Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (19-01-2016, 16:39)
Nazirdən yeni təyinatlar

İmişli rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri və Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru vəzifələrinə yeni təyinatlar olub.

Mediatv.az - ın əldə etdiyi məlumata görə, Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru vəzifəsinə Rüfət Nuriyev təyin edilib. O bu vəzifəyə təyin edilənədək Mədəniyyət və Turizm Nazirliyinin Tarixi-mədəniyyət abidələrinin istifadəsi və mühafizəsi şöbəsinin müdiri olub.


Nazirliyin və İmişli rayon İcra Hakimiyyətinin birgə qərarına əsasən, Nazim Əzimov İmişli rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Azərbaycan Respublkası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunu olan N.Əzimov bu vəzifəyədək İmişli rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov yeni təyinatlarla bağlı məlumatları təsdiqləyib.

Qeyd edək ki, İmişli Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Süleyman Bəşirov ötən ilin sonunda şöbənin fəaliyyətini lazımi səviyyədə qura bilmədiyinə, vəzifəsinə məsuliyyətsiz yanaşdığına və nazirliyin qərarlarının icrasını təmin etmədiyinə görə vəzifəsindən azad olunmuşdu.

Müvafiq qanunvericiliyin tələbi nəzərə alınaraq, 65 yaşının tamam olmasına görə Zərdab Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Eldəniz Abdullayev vəzifəsindən azad edilib.

Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru Məlahət Fərəcova işində yol verdiyi nöqsanlara və fəaliyyətsizliyə görə vəzifəsindən azad olunmuşdu.

шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024