Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (1-03-2014, 15:34)
İtaliyalı rejissordan Nar bayramı haqqında film

 

İtaliyalı rejissor Luici Cammarota 2012-ci ildə Göyçayda keçirilən VII Nar bayramı ərəfəsində “İl frutto della vita” (“Həyat meyvəsi”) sənədli filminin çəkilişlərini aparıb


"Mediatv.az" yerli mətbuata istinadən xəbər verir ki, film ekranlaşdırıldıqdan sonra İtaliyanın “Rai-3” və Avropanın digər ölkələrinin kanallarında yayımlanıb.

Sənədli filmdə narın insanların becərdiyi ilk meyvələrdən biri olduğu vurğulanır. Qeyd olunur ki, bir çox qədim mədəniyyətlərdə nar həyat ağacının meyvəsi sayılır. 

Azərbaycanda da narçılığın inkişafı geniş vüsət alıb. Xüsusilə Göyçayda narçılıq təsərrüfatları sürətlə artmaqdadır. Burada narçılığa olan maraq ildən-ilə artır, yeni və məhsuldar nar sortlarının yetişdirilməsi, təzə bağların salınması istiqamətində tədbirlər görülür.

Ekran əsərində Azərbaycanın rayonlarının hər biri özünəməxsus meyvə-tərəvəzi ilə tanındığı kimi, Göyçay da qeyri-adi dada malik narı ilə məşhur olduğu vurğulanıb. Hər il Göyçayda keçirilən oxşar festival ənənəvi olaraq İtaliyanın Palmariqqi şəhərində də keçirilidiyi diqqətə çatdırılıb.

Rejissor Luici Cammarotanın bu filmi çəkməkdə məqsədi Azərbaycan ilə İtaliya arasında bənzər ənənələrin mövcud olduğunu nümayiş etdirməkdir.

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024