Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (21-05-2014, 18:25)
Firudin Ağasıoğlu 30 ilə yazdığı əsərinin təqdimatına hazırlaşır

Görkəmli türkoloq alim, professor Firudin Ağasıoğlunun (Cəlilov) “Azərbaycan türklərinin islamaqədər tarixi” adlı çoxcildlik fundamental əsəri işıq üzü görüb.

 

Alimin çoxillik elmi araşdırmalarının məhsulu olan əsərin ilk üç cildi artıq elmi ictimaiyyətin və geniş oxucu kütləsinin ixtiyarına verilib. Külliyyat isə bütövlükdə 9 cilddən ibarət olacaq.
Türkologiya elmində anologiyası olmayan əsər müəllifin bu sahədə apardığı 30 illik tədqiqatın nəticəsi kimi ortaya çıxıb. Türk xalqlarının tarixi bu əsərdə yeni konsepsiya ilə yazılıb. “Altay” nəzəriyyəsinin əksinə olaraq yazarın gündəmə gətirdiyi yeni “Urmu” nəzəriyyəsi ilə Ön Asiya türk etnosunun yarandığı ilkin coğrafi məkan kimi müəyyənləşdirilib.
Tarixi qaynaqlar, tarixi coğrafiya, Azərbaycanda qurulan qədim dövlətlər, tarixi onomastika, tarixi etnoqrafiya, həmçinin folklor və mifologiyada tarix, azər türkcəsinin tarixi və azər türklərinin soykökü ayrı-ayrı kitablarda verilib.
“Tarixi qaynaqlar” adlanan I kitabda (bitikdə) milli və yabançı qaynaqlara yeni baxış və yeni konsepsiyanın metodları şərh olunur. Azər türklərinin tarixinə aydınlıq gətirən antropoloji, arxeoloji və daş bəlgələr, qayaüstü rəsmlər, yazıöncəsi işarələr, damğalar və yazının yaranması digər türk xalqlarını tarixi ilə əlaqələ şəkildə tədqiq olunur və türk etnosunun formalaşma tarixindən başlayaraq islamaqədərki 10 minillik bir dövrü əhatə edən zaman daxilində gözdən keçirilir. Türkologiyada ilk dəfə islamaqədər qonşu xalq və dövlətlərlə olan əlaqələr verilib, tarixi faktlarla türklərin ilkin Atayurdunun Ön Asiyada olması göstərilib. Bu isə Atatürkün uzaqgörənliklə “Anadoluda 7 minil öncə də türklər vardı” deyiminin gerçəkliyini açığa çıxarır.
Baş nazirin sabiq müavini və keçmiş təhsil naziri F.Ağasıoğlu bu əsərinin təqdimatına hazırlaşır. Əsərin təqdimat mərasimi mayın 24-də saat 12:00-da “Avropa” otelində keçiriləcək. Tədbirə elmi ictimaiyyətin və Azərbaycandakı səfirliklərin nümayəndələri, habelə ictimai xadimlər, millət vəkilləri, elm və təhsil sahəsinin təmsilçiləri, mətbuat nümayəndələri də dəvətlidir.
шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024