Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (21-08-2018, 18:00)
Xalq artisti qızından danışdı: 11 yaşı var, boyu uzun olduğu üçün...

Xalq artisti qızından danışdı: 11 yaşı var, boyu uzun olduğu üçün...

 

"Reklamın yaxşısı, pisi olmur. Amma mən istəmirəm. Antireklam mənə aid deyil".

Mediatv.az  axşam.az-a istinadən bildirir ki, bu sözləri xalq artisti Zülfiyyə xanbabayeva deyib. İnstaqramın canlı yayımına girən müğənni sualları cavablandırıb.

Xanbabayeva jurnalist Seymur Zəkəryayevin suallarını cavablandırıb və hazırda gündəmdə olan bayağı mahnılardan danışıb:

"Bayağı mahnılar bütün günü efirlərdədir. Biz günahkarıq ki, efirləri boş qoymuşuq. Çünki istənilən veriliş yoxdur. Həm sosial şəbəkə varsa, nə edirəm efiri?

Hardan gəlir bu aranjiman, musiqi bilmirəm. Baxış sayları da çoxdur. Özümə söz vermişəm ki, bu baxışlara aldanmayacam. Öz yolum var, 30 ikdir belədir və dönməyəcəm.

Ürəyim yüz faiz istəyən, sevdiyim janrda mahnı hələ yoxdur. 10-15 il əvvəl tamam başqa zövq idi. Mənim sevdiyim mahnılar indi qıraqda qalıb. İstəmirəm belə olsun.

Ürəyi kövrək insanam, pozitiv olmağı sevirəm. Məni təhqir yox, tənqid edənləri qəbul edirəm. Amma yaşı mənim sənətim qədər olanların, musiqidən bixəbərlərin tənqidini qəbul etmərəm.

Adımı səmimiyyətsiz qoyanlar var, deyirlər evdə başqayam, efirdə fərqli. Axı mən evdə olduğum kimi, efirdə ola bilmərəm. Evimdi, nə istəyirəm edirəm. Cəmiyyət içərisində əlbəttə, özümü yığışdırmalıyam. Səmimiyyətsiz həyatını başqa yaşayıb, efirdə məndən yoxdur deyənlərdir. Mən düzgün yaşayıram, gözəl ailəm var. Nədir səmimiyətsizliyim? Oturub çörək yeyə-yeyə sizinlə danışmalıyam? Edə bilmərəm axı... Həyatımı düzgün yaşayanam. 30 ildir heç kimin bostanına daş atmıram. Deyirlər, özünü yuxarıdan tutur. Öz qədrini bilən insanam.

Mən qadınam gözəl görünmək istəyirəm. Hərdən tədbirlərdə fotomu çəkəndə sakit formada deyirəm ki, kənardan çəkməyin, gözəl poz verim".

Xanbabayeva qızı Dənizdən danışıb. O bildirib ki, gününün çoxunu ona sərf edir:

"Həyatımın çox hissəsini qızım Dənizə ayırıram. Dənizin boyu məni keçib. 11 yaşı var, boyu uzundur deyə, görən elə bilir ki, böyükdür. Dəniz dünyaya gec gəldiyi üçün, ona çox vaxt ayırmaq istəyirəm. O qədər sənətimin dalıyca qaçdım ki, şəxsi həyatımı düşünmürdüm. Anladım ki, ana olmalıyam və indi günümün çoxunu ona həsr edirəm. O qədər onun üstünə düşmüşəm ki... Hətta bazar günü də dərsə gedir. Televizor izləmir. Qızımın səsi var. Demərəm ki, icazə vermirəm müğənni olsun. Desəm, öz sənətimi danmış olaram. Əsas istedadı olsun".

Müğənni yeni layihələrini açıqlayıb:

"Hamı məndən konsert gözləyir. Amma bu, mənim üçün böyük məsuliyyətdir. Bir layihəm var, məşhur müğənni ilə bağlıdır. Duetimiz olacaq. Xanım ifaçıdır, adını hələ gizli saxlayıram. Retro mahnılardan albom hazırlayacam. Tamam başqa aranjimanda edəcəm, amma çox da kənara çıxmayacam".

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024