Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (19-09-2017, 20:30)
“Faytonçu” Nazimin həkimi danışdı: Həyatımı məhv edib

“Faytonçu” Nazimin həkimi danışdı: Həyatımı məhv edib

 

“Faytonçu” ləqəbi ilə tanınan müğənni Nazim Pişyarinin ona səhv diaqnoz qoyaraq, yanlış əməliyyat etməkdə günahlandırdığı “ElMed” klinikasının həkimi Elman Əzimov açıqlama verib.

Mediatv.az axşam.az-a istinadən bildirir ki, “Hər şey daxil” verilişində danışan həkim kamera önünə keçmək istəməyib. O, Nazimin onun ünvanına səsləndirdiyi ittihamlarala razılaşmayıb: “Onun dedikləri real deyil. Sadəcə, mən efirə çıxmıram. Gözləyirəm ki, bu insan dərk etsin. Başa düşmür ki, onu ölümdən mən qurtarmışam. Mən həmin gün o əməliyyatı etməsəydim, indi həyatda yox idi. Bir gün qabaq təcili yardım xəstəxanasına gedib. Şəxsən özü yanıma gəlib. Onkologiyadan cavab gəlib, mən sonra əməliyyata girmişəm. Mən ona qabaqcadan demişəm ki, filan problemlər ola bilər. Biz həmin vaxt onu ölümdən qurtarmışıq.

Öd kisəsinin tikilməsi söhbəti də olmayıb. Çünki əməliyyat lazerlə edilib. Əməliyyatın mərhələləri var. Bu insan bunların heç birini qəbul etmədi. Mənim səhvim varsa, cəzamı qəbul edərəm. Peşman olmuşam ki, onu əməliyyat etmişəm. Mənim həyatımı məhv edib. Bizim bütün nəslimiz həkimdir. Mən Azərbaycanda 20 ilə yetişmişəm, Türkiyədə kurslar keçmişəm. Bu, mənə qarşı şantajdır”.

Nazim isə veriliş vasitəsilə Elman Əzimovu yalançı adlandırıb: “Elman Əzimov yalançı adamdır. Vəkili də ona istinadən fikirlərini söyləyir. Bu adam hər gün bizdə idi. Mən özüm də məəttəl qalırdım ki, bu, niyə hər gün mənə dəyməyə gəlir? Çünki bu insanın problemləri var imiş. O, ailə üzvlərimə deyibmiş ki, Nazim onkoloji xəstədir.

Məni Türkiyəyə və İsrailə aparanda demirdilər ki, sən xəstəsən, deyirdilər, ürəyini yoxlatmağa aparırıq. Onkoloq mənə baxanda dedi, bunu niyə gətirmisiniz mənim yanıma? Fateh Ağalar məni sonuncu dəfə əməliyyat etməzdən əvvəl bir də yoxladılar və dedilər ki, səndə onkoloji heç nə yoxdur. İsrailə gedəcəyimi Elman həkim bilirdi. Hətta mən ona dedim ki, mənim İsraildə çoxlu həkim dostlarım var, gəl, sən də mənimlə get, sənə də təcrübə olar. İndi yalandan deyirlər ki, mənim İsrailə gedəcəyimdən xəbərləri yox idi.

Elman həkim evdəkilərə, şəxsən bacıma deyib ki, bunun 6-7 ay ömrü qalıb, kimyəvi terapiya olunmalıdır. Əməliyyat zamanı qanaxma olub və bunu da bizdən gizlədib. Bundan başqa, əməliyyat zamanı bu insan mənim həyat yoldaşımı əməliyyat otağına aparıb ki, gəl, bax. Belə şey harada var?

Bu 4 ayda mən 14 saat “narkoz” aldım. Elman həkim, niyə sizin səhviniz ucbatından mən 14 saat “narkoz” almalıyam? Niyə sizə görə mənim 77 yaşlı anam, ailə üzvlərim sarsıntı keçirməlidir? Səhviniz yoxdursa, niyə məni Türkiyədə, İsraildə yenidən əməliyyat etdilər?”

Qeyd edək ki, Nazim Pişyari Elman Əzimovun ona xərçəng diaqozu qoyduğunu və öd əməliyyatı zamanı öd yollarını tikdiyini iddia edib. O, təkrar əməliyyatlarına 62 min dollar xərclədiyini bildirib və vurduğu maddi-mənəvi ziyana görə Elman Əzimovu məhkəməyə verib.

 

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024