Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (12-10-2014, 10:39)
Moskva Bədii Teatrının kollektivi Bakıya qastrol səfərinə gələcək

 

Dekabrın 20-də Oleq Tabakovun rəhbərliyi altında A.P.Çexov adına Moskva Bədii Teatrının kollekivi ilk dəfə Bakıda - S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində çıxış edəcək.


Azərbaycan Dövlət Rus Dram Teatrının mətbuat xidmətindən bildiriblər ki, Moskva Bədii Teatrının kollektivi A.P.Çexovun hekayəsi əsasında “Evlənmək istəyənlər üçün təlimat” tamaşasının premyerasını təqdim edəcək.


İdeyası görkəmli rus aktyoru Vyaçeslav Nevinnıya məxsus olan bu tamaşa onun oğlu Vyaçeslav Nevinnı tərəfindən sözügedən teatr məktəbinin ənənəsi əsasında səhnələşdirilib.


A.P.Çexov hələ dünya dramaturgiyasının zirvəsində deyil, qayğısız və coşqun bir gənc olarkən onun yazdığı məşhur “Təklif”, “Diplomat” və “Ayı” hekayələrini, həmçinin səhnəyə qoyulmamış “Uzun dil” və “Portmanat” əsərlərini ümumi ideya və zaman birləşdirib. Bununla yanaşı, onun hər bir əsəri daxili gərginliyi, daimi insani ehtirasları ilə dramaturgiyanın incilərindəndir.
“Evlənmək istəyənlər üçün təlimat” tamaşasında rolları Rusiyanın Xalq Artisti Aleksandr Paşutin, əməkdar artistlər Vyaçeslav Nevinnı (kiçik), Aleksandr Semçev, həmçinin teatr və kino aktrisası Mirel ifa edəcəklər.
Qastrol Azərbaycan Dövlət Rus Dram Teatrının yaradılması gününə həsr olunacaq.

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024