investorların maliyyə itkisi ilə üzləşmələrinin qarşısını alacaq.

– Sizcə, SOCAR istiqrazlarının şərtləri və gəlirlilik səviyyəsi investorları qane edirmi?

– Əlbəttə, əks halda istiqrazlara tələbat iki qat artıq olmazdı. 100 milyon dollarlıq həcmdə buraxılan istiqrazlara tələbat 200 milyon dollardan artıq oldu. İstiqrazların şərtləri hazırkı şərait üçün çox əlverişlidir. SOCAR istiqrazları dollarla, 5 illik müddətə, illik 5%-lə buraxılıb. Faiz ödənişləri isə ildə 4 dəfə – hər 3 aydan bir həyata keçirilir. Bu xüsusiyyətlərə sahib olan və geniş kütlələrin marağına cavab verən belə bir investisiya aləti xaricdəki inkişaf etmiş maliyyə bazarlarında da mövcud deyil. Bu da Azərbaycan xalqına nə qədər əlverişli bir investisiya aləti təqdim etdiyimizi göstərir. İnkişaf etmiş bazarlarda faiz göstəricilərinin sıfır civarında olduğunu da xatırlatmaq istərdim. Bu da imkan verir ki, investorlar SOCAR istiqrazlarından uzun müddət ərzində sabit gəlir götürsünlər. İnvestorlar bunun necə mühüm bir üstünlük olduğunu yaxşı bilirlər.

– İstiqraz satışından əldə olunan 100 milyon dollar vəsait hansı məqsədlə istifadə olunur?

– İstiqrazlardan əldə olunan vəsaitlər ilk növbədə xaricdə buraxdığımız avrobondların geri alınmasına sərf olunur. İstiqraz buraxmaqla biz, əvvəla, xaricə hər il milyonlarla dollar faiz ödəməyin qarşısını alırıq, bu faizlər əcnəbilərə gəlir qazandırmaqdansa, öz vətəndaşlarımıza ödənilir və valyuta da ölkəmizdə qalır. İkincisi, SOCAR-ın özünün faiz xərcləri azalır, vəsaitlərimizi daha səmərəli istifadə edirik. Üçüncüsü isə, bildiyimiz kimi, indi vətəndaşlarımız öz pullarının 80%-ni, bəlkə də daha artığını, dollara çevirib passiv vəziyyətdə evlərdə və seyflərdə saxlayırlar. Bu pullar nə iqtisadiyyata, nə də öz sahiblərinə gəlir gətirir. SOCAR istiqrazlarının buraxılması isə imkan verir ki, hazırda heç bir fayda verməyən bu pullar aktiv iqtisadiyyata cəlb olunsun.

– Təkrar bazarda SOCAR istiqrazlarına maraq hansı səviyyədədir?

– Mənə verilən məlumata görə, istiqrazların təkrar bazarda da alqı-satqısı olduqca fəaldır. Biz elan etmişdik ki, istiqrazları ən azı 1000 dolardan, yəni nominal qiymətə almağa hazırıq. Yəni istiqraz sahibləri istiqrazlarını satmaq istəsəydilər, azı bu qiymətə sata biləcəkdilər. Onu da deyim ki, dünyanın heç bir yerində istiqrazlara görə belə şərt qoyulmur. Bizim xarici məsləhətçilərimiz də başa düşə bilmirdilər ki, istiqrazlara niyə belə zəmanət veririk. Biz isə istəyirik ki, vətəndaşlarımız istiqrazların tam təhlükəsiz olduğuna əmin olsun.

Amma heç buna ehtiyac olmayıb. İstiqrazını satmaq istəyənlər şəxslər bizə gəlib çatmadan onları başqa müştərilər daha yüksək qiymətə alıblar. Yəni indiyədək heç bir istiqraz 1000 dollara satılmayıb. Bütün satışlar bundan yüksək qiymətə olub.

– SOCAR istiqrazları ilə bağlı yerli və xarici investorlara vermək istədiyiniz əlavə məlumatınız varmı?

– Biz bu istiqrazları ilk növbədə öz vətəndaşlarımız üçün, onların da gəlir götürməsi üçün buraxmışıq. Ona görə də ilkin abunə yazılışında yalnız yerli hüquqi və fiziki şəxslər istirak edə bilərdi. Təkrar bazarda isə istiqrazları həm yerli, həm də xarici şəxslər və şirkətlər ala bilərlər. Özü də dünyanın, o cümlədən Avropanın və region ölkələrinin kapital bazarlarındakı vəziyyəti nəzərə alsaq, SOCAR istiqrazları xarici investorlar üçün çox yaxşı, hətta mən deyərdim, yüksək səviyyədə gəlir mənbəyi ola bilər. Təsəvvür edin, Avropanın əksər bankları mənfi faizlə işləyir, yəni bura vəsait yatıranlar faiz qazanmır, əksinə, bankın özünə pul ödəyirlər. Bu mənada illik 5%-lik SOCAR istiqrazları onlar üçün çox böyük gəlir mənbəyi ola bilər.

– İstiqrazların buraxılması həm də ölkənin kapital bazarında canlanma yaratmalı və onu inkişaf etdirməli idi. Bu sahədə hansısa irəliləyişə nail olunubmu?

– SOCAR istiqrazlarının buraxılması həm də Azərbaycanın qiymətli kağızlar bazarı üçün mühüm hadisə oldu. Məsələ bundadır ki, istiqraz buraxılışına hazırlıq ərəfəsində kapital bazarının bütün infrastrukturuna yenidən baxıldı, əməliyyatların sürətli və sadə aparılması, o cümlədən istiqrazların asanlıqla alınıb-satılması üçün bütün mexanizmlər sadələşdirildi. Nəticədə, istiqraz sahibləri istiqrazlarını istədikləri vaxt sata və nağd vəsaitə çevirə bilərlər. Əlavə olaraq, istiqrazlardan əldə edilən gəlirlər də 5 illik müddətə vergidən azad edildi. Bu da o deməkdir ki, SOCAR istiqrazlarının və digər istiqrazların sahibləri də müddətin sonunadək vergidən azaddırlar.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024