Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (9-10-2017, 20:30)
“Faytonçu Nazim”in cərraha qarşı iddiası üzrə məhkəmə başlayır

“Faytonçu Nazim”in cərraha qarşı iddiası üzrə məhkəmə başlayır

 

“Faytonçu Nazim” ləqəbi ilə tanınan müğənni Nazim Pişiyarinin “Elmed” klinikasının cərrahı Elman Əzimova qarşı qaldırdığı iddia əsasında məhkəmənin vaxtı açıqlanıb.

Mediatv.az xəbər verir ki, bu barədə Report-a E.Əzimovun vəkili Elvin Səlimov məlumat verib.

Onun sözlərinə görə, Binəqədi Rayon Məhkəməsində keçiriləcək iclas oktyabrln 26-na təyin edilib. İşə hakim Almaz Süleymanovanın sədrliyi ilə baxılacaq.

Onu da əlavə edək ki, Binəqədi Rayon Məhkəməsi N.Pişiyarinin əməliyyat olunduğu klinikanın əmlak və bank hesabları, onu əməliyyat edən həkim E.Əzimovun isə əmlakı üzərinə həbs qoyulub.

Vəkil E.Səlimov bildirib ki, həkim E.Əzimovun əmlakı üzərinə həbs qoyulması ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti veriləcək. O qeyd edib ki, Binəqədi Rayon Məhkəməsinin çıxardığı qərarla bu gün tanış olub: "Biz həmin qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət edəcəyik. Məhkəmənin çıxardığı qərarı tam əsassız hesab edirik".

Qeyd edək ki, Nazim Pişiyari bildirib ki, ilk dəfə "Elmed" klinikasında cərrah Elman Əzimov tərəfindən əməliyyat olunub, lakin əməliyyatdan sonra səhhətində daha ciddi problemlər yaranıb. Bundan sonra İsrail və Türkiyədə bir neçə əməliyyat keçirib. Hazırda vəziyyəti normaldır. "Faytonçu Nazim" həkimin ciddi cəzalandırılmasını tələb istəyib. O, bununla bağlı Baş Prokurorluğa və Bakı şəhər Prokurorluğuna və Binəqədi rayon Prokurorluğuna müraciət edib.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024